Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə14/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
43
mənada “üzüm ağdı” sözünü işlədirik. Danlanan adama bəzən “üzün qara ol-
sun” deyirik. Bu zaman ağ üzlü, üzü xas ağ çörəyə bənzəyənin üzü qaralır, 
qara əppəyə, dan əppəyinə dönür. 
Fikrimizcə məsəlin belə yozumu daha inandırıcı və həqiqətə uyğundur. 
28. “Qarın qardaşdan irəlidir” deyimini çoxları yeməklə bağladıqların-
dan bu deyimi də burada verməyi vacib bildim. Əslində bu deyimin yeməklə 
əlaqəsi yoxdur. Qardaş dünyaya gəlməzdən əvvəl, anada “qarın” əmələ gəlir. 
Boylu qadının qarnı şişir, qarından sonra qardaş doğulur. Ona görə də “Qarın 
qardaşdan irəlidir”.
29. “Dəyirman öz işini görür, “çax-çax” baş ağrıdır” (və ya “şax-şax” baş 
ağrıdır). 
“Çax-çax”, ya “şax-şax” deyəndə çoxlarımız bunu “səs” kimi başa dü-
şürük. Buna görə də kitablarda “çax-çax” və “şax-şax” sözləri tire ilə yazı-
lır. Əslində isə “şaxşax”, ya “çaxçax” yazılmalıdı. Çünki şaxşax (çaxçax) at 
nalı formasında alətdir. Dənin yaxşı üyüdülməsi üçün dəyirman daşının və 
taxtasının birləşdiyi yerə bez bağlanırdı. Buna bağlı olan nal şəkilli alət, şax-
şax isə dəyirman daşı hərləndikcə şaqqıldayırdı. Adına bəzən “çaqqıldak” da 
deyirdilər. Çaxçaxın səsindən dəyirmançı  dəyirmanın necə  işlədiyini, hansı 
keyfiyyətdə un üyütdüyünü bilərdi, dəyirmanı bu səsə görə tənzimləyirdi. İndi 
elektrik dəyirmanlarında bu işi kompyuterlər gördüyündən  şaxşaxa ehtiyac 
qalmayıb. 
Amma elektrik dəyirmanları sürətlə işlədiklərindən un bir az dəyirmanda 
“yanır”, “bişir”. Su dəyirmanlarının unu isə daha sağlam, daha ətirli olur. Mə-
nim ana babam Rza kişinin Tovuz rayonunun Dondarquşçu kəndindəki, arxın 
üstündəki su dəyirmanı indi də durur. Suyun gücünü elektrikə çevirib, onu 
naqillərlə şəhərə daşımaq elektrik dəyirmanına vermək nə qədər itkilərə səbəb 
olur. Sonra buğdanı maşınla şəhərlərə daşımaq, una döndərib yenidən kəndə 
daşımaq, əlavə qurğuların və s. alınması, keyfiyyətsiz un almaq üçün böyük 
məsafələr tələb edir. Amma hər kənddə bir-iki su dəyirmanı, yel dəyirmanı 
qoyulsa un həm ucuz başa gələr, həm keyfiyyətli olar, həm də bəlkə də bir mu-
zey eksponatı kimi həm bizə, həm turistlərə “şaxşaxı” da görmək maraqlı olar. 
30. “Onun ələyi ələnib, xəlbiri də göydə fırlanır” kimi bir deyimimiz var. 
İş işdən keçib, sona yaxınlaşır, məsələ bitib mənasında işlədilir. 
Xəlbir (xəlbir) iri deşikləri olan ələyə bənzər bir alətdir. Xırmanda buğda-
nı daşdan kəsəkdən sünbül tullantılarından ayırmaq üçün işlənirdi. Xırmanc 


44
Söz mətbəxi
bitəndə, iş görüləndən sonra xəlbiri damda, çardaqda hündür bir yerdən gələn 
ilə qədər asardılar. Damın çölündə havada asılan xəlbir külək dəyəndə tərpənir, 
sanki fırlanırdı. Xəlbirin göydə fırlanması buradan qaynaqlanır. 
“Ələyi ələnib” isə əlbəttə ki “unu ələnib” mənasındadır. Bu hal dilimizdə 
mövcud olan hadisələrdəndir. Məsələn, “su sulamaq”; “ölü ölüb” kimi 
ifadələrdə olduğu kimi. 
31. “Çörəyi ver çörəkçiyə, birini də artıq”.  Əvvəllər bəzi kəndlərlə 
məhəllədə, ümumi bir təndir, ya kürə qoyulurdu. Tovuz rayonunun Dondar-
quşqu kəndində isə ğil təpədə oyulmuş ümumi bir külfə vardı. Məhəllə camaa-
tı növbə ilə bu ocaqlarda çörək bişirirdi. Həyətlərində də hamının sacı, təndiri, 
kürəsi olsa da ümumi ocaqda çörək bişirmək daha ucuz başa gəlirdi, çünki ya-
nacaq daha az işlənirdi. Artıq qızdırılmış ocaqda çörək salmaq daha sərfəliydi. 
Bu məhəllə ocağını tikən, ya ona baxan məsul bir adam olurdu. Ona “çörəkçi” 
deyirdilər. “Çörəkçi Fatma” və bu kimi. Kim özü çörək bişirməyi çatdırmaz-
sa kündələrini çörəkçiyə verib bişirməsini xahiş edərdi. Ocaqçı növbədə olan 
ocaqqalayanın (növbədə olan ailə odunu, təzəyi, çırpını verərdi) yerinə oca-
ğı da qalayardı. Çörəkçiyə çörək bişirənlər zəhmət haqqı kimi bişirdikləri 
çörəkdən verərdilər. Buradan da “çörəyi ver çörəkçiyə, birini də artıq” ifadəsi 
yaranmışdır. 
32. İndi də bəzən eşidirik ki, “gedim çörək salım”. Keçmişdən bu günə 
qədər daha çox yediyimiz çörəklər sac üstündə bişən çox nazik yuxalar, la-
vaşlardır ki, bunları çox iri, nazik yuvarlaq şəkildə yayıb sacın üstünə oxlovla 
salırlar, sərirlər. Min illərcə davam edən bu adətdən indi hətta qalın, salınma-
yan, sərilməyən çörəklər barəsində də çox vaxt “bişirmək” yox, “salmaq” feili 
işlədilir. “Qazan asmaq” ifadəsində olduğu kimi. Təndirdə çörək bişirənlər isə 
“çörək yapım” deyirlər. Çünki hazırlanmış çiy lavaş rəfətənin üzərinə salınıb 
içəridən təndirin divarına yapışdırılır, “yapılır”. 
33. “Ürəyi yuxadır” ifadəsi, qəlbi kövrək, nazik, təmiz adamları bildirmək 
üçün işlədilir. 
Yuxa sözünün mənası da nazik, kövrək mənasındadır. Çörək olduğu üçün 
həm də təmiz müqəddəslik rəmzidir. Bəzi kəndlərdə “yuxaya” nazik də deyi-
lir. Norveçdə də yuxa bişirir və ona “nazik çörək” deyirlər. İfadə də buradan 
yaranıb. 
34. Bəzən qarşımızdakı insanı rahat etmək üçün ona “rahat ol”, “narahat 
olma” əvəzinə “xatircəm ol” deyirik. 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
45
Xatircəm – üzərinə qazan, tava qoymaq üçün təndirin üzərinə qoyulan 
dəmir alətdir. Qazan xatircəmin üzərində rahat oturur. 
Eyni məqsədlə çaydanı qoymaq üçün samovarın üzərinə “dəmkeş” qoyuruq. 
“Xətircəm ol” yəni yemək sarıdan, qazandan narahat olma, rahat ol məna-
sındadır.  Sonra ümumi işlədilən ifadəyə dönüb. 
Bu gün qazan rahat otursun deyə qaz sobalarının üzərinə qoyulmuş metal 
alətə (reşotka) də xətircəm demək olardı. Amma altı düz olmayan milli qazan-
larımıza uyğun olmadığı üçün belə qazanları onun üzərinə qoyanda o qədər də 
“xətircəm” ola bilmərik. 
35. Boş, mənasız, bir-birinə uyuşmayan şeylər haqqında “İt otu, bağa yar-
pağı” deyirik. 
Bağa yarpağını tanıyırıq təzə çıxan zoğları yeyilir, yarpaqları isə yara sa-
ğaltmaq üçün istifadə edilir. Bir adı da “atəş yarpağıdır”. 
İt otu isə çoxillik, bəzi növləri birillik bitkidir, ağımtıl, tüklü 20-60 sm 
hündürlüyündə otdur. Qara rəng almaq üçün xalçaçılıqda istifadə edilir. 
İt otu və bağa yarpağı bir-birilə uyuşmayan, bir yerdə istifadə edilməyən, 
ikisi bir yerdə lazımsız olan bitkilərdir. Digər tərəfdən it və bağa da uyuşma-
yan fərqli növ, cinsdən olan heyvanlardır. 
Yabanı sarımsağa da bəzən it sarımsağı deyilir. Ümumiyyətlə, heyvan, 
quş adları verilən bitkilərimiz çoxdur. 
İtburnu, itüzümü, köpək məməsi, ilan yasdığı, dəvə dabanı, buğatikanı, 
tülküquyruğu, qazayağı, kəklikotu, eşşək turpu (xardal), quşəppəyi, quş darısı, 
quzuqulağı, qoyunqulağı, danaayağı, pişikotu, sərçə dili, keçi əmliyi (keçisaq-
qalı), dovşankələmi və s. bu qəbildəndir. 
36. “İt kimi o qapıda, bu qapıda yallanır”, “İt kimi qapılarda yallanır” 
formasında bir ifadə işlədirik. Kiminsə haqqında belə ifadənin işlənməsi hə-
min şəxsin hörmətsiz şəxs olduğuna işarə edir. “Yal” sözü əslində “ye” “al” 
sözlərinin birləşməsindən əmələ gəlib. Əslində “al, ye” mənasındadır. Qapıya 
gələn dilənçilərə, miskinlərə, başqalarına daimi əl açmağı özünə rəva bilənlərə 
yemək veriləndə “ye, al” kimi, pul veriləndə “al, ye” yəni “özünə yemək al, 
ye” formasında işlədilib. Sonralar “e” hərfi düşdüyündən “ye, al” ifadəsi 
“yal” formasına düşüb. Hərfin belə düşməsi hadisəsi dilimizdə var. Məsələn, 
“Səni öyürəm”, yəni səni gözəl görüb tərifləyirəm, öyürəm, səninlə öyünürəm 
ifadəsi, “sevirəm” formasına düşüb. Bəzi bölgələrimizdə hələ də “söyürəm” 
kimi işlədilir. Tərəf müqabilinə isə “sevgilim” əvəzinə “söygülüm” deyilir. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə