Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə7/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   2   3   4   5   6   7   8   9   10   ...   92

21
baxımdan  bəxti  heç  vaxt  gətirməyib.  Şimal  dəmiryol  stansiyasının  3 
km-də  yerləşən  bu  kənd  həmişə  rayon  rəhbərlərinə  gözdən-könüldən 
uzaq yer kimi görünüb. Bilmirəm, bunun təqsiri orda yaşayan insanlarda 
və  ya  ona  ögey  baxan  əlaqədar  təşkilatlardadır?  Paytaxtın  115  km-də 
yerləşən bu kəndin işığı da 1968-ci ildə çəkilmişdi. Şollar suyu isə çox 
sonralar çəkilib. Halbuki kəndin 3-4 km-də həmişə su, işıq və qaz olub. 
Sovet  dönəmində  –  keçən  əsrin  80-ci  illərində,  nəhayət,  bu  kəndə  qaz 
xətti çəkildi, camaatın yanacaq problemi həll olundu. Elə bil bu kəndin 
bəxtinə günəş doğdu, ancaq bu da uzun çəkmədi. Sovet hökuməti süquta 
uğrayanda ölkəmizin bir çox bölgə mərkəzləri və kəndləri kimi Tağayın 
da  qazı  kəsildi.  Bizim  kənd  dənizkənarı  zolaqda  yerləşdiyi  üçün  burda 
meşələr də yoxdur. Camaat əvvəllər burda heyvan peyinindən hazırlanan 
təzəkdən, odundan, tapılanda kömürdən istifadə edirdi. Onu da deyim ki, 
Abşeronun yaxınlığında yerləşməsinə baxmayaraq, buranın qışı da sərtdir. 
Yayı isə sərindir, camaat yayda da orda yorğanla yatır. Sovet hökumətinin 
ilk  dövrlərində  dənizə  yaxın  sahədə  ata-babaların  saldığı  qədim  üzüm 
bağları da məhv edilib və yerində süni meşə massivi salınmışdı. Hətta ora 
meşəbəyi də təyin olunmuşdu, lakin kəndə qazın verilməsi dayandırılan 
kimi,  SSRİ  dağılan  vaxt  camaat  birinci  soyuqdan  ölməmək  üçün  bu 
meşəyə üz tutdu. Bu minvalla ağaclar qırılıb məhv edildi, sonra isə həyət-
yanı bağlar da bu qırılmaya məruz qaldı. İndi şükür Allaha ki, ölkəmizdə 
çətinliklər aradan qalxmağa başlayıb. Azərbaycanın ən ucqar bölgələrinə 
belə  qaz  verilməsi  vüsət  alıb.  Sağ  olsun  ölkəmizin  başçısını  və  bu  işlə 
əlaqəli təşkilatları, amma bu vüsətdən təəssüf ki, bizim kəndimiz kənarda 
qalıb. Bakıya yaxın olan Siyəzən özü neft istehsal edən rayondur. Tağayın 
3  km-də  yerləşən  Yenikənd,  Gilgiçay,  Həmyə  və  sair  kəndlər  qazla 
təchiz  olunub,  ancaq  Tağayda  isə  camaat  qaz  problemilə  üz-üzə  qalıb. 
Məni təəccübləndirən odur ki, bu işlə birbaşa əlaqədar olan təşkilatlar və 
səlahiyyətli orqanlar bu məsələylə heç maraqlanmır və ya maraqlanmaq 
istəmirlər.  Kəndlə  bağlı  olan  bələdiyyə  və  icra  orqanları  bu  məsələnin 
üstündən sükutla keçirlər. Halbuki kənddə qaz xətti var. Bu qaz xətlərini 
təmir edib camaatı qazla təchiz etmək elə də çətin iş deyil. Mən camaatdan 
soruşanda  dedilər  ki,  əksinə  qaz  xətlərini  kəsib  aparırlar.  Bu  məsələ  öz 
həllini tapsa, qırılıb çatılmış meşəmiz yenidən dirçələr, camaatımızın isə 
təmiz havalı, saf sulu, göy Xəzərli Tağayımızla ülfəti və bağlılığı birə-on 
artar. İnsanları kəndlərdən qaçırıb rayon mərkəzlərinə və paytaxta dolduran 


22
nədir? Şəraitsizlik, laqeydlik, bəzi yerli icra orqanlarının və bələdiyyələrin 
kəndlərə ögey münasibəti.
 İnanıram ki, məqalə qəzetdə dərc olunan kimi Siyəzən rayonunun 
aidiyyəti orqanları bu məsələnin tezliklə həllinin icrasına öz səlahiyyətləri 
çərçivəsində rəvac verəcəklər. Qarşıdan prezident seçkiləri gəlir, qoy sadə 
Tağay camaatı da bu seçkilərə üşüyə-üşüyə yox, isti ürəklə getsin!
  07.09.2008
  
“EŞİDİB-BİLDİKLƏRİMDƏN” YAZISININ 
MÜƏLLİfİ ƏNVƏR NƏZƏRLİYƏ 
 AÇIQ MƏKTUB
Hörmətli, Ənvər müəllim, mən Sizi ilk dəfə “Məcməüş-şüəra” (“Şair lər 
məclisi”) və “Füzuli” ədəbi məclislərindən şəxsən tanıdım, amma hələ ali 
məktəb illərindən haqqınızda eşitmişdim. Sizin 1937-ci il repressiyasının 
qurbanı  olmuş  Hacıbaba  Nəzərli  ocağından  olduğunuzu  bilirdim.  Sizin 
ailənin çəkdiyi ağrı-acılardan az-çox xəbərim var idi. Mən bu ədəbi məc-
lislərə gəlib-gedərkən sizin səmimiliyinizin, sadəliyinizin, yüksək savad-
lılığınızın,  başqalarından  fərqli  olaraq  dözümlülüyünüzün  şahidi  oldum. 
“Füzuli”  məclisində  qəzəllər  oxunarkən  haqq  dünyasına  qovuşmuş  rəh-
mətlik Hacı Mail tez-tez sizə müraciət edib sizin fikrinizi öyrənərdi. Bu 
sizin  klassik  şeir  forması  olan  əruza  bələdliyinizdən  və  əruz  sahəsində 
qazandığınız mükəmməl bilikdən xəbər verirdi. Sizin 2006-cı ildə işıq üzü 
görmüş  və  mənə  bağışladığınız  “Ürək  təranələri”  divanınızı  oxuyarkən 
onun axıcılığının şahidi oldum. Bu divanda dilimizin şirinliyinin qorun-
ması,  dilimizdə  işlənməyən  ərəb-fars  tərkibli  sözlərin  qəzəllərinizdə  ol-
maması sizin ustad şairliyinizdən xəbər verir. Ona görə də sizin kimi ustad 
sənətkarı şəxsən tanıdığıma görə qürur hissi keçirirəm. Qürur duyuram ki, 
siz  mənim  2002-ci  ildə  çapdan  çıxmış  “Kiminə  acı  dünya,  kiminin  tacı 
dünya”  kitabımda  gedən  qəzəllərin  redaktoru  olmusuz.  Əziz  ustad!  Siz 
ilhamlı şairsiz, fəqət bununla bahəm həm də gözəl şərqşünassınız, məhz 
ona görə də əruzda diliniz belə rəvandır. 
Arzu  edərdim  ki,  Sizin  könül  oxşayan  qəzəlləriniz  muğam  oxuy-
an  xanəndələrimizin  diqqətini  çəksin  və  dillərinin  əzbəri  olsun.  Ənvər 
müəllim,  mənim  məqsədim  sizin  qəzəlləriniz  haqqında  fikir  yürütmək 


23
deyil, bu fikri hörmətli akademikimiz Vasif Məmmədəliyev kifayət qədər 
açıqlayıb. 
Əziz ustad, mən sizin mənim və mənim kimi bir çoxlarının nəzər-diq-
qətini cəlb etmiş və marağına səbəb olmuş “Eşidib-bildiklərimdən” yazınız 
haqqında ürək sözlərimi söyləmək istəyirəm. 2008-ci il may ayının 10-dən 
maraqlı ədəbi orqan olan “Kredo” qəzetində ardıcıl olaraq sizin “Eşidib-
Bildiklərimdən”  yazınız  çap  olunur.  Mən  bu  yazıya  publisistik  yox, 
mənsub olduğunuz nəslin timsalında dəyərli bir tədqiqat əsəri, yaşadığımız 
dövrün ağrılı-acılı, nəşəli-ələmli, yüyrək dilli həyat dastanı, həyat hekayəsi 
deyərdim. Əziz ustad, sizin qəzəllərinizdə olduğu kimi bu hekayətdə də 
axıcı  yazı  diliniz  var.  “Eşidib-bildiklərimdən”  hekayəti  təkcə  bir  nəslin 
həyat yoluna çıraq tutmur, bu Vətənimiz müstəmləkə məngənəsində bo-
ğularkən  onun  övladlarının  başına  gələn  acılı-şirinli,  maraq  dolu  ömür 
tarixçəsidir. 
Sizin əminiz Hacıbaba Nəzərli nəslinin başına gələn müsibətlər əsilli, 
ziyalı ailələrin hər birinin ağrılı taleyindən keçib. Mən özüm də bəy nəsilli 
ailənin övladıyam. Babamın, babamın atasının, əmisinin başına gətirilmiş 
fəlakətlərin acı hekayəsini dönə-dönə rəhmətlik atamdan eşitmişdim. Əziz 
ustad, çar Rusiyasının sonlarına və sovet dövrünə tutduğunuz sənət çırağı 
sizin gözəl publisist-tədqiqatçı kimi istedadınızı üzə çıxardıb. Bu yazını 
mütəmadi  qəzetdə  çap  edən  “Kredo”  qəzetinin  baş  redaktoru  Əli  Rza 
Xələfliyə də öz minnətdarlığımı bildirirəm, çünki o, tariximizin dünəninə 
çıraq tutan belə maraqlı yazının qəzetdə işıq üzü görməsinə imkan yaradıb. 
Hörmətli ustad, sovet dövrü bizim Vətənimizin tarixinin bir hissəsidir, çün-
ki biz də bu dövrdə doğulmuşuq və bu dövrün daşıyıcılarıyıq. Ona görə də 
bu dövr həm müsbət, həm də mənfi cəhətləri ilə olduğu kimi öyrənilməli 
təzə  doğulanlara,  yəni  gələcək  nəslə  doğru-düzgün  çatdırılmalıdır.  Siz 
həmin zamanlarda müxtəlif məsul vəzifələrdə çalışmış, həmin vəzifələrin 
ağrı-acısını, şirinini-şəkərini dadmış insansınız. Nəzərli ocağının atəşindən 
doğan şölələr sizin könlünüzə işıq salmış, heç bir qadağaya, qorxulara bax-
mayaraq o dövrdə oxuyub yüksək mənsəblərə çatmısınız. Bu o zamankı 
dövrdə hər adamın işi deyildi. Çoxları öz ata-babalarının soy adını belə 
gizlətdiyi  halda,  Siz  Nəzərli  soyuna  sadiq  qalıb  onun  adını  öz  işiniz  və 
xeyirxah əməllərinizlə işıqlandırmısınız. Hörmətli ustad, siz böyük Şəh ri-
yarın “Heydərbabaya salam” poemasının bu tayda ilk dəfə mətbuat səhi-
fəsində üzə çıxmasına nail olmusunuz. Böyük Şəhriyar da, Siz də mənim 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə