Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə2/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   2   3   4   5   6   7   8   9   ...   92

5
8 MARTA AĞIM
Dörd ildir ki, xalqımızın, başı min bir bəlalar çəkmiş, həmişə yağıların 
yağlı  tikəsi  olmuş,  ana  torpağımız  Azərbaycan  ağır  günlərini  yaşayır. 
Vətənimizin  göylərində  qara  buludlar  dolaşır.  Neçə-neçə  günahsız  kör-
pə lərimiz, ağbirçəkli analarımız, gül üzlü gəlinlərimiz, ismətli qızlarımız 
qəfil yağı gülləsinin qurbanı olur. Qara Yanvar qara günlər gətirdi dərddən, 
kədərdən əyilməyən, lazım gəlsə köksünü güllə qabağına verməyə hazır 
olan analarımıza!..
Bu  gün  mən  sinəsi  Vətən  eşqilə  yanan,  damarlarından  millət  qanı 
axan  qeyrətli,  ismətli,  hünərpərvər  analarımızı,  qızlarımızı,  bütünlükdə 
qa  dınlarımızı  dünyanın  çox  yerində  qeyd  olunan  bu  bayram  münasibəti 
ilə təbrik edirəm. Və bu gün cümlə qadınlarımızı Salatın Əsgərova kimi 
cəsarətli,  qeyrətli  olmağa  çağırıram.  Bütün  dünyada  haqqa  çıraq  tutan 
ana-bacıları  bizim  səsimizə  səs  verməyə  çağırıram,  çünki  harda  bir  qan 
tökülürsə, orda bir ana öz balasını itirir və ölənədək gözüyaşlı qalır. Hər 
bir eldə ana, bacı namus, ismət rəmzidir, O basılsa, xalq incələr, qaragünlü 
olar. Yox əgər toxunulmaz olsa, o torpağın qızı, gəlini əsir olmaz, bəxtiyar 
olar,  xoşbəxt  olar.  Əziz  analar,  sabahlarınızın  firavan  və  azad  olmasını 
diləyirəm. 
  07.03.1991
İNANMIRAM YOXLUĞUNA
 
Kitabın kompüterdə işi, demək olar ki, tamamilə qurtarmışdı. Bu zaman 
ağır  bir  xəbər  məni  dərindən  sarsıtdı.  Bu  “Füzuli”  məclisinin  yaradıcısı 
və  rəhbəri,  Füzuli  yanğılı  qəzəl  şairi  Hacı  Mailin  vəfatı  xəbəri  idi.  Son 
bir ildə Hacının xəstə olmasını bilirdim. Lakin fələyin bu tezliklə onu bi-
zim  aramızdan  aparmasına  heç  vəchlə  inana  bilmirəm.  Hacı  Mail  sadə, 
müdrik və Füzuli harayı ilə nəfəs alan, alışan-yanan bir şair, daha doğrusu 
şairlər içində inci idi. O, Füzuli dühasının Məcnunu idi. Nəinki gənc qəzəl 
şairlərinin, hətta şerin bütün növlərində yazıb-yaradanların tərəfkeşi. Hacı 
Mail, fələk sənin varlığını nə çox gördü “Füzuli” məclisinə?
Düzdü, mən “Məcməüş-şüəra” və “Füzuli” məclislərinə ara-sıra gedi-
rəm, çünki Neft Daşlarında işləməyim və şəhərdən kənarda, Pirallahıda, 
yaşamağım məclislərə intensiv gəlib-getməyimə çətinlik törətsə də, ürəyim 


6
o kamal yığnaqlarından bir an belə aralı olmayıb və xüsusən Hacı Mailin 
o müdrik siması bir an da belə gözlərim önündən getmir. Amansız xəstəlik 
Hacı Mailə möhlət versəydi, hələ neçə-neçə qəzəl kitablarını, divanlarını 
araya-ərsəyə gətirərdi.
 Fəqət, hardan biləsən fələyin gərdişini? Hökm çıxardan da O, hökmü 
həyata keçirən də O. Bizlərsə, onun hökmünə məhkum olmuşlarıq. Necə 
səbirlə, necə təmkinlə qulaq asırdı Hacı Mail məclisdə oxunan şeirlərə…
İrad tutanda da elə yumşaq, elə mülayim deyirdi ki, iradını… Müəllifin 
ümidini itirməmək üçün. Ərəb, fars dillərinin bilicisi, sənədsiz alim, iste-
dadlı şair. Hacı Mailin ruhuna Allahdan rəhmət diləyirəm. Məzarın nurla 
dolsun, böyük şair!
Sənin  övladların  sənət  çırağının  işığıyla  öyünə  bilərlər.  Ey  heç  kəsə 
əyilməyən  dağ  vüqarlı  sənətkar!  Sənin  yoxluğun  Azərbaycan  alimləri, 
söz xiridarları içində bundan sonra daha çox bilinəcək. Yoxluğun göyüm-
göyüm göynədəcək səni candan sevənləri, əziz Hacı Mail. Allah sənə qəni-
qəni rəhmət eləsin, ruhun şad olsun! Sinəsində Vətən ağrılarıyla dünyanı 
tərk edən sənətkar. Ürəyində hələ nə qədər sözün-sovun qaldı…
Yoxluğun  hiss  olunduqca  sənətinin  yaddaşlardan  silinməzliyi  aləmə 
üs yan olacaq. Ölməz, Hacı Mail, bilirəm həmkarların sənin əziz xatirənə 
qəzəllər həsr edəcəklər.
Yoxluğunun  xəbəri  nədənsə  mənim  könlümdə  heca  vəznində  ürək 
yanğısına çevrildi. Mən sənin əziz xatirənə həsr etdim bu şeri, ruhun şad 
olsun əməli pak ustadım!
BU XƏBƏR
Mərhum qəzəl ustadımız Hacı Mailin 
 unudulmaz xatirəsinə
İçimdə acıya döndü bu axşam,
Söndü gözlərimin gecəsində şam,
Aldı ürəyimdən kədərlərim kam,
Sel etdi gözümün yaşın bu xəbər,
Yandırdı qəlbimin başın bu xəbər.
Əsl insanları itirmək çətin,
Ən ağır itkisi bəşəriyyətin,


7
Ey fələk, sarsıtdı məni niyyətin,
Ağlatdı könlümün gözün bu xəbər,
Göstərdi ölümün üzün bu xəbər.
İlahi yaxşını həyatdan alar,
Onun yoxluğuyla qəlbləri çalar,
Duyğulu canları ələmə salar,
Saldı ürəyimi qəmə bu xəbər, 
Atdı gözlərimi nəmə bu xəbər.
O candan sevərdi Azərbaycanı,
Həyatı, cahanı, hər keçən anı,
Fələk ayrı etdi tənindən canı,
Saldı matəmini dilə bu xəbər,
Mailin yoxluğun elə bu xəbər.
Füzuli oduyla alışan şair,
“Şəbi-hicran” ilə yarışan şair,
Məcnun atəşinə qarışan şair,
Partladı bağrımda necə bu xəbər?
Mənə matəm oldu gecə bu xəbər.
Sanki Simurq quşu uçdu da getdi,
O haqq dünyasında kamına yetdi,
Bir ömrün Füzuli harayı bitdi…
Barışmaz qəmilə daha bu xəbər,
Batdı könlümlə min aha bu xəbər.
Baxışın Füzuli baxışı aldı,
Qəzələ bir Vahid naxışı saldı,
“Füzuli” məclisi Mailsiz qaldı…
Özünü rüzgara qatdı bu xəbər,
Bütün məmləkətə çatdı bu xəbər.
Şadiman, ürəyin ağlamasın heç,
Mail qəzəlində ölməzliyi seç


8
Dünyanın ayrılıq əzabını biç…
Qəlbinə qəm yükü töksə bu xəbər,
Üstünə zülməttək çöksə bu xəbər.
 29-30.10.1999, 
Neft Daşları 
 YAŞIL AVTOBUSLARIN YAŞIL ZƏHƏRİ 
 
Mən Pirallahı adasında yaşayıram. Sovet zamanı bu ada Artyom ad la-
nırdı. Müstəqilliyimizi qazanandan sonra adanın tarixi adı özünə qaytarıldı. 
Adanın 60 km paytaxtdan kənarda yerləşməsi, yəni Bakının ən ucqarında 
olması  uzun  illər  ada  sakinlərinin  nəqliyyat  məsələsində  şəhərə  gedib-
gəlməsinə çətinlik törədib.  
Hələ sovet dönəmində iri tutumlu avtobuslar 2 saat vaxt sərfi ilə camaatı 
şəhərə aparıb gətirirdi. Bu zaman kəsiyi şəhərdə işləyən ada sakinlərinin 
işə  gecikmələri,  bəzən  hətta  maşınlar  xarab  olub  yolda  qalarkən  işdən 
qalma halları ilə belə nəticələnirdi. Müstəqilliyimizi qazandığımız bu neçə 
illərdə  “QAZEL”  və  “FORD”  tipli  kiçik  tutumlu  avtobuslar  yol  prob-
lemimizə,  demək  olar  ki,  birdəfəlik  son  qoymuşdu.  Dövlət  Başçımızın 
qayğısı və diqqəti nəticəsində sovet zamanı xarabalığını andıran yollarımız 
da Gürgana (Sovet vaxtı Damba adlanırdı) qədər əla təmir olunub. Quruyla 
adanı birləşdirən yol da artıq dənizlə yolu ayıran qoruyucu beton divarlar 
vasitəsilə  təmir  prosesindədir.  Bütün  bunlar  insan  ruhunu  çiçəkləndirən 
və yaşamaq eşqini artıran təqdirəlayiq işlərdir. Hiss edirsən ki, bu Vətən 
müstəqildir və gündən-günə çiçəklənir. 
Bir  aya  yaxındır  ki,  yenidən  şəhərə  gedib-gəlmək  problemi  ilə  üz-
üzə qalmışıq. İrihəcmli yaşıl avtobusların Pirallahı adasına marşruta bu-
raxılması ilə əlaqədar “QAZEL” və “FORD” tipli marşrutların işləməsinə 
birdəfəlik nəqliyyat naziri tərəfindən qadağa qoyuldu. Bu yaxınlarda mən 
həyat  yoldaşımla  “Qazel”də  şəhərə  gedərkən  yol  polisləri  Bakıya  çat-
mamış marşrutun qabağını kəsib sürücünün əlindən açarı aldı və camaatı 
maşından məcburən aşağı düşürtdü. Biz Pirallahı sakinləri başa düşürük 
ki, adaya gələnə qədər yolboyu yerləşən kənd və qəsəbələrdə yaşayan sa-
kinlərə  iri  həcmli  avtobuslar  sərf  edir.  Ona  görə  də  böyük  avtobusların 
marşruta buraxılmasının əleyhinə deyilik, ancaq yolumuzun uzaqlığı nə-
zərə alınıb “QAZEL” və “FORD”ların da xətdə işləməsinə icazə verilsin. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə