20 Yanvar faciəsi
Süquta məhkum olmuş sovet rejimi özünün son
günlərində bütün mövcudiyyəti ərzində törətmiş ol
duğu cinayətlər sırasına misli görünməmiş bir faciəni
də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Bakı şəhərinə yeridilən Sovet ordusu hissələri
Ermənistanın respublikamıza qarşı ərazi iddialarının
SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə
və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar
siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımı
za vəhşicəsinə divan tutdu.
Faciəyə gedən yol
Faciəyə gedən yolun başlanğıcı onun törədilməsindən xey
li müddət əvvələ, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə
başlamışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı
məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın hi
mayədar tapmışdılar. Əlbəttə, nə qədər ki Heydər Əliyev SSRİ
rəhbərliyində təmsil olunmuşdu, ermənilər Azərbaycanla bağlı
bədnam niyyətlərini həyata keçirə bilmirdilər. Çünki Heydər
Əliyevin Siyasi Büroda olması ermənilərə və Qorbaçova Azər
baycanla bağlı planların reallaşmasına, o cümlədən Qarabağ
münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə buna görə
də Qarabağ məsələsinin Heydər Əliyev Siyasi Bürodan istefa
verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılma
malıdır. O vaxt Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələ
lər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə
keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana
verilməsi iddiasını irəli sürmüş, «Humanite» qəzetindəki bəya
natında Dağlıq Qarabağın Azərbaycanın-tərkibindən çıxarılıb
Ermənistana verilməsinə dair Moskvanın razılığını bildirmişdi.
270
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana ve
rilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində
M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şo
vinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca
Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mi
tinqlər genişləndi.
Məhz bundan sonra erməni «Qarabağ Komitəsi», onun
Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təş
kilatı «Krunk» gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə
niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları
səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərə
findən «Miatsum» adlanan hərəkat da formalaşdırıldı.
Bütün bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin
daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz
həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda
Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə
silsilə mitinqlər başladı. SSRİ rəhbərliyi tərəfindən heç bir cid
di müqavimət görməyən və bundan daha da ruhlanan erməni
lər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin statusu
na baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət
qəbul etməsinə nail oldular.
Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə
etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir,
xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdi. Kreml isə
həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qə
tiyyətsiz rəhbərliyi vasitəsilə Azərbaycana qarşı daha məkrli
ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da hazır
lanmasında yaxından iştirak etdiyi bu ssenarinin əsas hədəflə
rindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz müna
sibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu
məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisə
ləri törədildi.
---------
271
---------
M üxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şə
həri olan Sumqayıtda iğtişaşlar yaratmaq artıq siyasi dünya
nın yeni səviyyədə gündəminə gətirilmiş «Böyük Ermənistan»
xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi.
Lakin bu məsələdə sovet DTK-sının da özünəməxsus rolu
oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayla
rı törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar
SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal hadisələrin
mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından
qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq
addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt ha
disələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki,
olaylar baş verən yerlərdə öncədən çoxlu tele-fotooperatorlar,
jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş,
ssnearisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıq
larla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər
Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar
ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz
lər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli
Azərbaycan torpaqlarında yaşayan 250 min soydaşımız 1988-
ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olun
maqla ən qəddar formada deportasiya olundular.
Dağlıq Qarabağda da vəziyyət getdikcə gərginləşirdi və
bu işdə yenə əsas rol oynayan tərəflərdən biri Azərbaycan
rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi
kimi istiqamətləndirən SSRİ rəhbərliyi idi. Bütün bunlara qar
şı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım
atılmadı. M.Qorbaçov isə tədbir görmək əvəzinə DQMV-nin
sosial-iqtisadi inkişafının geridə qalması barədə ermənilərin
uydurduqları yalanı müdafiə edərək İttifaq büdcəsindən oraya
400 min rubl vəsait ayrılmasına göstəriş verdi. 1988-ci il iyu
nun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana
birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali
272