Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şama
xı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər
ərazilərdə həyata keçirilmişdir. Bu torpaqlarda kütləvi şəkildə
dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abi
dələri məhv edilmişdir.
1918-ci ildə türk-müsəlman əhaliyə qarşı törədilən cina
yətləri üzə çıxarmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriy
yətinin ən mühüm qərarlarından biri də həmin il iyulun 15-
də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur.
1919-cu il avqustun 27-də komissiya tərəfindən tərtib edilmiş
arayışda bildirilirdi ki, ermənilərin türk-müsəlman əhaliyə qar
şı törətdiyi cinayətlərlə bağlı 36 cild və 3.500 vərəqdən ibarət
sənədlər toplanmışdır.
70
illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi
«vətəndaş müharibəsi», «əksinqilabi qiyam» kimi saxtalaşdırı
lan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının azər
baycanlılara qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Xal
qımız uzun illər bu gerçək tarixdən məlumatsız olmuş, saxta
ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun
illər tamamilə yad istiqamətdə köklənmişdir. 1918-ci il martın
31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda
kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli
görünməmiş soyqırımına imza atmışlar.
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini isə Azərbaycanın
dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadi
sələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümum
milli lider Heydər Əliyevin imzaladığı fərman erməni m illətçi
lərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi
qiymət olmuşdur.
Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklik
ləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımı və et
nik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə
çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermə
99
nilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də to
xunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti
dolğun şəkildə əksini tapmışdır.
Prezident İlham Əliyev AMEA-nın 2005-ci ilin dekabrında
keçirilmiş 60 illik yubiley mərasimindəki dərin məzmunlu çı
xışı zamanı ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji
mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında
mühüm vəzifə kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin
«Gorus - 2010: Absurd teatrı mövsümü» əsəri bu baxımdan
mühüm əhəmiyyətə malikdir. Əsərdə eyni zamanda erməni
qəsbkarlarının ötən əsrin əvvəllərində azərbaycanlılara və
türklərə qarşı törətdikləri soyqırımı aktlarına da münasibət ək
sini tapmış, mart hadisələrinin təfərrüatları açıqlanmış, həmin
illərdə S.Saumyanın törətdiyi cinayətkar əməllər konkret fakt
lar əsasında göstərilmişdir.
BAKI (1905-1907-ci illər)
Ermənilər Bakıya XIX əsrin 70-ci illərindən gəlməyə baş
lamışlar. Bu elə bir dövr idi ki, şəhərin iqtisadiyyatı sürətlə
inkişaf edir, Abşeronda illik neft istehsalı 200-300 min puda
çatırdı. Həmin illərdə Çar Rusiyasının havadarlığı ilə Bakıya
axışan ermənilər neft sənayesi, ticarət və bank işi sahələrində
üstünlüyü ələ keçirmiş, qısa vaxtda iri kapitalistlərə çevrilmiş
dilər. Bu illərə qədər isə Bakı və onun ətraf kəndlərində ermə
nilər barmaqla sayılacaq qədər azlıq təşkil edirdilər. 1905-ci i
fevralın əvvəllərində Bakı şəhəri və quberniyasında baş vermiş
ilk erməni-azərbaycanlı qırğınını tədqiq edən senator Kuzmin-
skinin hesabatına görə, həmin ilin yanvarında Bakı quberniya
sında 1.057 min nəfər əhali siyahıya alınmışdır. Onlardan 800
min nəfəri müsəlmanlar, 12 faizi ruslar, 9 faizi ermənilər, 3
faizi isə başqa millətlərin nümayəndələri idi.
100
1904-
1905-ci illərdə «Daşnaksütyun» Bakıda sosial-demo
krat və sosial-inqilabçı adı altında daşnaksütyunyönümlü fəhlə
təşkilatları yaratmağa başlamışlar. Onların əsas məramı yerli
əhali arasında iğtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar
həyata keçirmək idi. Bu cəhdlər isə nəticəsiz qalmamışdı.
1905-
ci il fevralın 6-da gündüz saat 12 radələrində Bakıda
baş verən dəhşətli hadisə isə şovinist ruhlu erməni m illətçiləri
nin etnik zəmində əvvəlcədən planlaşdırdıqları böyük qırğına
yol açmış oldu. Həmin gün şəhərin mərkəzində, Erməni kil
səsinin yanında, «Parapet» deyilən yerdə varlı, nüfuzlu, çoxlu
qohum-əqrəbası olan karxana sahibi, sabunçulu Ağarza Ba
bayev erməni komitəsi tərəfindən qətlə yetirildi. Əhvalatdan
xəbərdar olan Bakı əhli qətl hadisəsindən çox təsirlənmiş və
bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törən-
diyinə görə xalq arasında böyük iğtişaşlar baş vermişdi.
Mixaylov xəstəxanasının sənədlərinə görə, qırğın başlanan
gün erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayant-
sın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə
terror qrupu tərəfindən 18 adam öldürülmüş, 33 nəfər yara
lanmışdı. Onların 34-ii azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i
başqa millətin nümayəndələri idi.
Fevralın 7-də vəziyyət daha da gərginləşmişdi. Həmin er
məni terror təşkilatı bu dəfə yüzədək dinc vətəndaşın həya
tına son qoymuş və yaralamışdı. Krasilnikovun, Mayılovun,
Korsakovun evlərindən, «Madrid» mehmanxanasından yerli
əhali - azərbaycanlılar qəfildən güllə yağışına tutulmuşdu.
İğtişaş nəticəsində müsəlmanların bir çoxunun imarətləri və
mağazaları dağıdılmış və qarət edilmişdi.
Fevralın 8-i şan-şöhrəti ilə məşhur olan Bakı cəhənnəmə çev
rilmişdi. Bir tərəfdən bombaların partlaması, digər tərəfdən isə
uca və ali imarətlərin uçub dağılması, neft zavodlarının, budkala
rın yanğından səmaya qalxan alovları insanları çaşdırmışdı.
Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə «Bakı
şəhərində qanlı qətliam» kimi daxil olmuşdur. Həmin giinlər-
101
Dostları ilə paylaş: |