Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə97/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   93   94   95   96   97   98   99   100   ...   138

«Tayms»  qəzeti  (London),  4  mart  1992-ci  il:  «Çoxları  ey­

bəcər  hala  salınmışdır,  körpə  qızın  ancaq  başı  qalmışdır».



«İzvestiya»  (Moskva),  4  mart  1992-ci  il:  «Videokamera 

qulaqları  kəsilmiş  uşaqları  göstərdi.  Bir  qadının  sifətinin  yarısı 

kəsilmişdir.  Kişilərin  skalpları  götürülmüşdür».

«Faynənşl  Tayms»  qəzeti  (London),  14  mart  1992-ci  il: 

«General  Polyakov  bildirmişdir  ki,  366-cı  alayın  103  nəfər  er­

məni  hərbiçisi  Dağlıq  Qarabağda  qalmışdır».

«Le  Mond»  qəzeti  (Paris),  14  mart  1992-ci  il:  «Ağdamda 

olan  xarici  jurnalistlər  Xocalıda  öldürülmüş  qadın  və  uşaqlar 

arasında  skalpları  götürülmüş,  dırnaqları  çıxarılmış  3  nəfəri 

görmüşlər.  Bu,  azərbaycanlıların  təbliğatı  deyil,  bu,  reallıqdır».



«İzvestiya»  (Moskva),  13  mart  1992-ci  il:  «Mayor  Leonid 

Kravets:  Mən  şəxsən  təpədə  yüzə  yaxın  meyit  gördüm.  Bir  oğ­

lanın  başı  yox  idi.  Hər  tərəfdə  xüsusi  qəddarlıqla  öldürülmüş 

qadın,  uşaq,  qocalar  görünürdü».



«Valer  aktuel»  jurnalı  (Paris),  14  mart  1992-ci  il:  «Bu 

«muxtar  regionda»  erməni  silahlı  dəstələri  Yaxın  Şərqdən  çıx- 

mışlarla  birlikdə  müasir  texnikaya,  o  cümlədən  vertolyotlara 

malikdirlər.  ASALA-nın  Suriya  və  Livanda  hərbi  düşərgələri 

və  silah  anbarları  vardır.  Ermənilər  yüzdən  artıq  müsəlman 

kəndlərində  qırğınlar  törədərək  Qarabağdakı  azərbaycanlıları 

məhv  etmişlər».

R.Patrik,  İngiltərənin  «Fant  men  nyus»  teleşirkətinin  ju r­

nalisti  (hadisə  yerində  olmuşdur):  «Xocalıdakı  vəhşiliklərə 

dünya  ictimaiyyətinin  gözündə  heç  nə  ilə  haqq  qazandırmaq 

olmaz».

Xocalı  faciəsi  ilə  bağlı  həmin  şəhərin  5.379  nəfər  əhalisi 



deportasiyaya  məruz  qalmış,  613  nəfər,  o  cümlədən  63  nəfər 

azyaşlı  uşaq,  106  nəfər  qadın  vəhşicəsinə  qətlə  yetirilmiş,  8 

ailə  bütünlüklə  məhv  edilmiş,  487  nəfər  müxtəlif dərəcəli  bə­

dən  xəsarətləri  almış,  1.275  nəfər  əsir  və  girov  götürülmüşdü. 

Girov götürülənlərdən  150  nəfərinin,  o  cümlədən  68  qadın  və

310



26  uşağın  taleyi  bugünədək  məlum  deyil.  Qətlə  yetirilənlərin 

cəsədlərinin  əksəriyyətini  şəhərdən  çıxarmağa  ermənilər  im­

kan  verməyib,  ona  görə  də  yalnız  az  sayda  insanın  meyitini 

dəfn  etmək  mümkün  olub.



Xocalı  soyqırımının  əsl  siyasi-hüquqi  qiymətini  verən

lider

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalıda  baş 

verənlər  Azərbaycan  xalqının  yaddaşına  əbədilik  həkk  olun­

du.  Lakin  xalq  Xocalı  kədəri,  hüznü  yaşadığı  vaxtda  faciənin 

ağırlığı  o  zamankı  Azərbaycan  hakimiyyəti  tərəfindən  lazı­

mi  şəkildə  qiymətləndirilmədi.  O  vaxtkı  dövlət  başçısı  Ayaz 

Mütəllibov və  rəhbərliyi  təmsil  edən  digər vəzifəli  şəxslər qor­

xaqlıq  və  qətiyyətsizlik  nümayiş etdirərək  XX  əsrdə  bəşəriyyəti 

heyrətə  salan  bu  müdhiş  cinayət  barədə  ilk  günlərdə  xalqa

məlumat  verməkdən  belə  çəkindi.  Sonralar  -   AXC-Müsavat



*

hakimiyyəti  dövründə  də  insanlıq  əleyhinə  yönələn  cinayətə 

lazımi  siyasi  və  hüquqi  qiymət  verilməsi  üçün  heç  bir  tədbir 

görülmədi.

Yaşanan  bu  mənzərə  belə  bir  həqiqəti  də  aydın  göstərdi  ki, 

ölkədaxili  hakimiyyət  mübarizələri  dövlət  üçün  nə  qədər  təh­

lükəli  və fəlakətli  xarakter daşıyır.  O zaman  həm Azərbaycanın 

rəsmi  rəhbərliyi,  həm  də  ölkədə  vəziyyətə  təsir  etmək  imkanı 

olan  siyasi  qüvvələr  xalqın  taleyinə  tam  biganəlik  nümayiş  et­

dirdilər.  Dövlət  rəhbərliyi  bu  dəhşətli  cinayət  haqqında  dünya 

ictimaiyyətinə  tam  və  operativ  məlumat  vermək  üçün  heç  bir 

addım  atmadı,  müxalifət  isə  qanlı  faciədən  xalqın  narazılıq 

dalğası  üzərində  hakimiyyətə gəlmək  məqsədi  ilə  istifadə  etdi.

Yalnız  ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyətə  qayı­

dışından  sonra  Xocalı  faciəsi  özünün  əsl  siyasi-hüquqi  qiymə­

tini  aldı,  soyqırımı  haqqında  həqiqətlərin  dünya  dövlətlərinə 

və  beynəlxalq  ictimaiyyətə  çatdırılması  üçün  təsirli  tədbirlər

311



görüldü.  Beləliklə,  erməni  şovinist  millətçilərinin  azərbaycan­

lılara  qarşı  törətdiyi  cinayətlər,  o  cümlədən  Xocalı  soyqırımı­

nın  dünya  ictimaiyyətinə  çatdırılması,  faciənin  soyqırımı  kimi 

tanınması  üçün  məqsədyönlü  və  ardıcıl  fəaliyyətə  start  verildi.

Bu  siyasət  indi  Azərbaycan  dövləti  tərəfindən  davam  etdi­

rilir.  Burada  əsas  məqsəd  tarixi  ədalətin  bərpasına  nail  olmaq, 

soyqırımı  cinayətkarlarını  dünya  ictimaiyyətinin  mühakiməsi­

nə  verməkdir.  Sözügedən  siyasətin  əsası  isə  məhz  ulu  öndər 

tərəfindən  qoyulub.  Belə  ki,  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

1994-cü  il  fevralın  24-də  M illi  Məclis  «Xocalı  Soyqırımı  Günü 

haqqında»  qərar  qəbul  edib,  BMT-yə,  dünya  dövlətlərinə  bu 

qətliamın  gerçək  mahiyyətini  açıqlayaraq  beynəlxalq  ictimaiy­

yəti  erməni  terrorizminə  qarşı  təsirli  tədbirlər görməyə  çağırıb. 

Qəbul  edilmiş  qərara  əsasən  1992-ci  il  fevralın  26-da  erməni 

təcavüzkarları  tərəfindən  törədilmiş,  Azərbaycan  xalqının  milli 

faciələrindən  və  bəşər  tarixinin  qanlı  səhifələrindən  biri  olan 

Xocalı  hadisələri  hər  il  fevralın  26-sı  Xocalı  Soyqırımı  Gü­

nü  kimi  elan  olundu.  Xocalı  Soyqırımı  Gününün  beynəlxalq 

miqyasda  keçirilməsi  üçün  dünya  azərbaycanlılarına  müraciət 

ünvanlandı.  Həmin  il  martın  1-də  Heydər  Əliyevin  bunun­

la  bağlı  xüsusi  fərmanı  oldu.  Bununla  ulu  öndərin  sayəsində 

Xocalı  soyqırımının  dünyaya  tanıdılması  istiqamətində  xeyli  iş

•  •  

•  •   I 



I  •   •

goruldu.


Ümummilli  lider hər  il  faciənin  ildönümündə  Xocalı  soyqırı- 

'  mı  ilə  bağlı  xalqa  müraciət  edərək  faciənin  bütün  azərbaycan- 

ılarin  qan  yaddaşına  çevrildiyini  söyləyirdi.  Bu  müraciətlərdə 

faciə,  onun  səbəbləri,  nəticələrinə də  ulu  öndər  Heydər Əliyev 

hər  zaman  xüsusi  olaraq  toxunurdu.  Məsələn,  belə  müraciət­

lərinin  birində  ümummilli  lider  qeyd  edirdi:  «...1992-ci  ilin  o 



qanlı  fevral  gecəsində  ən  müasir  texnika  ilə  silahlanmış  Er­

mənistan  hərbi  birləşm ələri  keçmiş  Sovet  ordusunun  366-cı 

motoatıcı  alayının  köməyi  və  bilavasitə  iştirakı  ilə  Azərbay­

canın  Xocalı  şəhərini  yerlə  yeksan  edərək  yüzlərlə  kömək-

312



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə