Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə2/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   2   3   4   5   6   7   8   9   ...   107

6
Söz mətbəxi
kitabın əsl gizli adı “Savadsızlara lazım olmayan kitab”dır, ona görə oxumağa 
dəyməz. Yox əgər savadlısınızsa onsuz da hər şeyi bilirsiniz, niyə vaxtınızı 
sərf edəsiniz. Amma işdi hər halda birdən oxusanız bilin ki, buradakılar mütləq 
həqiqət deyil, mütləq həqiqət yalnız Allahdır və mütləq həqiqət üçün Qurani-
Kərimi oxuyun, mənim cızma-qaramı yox. Bunlar mənim  şəxsi həyatımın, 
təc rübəmin nəticələridir, mənim qənaətlərimdir ki, əlbəttə ki, səhvli, qey-
ri-düzgün ola bilər. O üzdən hətta ola bilsin ki, öz qeyri-düzgün fikirlərimi 
düzgün qələmə verə bilmək üçün başqa alimlərdən, mütəffəkirlərdən mənim 
fikirlərimə uyğun gələn sitatlar, qanıtlar gətirirəm. Uyğun gəlməyənləri isti-
fa də etmirəm ki, birdən məni təkzib edərlər, keyfim pozular. Bir də bu müasir 
elmi təcrübədə istifadə edilən bir fənddir. Məsələn, Siz bir gün ortaya çıxıb 
söyləsəniz ki, Günəş istidir, qara camaat bunu anlayıb qəbul edəcək, ulamalar 
yox, onlara bu fikri isbatlamaq üçün gərək Koperinkdən, Qalileydən, Lomo-
nosovdan və s. sitatlar gətirəsiniz. Əslində onlar da içlərində bunu başa düşür
lakin üzə vermirlər. Lakin elm sitatlarsız bu gün ötüşə bilmir. 
Buradakı yazılarla mən həm də qurbağa gölünə daş atıram ki, qurbağalar 
quruldamağı dayandırıb bir azca sakitlikdə düşünsünlər. Ümidvaram ki, mən 
atdığım daşın suda yaratdığı dairələr sahilə çatıb sakitləşəndə, mənim kimi 
birisi çıxıb bu gölə bir daş da atacaq ki, bu millətin başı qurbağaların qurultu-
sundan xarab olmasın, yatanı rahat yatsın, düşünəni düşünsün, yazanı yazsın. 
Mən bu kitabı yazmaq fikrində deyildim. Çünki nə yazıçı nə də şair deyiləm. 
Düzdü hərdən şeirə bənzər şeylər yazıram. Amma mən doğulduğum Tovuzda 
itlər də qafiyəynən hürür, ona görə də kitabda şeirəbənzər şeylərə rast gələndə 
oxusanız günahı məndən keçdi. Mənim bir neçə cızma-qaramı görəndə çox bö-
yük alimimiz Məhərrəm Qasımlı başladı onları özünün “Folklor və Etnoqrafi-
ya” jurnalında çap eləməyə. Hərdən məni də həvəsləndirirdi ki, çox yaxşı rəylər 
gəlir sənin yazdıqlarına. Mən də başa düşürdüm ki, bu böyük alim mənimlə 
zarafat edir. Bir dəfə də mətbəxdən çıxan milli deyimlərlə, idiomlarımızla bağlı 
bir yazımı çap etdi və özü məni o qədər təriflədi ki, lap mat qaldım. Yazını da-
vam edib ona verdim. Bir də oturduğum yerdə zəngi gəldi ki, el oğlu bu yazıları 
kitablaşdır, kitabın redaktoru da özüm olacağam. Daha bu böyüklükdə alimin və 
ağsaqqalın sözünü yerə sala bilməzdim. Həm də özüm də başladım inanmağa ki, 
mən nəsə yazmışam. Beləliklə, bu kitabın yazılmasına Sizin dəyərli vaxtınızın 
sərf edilməyinin səbəbkarı, günahkarı Məhərrəm müəllimdir. Nə iradınız varsa 
ona deyin, yoxsa mən kirmişcə qazan-çömçəylə məşğuldum. Mən də Sizin kimi 


Müəllifdən
7
kiminsə qeyri-peşəkar ola-ola peşəkarların işinə qarışmasına qəti razı deyiləm. 
Adama “get öz işinlə məşğul ol” deyərlər və haqlı olarlar.  
Mən dünyaya, hadisələrə mətbəxdən baxdığım üçün əlbəttə ki, nədən yaz-
dığıma baxmayaraq hər yerdən mətbəx ətri gələcək. Bəyənsəniz də bəyən mə-
səniz də. Başa düşürəm ki, göylərlə əlləşən, yüksək ideyalarla ilham pərilərinin 
yanında olanları öz yazılarımla yerə saldığımı, aşağı düşürdüb adiləşdirdiyimi 
demək istəyəcəksiniz, amma Vallah-Billah mən Sizi aşağı salmaq fikrində ol-
mamışam, mən aşağıda olanları Sizin yanınıza qaldırıram ki, onlar Sizi, Sizsə 
onları yaxından görəsiniz. Yoxsa o qədər ucalığa qalxırsınız ki, aşağıya bax-
mağa vaxtınız olmur. 
Kitaba ön söz, giriş vermək üçün öncə böyük alimlərimizə, mütəfək kir lə-
rimizə üz tutmaq istədim. Sonra fikirləşdim ki, öz cızma-qaramla böyüklərin 
vaxtını almayım. Ona görə  də üz tutdum gələcəkdə ucalıb qalxa biləcək 
gənclərə. Birincisi ona görə ki, böyüklər öz kitablarını heç vaxt onlara etibar 
edib kitablarına ön söz yazdırmayıblar, biz isə Allahın çox kiçik qullarından, 
bəndələrindən olduğumuz üçün layiq olduğumuz səviyyəyə üz tutduq. 
İkincisi, gənclərdə yeni ideyalar, yeni fikirlər olur, onlardan da həmişə 
nəyisə öyrənirəm. 
Üçüncüsü, bu gənclərə də özlərini göstərmək üçün bir fürsət verilməlidir 
ya yox. 
Gənclərdən biri Nahidə xanım Daşdəmirova gənc dilçi magistrdır. Zəh-
mə tinə görə təşəkkür edirəm. 
İkincisi isə Aynurə  Əmiraslanova həm dilçi magistrdır, həm də  mənim 
kimi mühəndis-texnoloq magistrıdır, yəni həmkarımdır, adlı-sanlı kulinarla-
rımızdandır. Həm də mənim qızımdır. Fikirləşdim ki, atasıyam tərifdən başqa 
nə yazacaq ki, uşaq atası barədə. Əlbəttə ki, mənim dərin hörmət etdiyim ağ-
saqqal alimimiz Məhərrəm Qasımlıya kitabın üzərində çəkdiyi əziyyətə görə, 
kitabın ərsəyə gəlməsinə görə ayrıca təşəkkür borcluyam. 
Bir də mənim işçilərimə, bu yazıları kompyuterdə yazdıqlarına görə tə-
şək kür  edirəm. 
Sizə də minnətdaram əziz oxucu. Bu boyda cızma-qaraya vaxt ayırıb oxu-
duğunuza görə. 
Hörmətlə: Sizin müəllif


8
Söz mətbəxi
ÖN SÖZ
Tahir müəllim mənə bu işi tapşıranda öhdəsindən gələ biləcəyimə tərəddüd 
edirdim. Gənc, təcrübəsiz olduğumu, dərəcəmin olmadığını söylədim. Elmin 
hər sahəsindən hali bir adamın kitabına fikir bildirmək çox məsuliyyətli işdir 
və bu yükün altına girmək istəmirdim. Amma həmişəki kimi, gənclərə yol 
göstərməyi, əllərindən tutub yuxarılara çıxarmağı sevən Tahir müəllim məni 
ruhlandırdı və cavan, yeni bir fikrə, baxışa, nəfəsə ehtiyacı olduğunu və bu-
nun maraq doğuracağını dedi. Sonra isə zarafatla söylədi ki, “Gənclik böyük 
günah deyil, tez gəlib keçir, qorxma!”
Tahir Əmiraslanovun bir sözü var: “Nəyəsə baxmaq kifayət etmir, onu 
görmək lazımdır”. Bu söz bu kitabın bir cümlədə ifadəsidir. O, məhz gördüklə-
ri ni  qələmə alır və  əldə etdiyi qənaətlər çox maraqlıdır. Bu nəzəriyyələri, 
fakt lara dayanan araşdırmaları gördükdən sonra yazdığı məqalələrə sarıldım 
və böyük maraqla oxumağa başladım, çünki öyrəşdiyimiz, eşitməyə alışdığı-
mız, tarix boyu möhürlənən məsələlərə tamamilə başqa yöndən fikir bildirir
bəzilərini təkzib edir, yaddan çıxmışları gün üzünə çıxarır, mənaları təhrif 
olunmuş mahnı adlarının, kortəbii şəkildə oxunan mətnlərinin daha məntiqi 
düzəlişlərini verir. Bu baxımdan “Kəmər məsələsi” adlı yazısında illər boyu 
eşitdiyimiz mahnının sözlərindəki gümüş  kəmərə bu aspektdən yanaşan 
hələ görməmişdim. Qulaqlarımızın adəti üzündən musiqi sözlərinin məna 
kəsbinin yox olması ilə razılaşmayıb, düzgün gördüklərini yazmağı özünə 
borc bilir. Və maraqlısı da budur ki, tipik alim xəsisliyini bir kənara qoyub 
tapıntılarını hər kəslə paylaşmağa, bölüşməyə can atır. Tahir müəllimin yolu 
ilə gedərək bununla əlaqədar bir deyimimizin əksini iddia etmək istəyirəm. 
“Çox bilib az danış” ifadəsi mənim üçün bir az məntiqsizdir. Çünki çox bilib 
az danışanda məkan az bilənlərə qalır ki, onlar da bilmədiklərini camaata 
yeritməyə çalışırlar. Bu da əhalinin düzgün informasiya almaq hüququnu 
pozur. Digər cəhətdən də bu böyük xəsislik və bilməyənlərə qarşı haqsızlıq 
olardı. Onun üçün qoyun elə çox bilən çox danışsın. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə