Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə1/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
  1   2   3   4   5   6   7   8   9   ...   92


                                                                                                            
 Şirin Xanım Kərimbəyli Şadiman
 SÖZ KÖNLÜMÜ 
QƏLƏM ETDİ
(PUBLİSİSTİK DÜŞÜNCƏLƏR)
 
BAKI – 2016


Kitaba maddi və mənəvi dəstək göstərdiyinə görə 
həyat yoldaşım Abdulov Əli Əli oğluna minnətdaram.
Redaktor: 
Nəzirməmməd Zöhrablı
Korrektor:
Ceyran Abbasova
Şirin Xanım Kərimbəyli Şadiman
Söz könlümü qələm etdi (publisistik düşüncələr)
Bakı, Qanun Nəşriyyatı, 2016, 288 səh., 500 tiraj
Çapa imzalanmışdır: 09.08.2016
“Söz könlümü qələm etdi” kitabı müəllifin yaradıcılığı boyu müxtəlif 
illərdə qələmə aldığı məqalələr toplusudur.
Məqalələrin  mövzusu  bir  sıra  qələm  sahiblərinin  yaradıcılığı,  habelə 
siyasi,  mədəni,  mənəvi  həyatımızda  baş  verən  bir  çox  proseslər  barədə 
söz çələngidir. Ümid edirik ki, “Söz könlümü qələm etdi” kitabı oxucu-
lar  tərəfindən  maraqla  qarşılanacaq.  Nəşriyyatımız  adından  müəllifə 
yaradıcılıq uğurları diləyirik.
IISBN 978-9952-36-247-3
© Qanun Nəşriyyatı, 2016
© Şirin Xanım Kərimbəyli Şadiman, 2016
www.shirinxanim-shadiman.net


3
O YERLƏRDƏ İZİM QALDI…
Bu  yaxınlarda  Qalaaltı  sanatoriyasında  istirahət  edirdim.  Gözəl  ab-
havası,  yaraşıqlı,  gəzməli-görməli  yerləri  olan  bu  müalicəvi  sanatori-
ya  neçə-neçə  dərdlərə,  əlacsızlara  şəfa  bulağı  olub.  Qalaaltının  mehri-
ban  həkimləri,  tibb  işçiləri,  sağlamlığın  keşiyində  dayanıblar.  Qalaaltı 
sanatoriyasında mən bircə çatışmazlıq hiss etdim. Bu da Qalaaltının bəzəyi, 
əsrlərin müqəddəs, sirli yadigarı olan Çıraqqalanın bərbad halda olmasıdır. 
Əsrlərin yadigarı olan bu tarixi abidənin bərpası keçmişimizə çıraq tutan 
qalanı tikənlərin ruhuna da təskinlik olardı… Mən orta məktəbdə oxuy-
anda  Çıraqqalaya  ekskursiyaya  getmişdik.  Görünür,  əsrlərin  sınağından 
çıxan bu qala son 10-15 ildə təbiətin küləyinə, sazağına dözə bilmir. Bəlkə 
də o əsrlərdə onun qeydinə qalanlar olubmuş, indi isə müasir dövrdə el-
min, texnikanın sürətli inkişafına baxmayaraq babalarımızın, ulularımızın 
əvəzsiz yadigarına dırnaqarası baxılır. Necə olur ki, 14-15 əsr bundan qa-
baq Çıraqqalanı dağların başında ən uca zirvədə hasilə gətirə bilirlər, biz 
isə bu sürətli atom, texnika əsrində ulularımızın, qədim Odlar Yurdunun 
müqəddəs yadigarlarını nədənsə bərpa edə bilmirik?!
Qalaaltı  sanatoriyasına  gələn  bütün  xəstələr  böyrəklərində,  öd  kisə-
lərində olan çatışmazlıqlara baxmayaraq, bura ayaq basan kimi babaların 
əvəzsiz yadigarını – Çıraqqalanı görməyə tələsirlər…
Çıraqqalanın hər daşı – uğursuz həyatına qiymət verilməyən bədbəxt 
bir  insan  kimi  qəlpə-qəlpə  olub  dərin  dərələrin,  uçurumların  dibinə  yu-
varlanır, yarğanların burulğanlarında qeyb olur. Sinəsi parçalanıb dən-dən 
olur Çıraqqalanın… Sanki haray-həşir salıb qışqırır ki, mərəzlərini, xəs-
təliklərini 1-2 saatlıq unudub, ay məni görməyə gələn insanlar deyir, bəlkə 
siz  mənə  öz  kömək  əlinizi  uzadasınız. Axı  mən  sizin  ulu  keçmişinizin, 
bütünlükdə  yerlə-yeksan  olub  torpaq  altında  qalan  Şabran  şəhərinizin, 
Dər bəndinizin,  bütöv  Azərbaycanınızın  yadigarıyam.  Sümükləri  dəlik-
deşik divarların oymalarından boylanan, səssiz-səssiz inildəyən neçə-neçə 
günahsız qurbanların nişanəsiyəm! Bəlkə siz gedib başbilənlərinizə xəbər 
verə və mənim bugünkü halımla onları hali edəsiniz. Ey mənim qurub-
yaradan babalarımın, ulularımın nəvə-nəticələri, kömək edin mənə deyir… 
Ümumittifaq əhəmiyyətli Qalaaltı sanatoriyası mənə elə gəlir ki, ittifaqın 
kurort  mənşəli  ərazilərindən  heç  də  pis  deyil.  Yayın  cırhacır  vaxtında 
burda yalnız 1-2 saat isti hava hiss edirsən. Qalan saatları həzin ab-hava 


4
adamı müşayiət edir. Mən tez-tez mətbuatımızda da oxuyuram ki, tarixi 
keçmişimizin yadigarlarını qoruyaq, saxlayaq. Bəs görəsən, Dəvəçi rayo-
nunun ərazisində yerləşən Qalaaltı sanatoriyasının bəzəyi olan Çıraqqalanı 
qorumaq tarixi yadigarlarımızdan deyilmi?! Deyirlər, bu qala 17 tikilidən 
ibarət olub, onun təkcə biri qalıb. O da dağılandan sonra gərək Qalaaltının 
adını dəyişdirsinlər, çünki az bir hissə qalıb, belə getsə ondan, ümumiyyətlə, 
əsər-əlamət qalmayacaq. 
Dədələrin, babaların əziz-xələf yadigarı Çıraqqala, qəlbini sıxma, bəlkə 
sənin də taleyinlə maraqlanan tapıldı. Səni birinci dəfə gördüyümdən illər 
keçib… Bir də sənin müqəddəs, sehrli torpağına ayaq basdım. O vaxt ki, 
izlərimin üstünə yeni izlər qarışdı. Məni uşaqlıqdan valeh edən, şiş dağlar 
başından  kəndimiz  Tağaya,  dəli-dolu  Xəzərə  sarı  boylanan  sirli-soraqlı 
qalam, səninlə yenidən görüşdüyümə görə, o otlu-əncərli daşlarına ayaq 
basdığıma  görə  sevinirəm…  Kədərim  sənin  dağılmış  görkəmini  gör-
düyümdən yanadır, lakin ümidimi itirmirəm, rica edirəm, heç sən də itirmə! 
Ümidvaram ki, ulularımızın yadigarına kömək əlini uzadanlar tapılacaq!.. 
Sənin uçulub tökülmüş qalaçanda bərpa işləri aparılacaq. Mən buna hava 
və suyun varlığı təki inanıram. O gün gələcək. Mən görməsəm də sən bunu 
görəcəksən. Uşaqlığımdan boyunu uzaqdan-uzağa heyran-heyran süzdü-
yüm, Çıraqqala, mənim səndə izim qaldı…
15.07.1987 
Qalaaltı
Qeyd: Bu məqaləni 15.07.1987-ci ildə yazdım, amma o zaman mətbuatda çap 
etdirə  bilmədim.  İllər  keçdi.  Biz,  yəni  Şimali  Azərbaycan  müstəqillik  qazandı. 
Zaman keçdi, mərhum prezidentimiz Heydər Əliyev 23 iyun 2003-cü ildə № 1262 
saylı “Çıraqqala» tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 
sərəncam imzaladı. Bu sərəncamın yerinə yetirilməsini arzu edərdim…


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə