Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə8/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   4   5   6   7   8   9   10   11   ...   92

24
ən  çox  sevdiyim  şairlərdənsiz.  Siz  Vəli Axundovdan  bu  hekayətdə  xoş 
sözlər yazırsız. O mənim atamın ana tərəfdən qohumudur və mən onun 
haqqında yazılan bu xoş sözlərə görə qürur hissi keçirirəm. Siz Bağırovun 
amansızlığından, Hacıbaba Nəzərliyə tutduğu divandan söhbət açırsınız. 
İnanırsınız, bu sətirləri oxuyanda dəhşətə gəldim. Böyük çıxmasın, mənim 
“Bizi özümüzdən qoru, Allahım” şerim burda lap yerinə düşür. Deyəsən 
bizim  özümüzün  özümüzə  etdiyimizi  heç  kim  bizə  etməyib.  Bir  də  ki, 
özgənin etdiyi pislik adamı o qədər yandırmır axı?! Deyəcəksən ki, qanı 
qanımdan deyil, canı canımdan. Biz bu müsibətləri az-çox o dövrün canlı 
şahidi olmuş qocalarımızın dilindən hərdən bir pıçıltılarla eşidərdik. Bu 
pıçıltılar onların qanına, canına hopmuş qorxudan nişan verirdi. Bu qorxu 
indi də bizim qanımızda var, genlərlə keçib bizə! Bəli, biz həmin qorxu-
nun canlı daşıyıcılarıyıq!.. Budur Bağırovların millətimizə vurduğu ağır 
mənəvi zərbələrin acı təzahürü!
Hörmətli ustad, siz məsul vəzifələrdə çalışdığınız vaxtlar, xarici ölkə-
lərdə səfərlərdə olduğunuz zamanlar barədə hekayətdə maraqlı məqamları 
nəql  edirsiz.  İraqda  səfərdə  olarkən  hüzr  yerinə  getməyiniz  haqqındakı 
əhvalatdan bəhs edirsiniz. Hüzr mərasimində oradakı adət-ənənənin canlı 
şahidi  olmusuz. Yas  mərasimində  hüzrə  gələnlərə  az  miqdarda  acı  kofe 
paylanılırdı. Siz də həmin kofedən dadmalı olmusunuz. Bu acı kofe yas 
sahibinin  dərdinə  şərik  olmanı  təcəssüm  etdirirdi.  Bunu  mən  mərhum 
yazıçımız Əzizə Cəfərzadənin də dilindən eşitmişdim. Təəssüflər olsun ki, 
bizdə yas mərasimləri varlılıqdan, kasıblıqdan asılı olmayaraq bir şouya 
çevrilib. Yasa gələnlər bərbəzəkli təamlarla dolu olan süfrəni görəndə heç 
olmasa üzdən də olsa kədərlənməyi unudurlar. Vallah, indiki qəbiristanlıqlar 
heykəltəraşların açıq səma altında emalatxanasına bənzəyir.
Hərdən mənə elə gəlir ki, bizlərin çoxunda nə Allaha, nə də islama etiqad 
var. Sadəcə olaraq, din bizim məişətimizə mövhumatla və vərdişlə daxil olub.
  Siz  1968-ci  ildə  o  vaxtkı  Çexoslovakiyada  Sovet  İmperiyasının 
törətdiyi qırğının nəticəsi olaraq Türkiyədə başınıza gələn əhvalatdan bəhs 
edirsiz. Türk  xalqının  sovetdən  gələn  nümayəndə  qrupunu  necə  nifrətlə 
qarşılamağı  və  türk  hökumətinin  məcbur  olub  bu  qrupu  üç  gün  adada 
giz lətməyi  maraqlı  tarixi  məqamdır.  Siz  bu  məqamı  açıqlayıb  o  dövrün 
daşıyıcıları olan biz insanlara çatdırırsınız. Hörmətli Ənvər müəllim, Siz 
sovet  dövrünün  təhsil  sistemindən  bəhs  edirsiz  və  maraqlı  açıqlamalar 
verirsiz.  Doğrudan  da  o  dövrdə  təhsil  çox  güclü  idi. Adi  ailələrdən  tut-


25
muş  yüksək,  çinli  ailələrə  kimi  hamı  ali  təhsil  arzusuyla  aşıb-daşır  və 
hamı  bu  arzuya  yetmək  üçün  çalışırdı.  İndiki  kimi  bilik  almaq  üçün  nə 
uşaqlara müəllim tutulardı, nə də onların nazı ilə oynanılardı. Heç kəsin 
əlindən kitab düşməzdi yerə, hamı savadlanmağa can atardı. Kitabxanalar 
qələbəlik olardı. Sadə ailələr də uşaqlarını oxutdurmağa cəhd edərdi. Onda 
da tanışlıqla, “dayı” ilə oxuyanlar çox idi. Əslində bu təhsil sistemi sovet 
quruluşuna xidmət üçün qurulmuşdu. Ümumilikdə götürdükdə isə müsbət 
mənada milləti savadlanmaya aparırdı. İndi də oxuyanlar az deyil, amma 
savadlılar azlıq təşkil edir. İnternet, kompüter məişətimizə daxil olandan 
cavanlarda kitaba maraq azalıb. Yeni texnikanı bilmək irəli getməkdir, an-
caq kitabı əlindən yerə qoymamaq şərti ilə… Mən də kompüterdən istifadə 
edirəm, ancaq kompüter kitab deyil axı. Çox qabağında oturanda insanda 
beyin  yorğunluğu,  rahatsızlıq  yaradır.  Hörmətli  ustadım  Ənvər  Nəzərli, 
mən sizin yazdığınız bu hekayəti başdan-başa nəql etmək fikrində deyiləm, 
ancaq mənə təsir edən bir çox məqamları sizinlə bölüşmək istədim. Bir 
də  bir  istəyimi  sizə  yetirmək  istəyirəm. Yaxşı  olardı  ki,  “Eşidib-bildik-
lərimdən” hekayəti qəzetdə sona çatdıqdan sonra kitab şəklində işıq üzü 
görsün. Bu həm tədqiqatçılar üçün, həm də yaxın keçmişimiz olan və artıq 
bir tarixə dönən sovet dövrünün yadda qalan səhifələrinin gələcək nəsillərə 
ötürülməsi üçün dəyərli bir vasitə olardı. 
Və arzum budur ki, mənə də “Eşitdiklərim-bildiklərimdən” kitabının 
bir nüsxəsini öz dəsti-xəttinizlə ərməğan edəsiz. Sizə möhkəm can sağlığı 
və yaradıcılıq uğurları eşqilə Şadiman.
10.11.2008 
fƏRİDƏ LƏMANA DİLƏKÇƏM 
“Ürəyimi  sabahlara  açıram”  kitabından  şeriyyətinə,  sözünə-sovuna 
bələd  olduğum  alim-şair  xanımımız,  Fəridə  Ləman!  Sizi  mətbuat  səhi-
fə lə rindən qiyabi tanıyırdım, lakin 2008-ci ildə sizin təşəbbüsünüz sayə-
sin də  şəxsi  tanışlıq  məni  məmnun  etdi. Az-çox  ədəbi  aləmdə  yeri  olan 
qadın  şairələrimizi  “Məhsəti  Şairlər  Məclisi”  ətrafında  cəm  etməyiniz 
ən  azı  mənəviyyatımızı  çiçəkləndirən  xeyirxah  addımdır.  Keçirdiyiniz 
təd birlər  bu  tədbirlərdə  sözü  öz  taleyinə  çevirmiş  müxtəlif  yaşda  qadın 
yazarlarımızın şeir çələngini, maraqlı məqalə və yazılarını jurnalın səhi-
fələrində  işıqlandırmağınız  onların  yaradıcılığına  tutduğunuz  çıraqdır. 


26
Bu  çırağın  işığı  hələ  neçə-neçə  zülmətləri  nura  qərq  edəcək.  Fədakar 
qadın yazarlarımızın yazmaq eşqini artıracaq. Əziz Fəridə Ləman, siz öz 
cəfakeşliyinizlə  jurnalın  maliyyə  sarıdan  çətinlik  içində  qalmasına  bax-
mayaraq onu min bir zəhmətlə araya-ərsəyə gətirirsiz. Bu bizim mənəvi 
dəyərlərimizə təmənnasız xidmətdir. Siz səhhətinizi düşünmədən, yorul-
madan çalışırsız. Sizin bu il cəsurluğunuz və rəhbərliyiniz sayəsində işıq 
üzü görmüş əksər qadın şairlərimizin şeirlərindən ibarət olan “Azərbaycan 
çələngi” şeirlər toplusu və onların tərcümeyi-halından bəhs edən “Məhsəti” 
ensiklopediyası  ədəbiyyat  aləmində  gördüyünüz  işlərin  uğurlarının 
timsalıdır. Sizin gülər üzünüz, qayğıkeş və mehriban baxışlarınız təbinizin 
rübabından çağlayan şeriyyəti qələminizə calayır və bu şeriyyət vərəqlər 
üstünə bahar yağışı kimi ələnir. Bu şeriyyət misra-misra kağızlara hopur və 
kağızlar misralar içində şölələnir. 
Nədənsə mənəviyyat adamları – əksərən ədəbiyyatla, incəsənətlə bağlı 
insanlar həmişə çətinliklər içərisində olub, amma hər dövrdə bu çətinlikləri 
aşmağı bacaranlar ədəbi aləmdə öz izini qoymağa nail olub. Siz anamız ulu 
Məhsətinin adına söykənib onun fədakarlığına bənzər bir ömür yaşayırsız. 
Bu  ömrü  qələmlə,  ilhamla,  sözlə  bağladığınız  üçün  acısı  şirinindən  çox 
olub, çünki həqiqi sənət adamının həyatı məhrumiyyətlərlə doludur! Siz bu 
məhrumiyyətlərə sinə gərib Məhsəti işığına toplaşmış qadın şairlərimizin 
söz-sovuna, özünə dəstək olursuz.
Onların işıq üzü görən kitablarının təqdimatlarını, xaricdən bizi dey-
ib gələn soydaşlarımızla görüşlərin, bir çox könül riqqətə gətirən işlərin 
cəfakeşisiz.
Əziz Fəridə Ləman! Noyabrın 28-i doğum gününüzdür. Bu gün mü-
nasibətilə  sizi  ürəkdən  təbrik  edir,  sizə  mənalı  və  cansağlıqlı  bir  ömür, 
ədəbi yaradıcılığınızda uğurla dolu günlər arzulayıram. Mən əlinə qələm 
alıb  ürəyinin  odunu,  atəşini  ağlının  qavradığı,  könlünün  duyğulandığı 
səviyyədə mənzum və nəsrdə vərəqlər üstünə tökən qadın yazarlarımızla qürur 
duyuram. O cümlədən də Sizinlə! Əziz həmkarım, qarşıdan sizi Həcc ziyarəti 
gözləyir. Necə deyərlər, Allah sizə bu səfərə getmək üçün şans yaradıb. Mənim 
Allahdan təmənnam budur ki, cəmi Həcc ziyarətinə gedənlərlə bahəm sizin bu 
səfəriniz uğurlu olsun! Sağ-salamat Vətənə, ailənizə, yaradıcı sənət dostlarınıza 
qovuşasınız! Allah Həccə gedəcək bütün əməli-saleh insanlarımızın ziyarətini 
qəbul etsin, o cümlədən Sizin də! Amin!!!
 10.11.2008


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə