Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə4/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   2   3   4   5   6   7   8   9   ...   107

12
Söz mətbəxi
Məqalədə folklor nümunələri olaraq 109 atalar sözü, zərb məsəli, idio-
ma və deyim işlənmişdir. Bunlar bir-birilə əlaqələndirilib dilimizin gözəlliyini 
ortaya çıxarır. Bildiyimə görə indiyə qədər bu ölçüdə olan heç bir əsərdə bu 
qədər folklor nümunəsindən istifadə edilməyib. Ümumiyyətlə, müəllifin folk-
lorumuza, dilimizə bu qədər bələd olması və onu bu qədər məharətlə işlətməsi 
oxucunu təəccübləndirir. 
Ümumi olaraq məqalələrdə ədəbi dillə yanaşı xalq dilindən də geniş is ti-
fadə olunmuşdur. Bu baxımdan bəzən orfoqrafik qaydalar pozulmuş olsa da, 
bu daha çox danışıq dilinə xitab edən söz və ifadələrə rast gəldiyimizdən, 
dialekt və şivə sözlərinə daha çox müraciət olunmasından irəli gəlir. Kitabda 
bənzətmələrə, xitablara, sitatlara yer verilib ki, bu da məqalələri intonasiya və 
ahəngdarlıq baxımından daha zəngin edir, əsərin üslubi emosional-estetik ça-
larlarını artırır. Kitabdakı yazılar elmi olmaqla yanaşı, qeyri-adi, cazibəli, axı-
cı və ləzzətlə oxunur.  Kitab həm dil, həm folklor, həm tarix, həm etnoqrafiya, 
həm də ümumi adla desək kulinariyamız baxımından çox dəyərlidir və istinad 
mənbəyidir. Mənim kimi dilçilərin gələcək müdafiə  işlərində  əvəzolunmaz 
materialdır. 
Bu kitabın çıxmasının əsas səbəbkarı böyük alimimiz, filologiya elmləri 
doktoru Məhərrəm Qasımlı oldu. Biz və başqaları Tahir müəllimə deyəndə ki, 
bu məqalələrinizi, şeirlərinizi kitab halına salın, deyirdi ki, mən ədəbiyyatçı, 
ya  şair deyiləm, özüm üçün cızma qara edirəm. Amma Məhərrəm müəllim 
zəng edib deyəndə ki, bunlar önəmli, vacib yazılardır, mütləq kitab olmalıdır, 
kitabın da elmi redaktoru özüm olacam, Tahir müəllimin sözü qalmadı, çünkü 
Məhərrəm Qasımlını həmişə dahi alimlərdən hesab etdiyindən onun sözünə, 
fikrinə çox ehtiramla yanaşır və inanırdı ki, Məhərrəm müəllim kimi alim elə-
belə fikir söyləməz. Beləliklə, bu kitab ərsəyə gəldi. 
İndi Tahir müəllimin yanında vaxtilə dərs dediyi tələbələri çalışırlar. Dərs 
oxumayan, tənbəl, dərsə gəlməyən tələbələrin belə Tahir müəllimin dərslərinə 
tələsdiklərini, hətta başqa dərslərdən belə qaçıb onun mühazirələrində  işti-
rak etdiklərini söyləyirlər. Onun çıxışları zamanı televiziya tamaşaçılarının 
da onun cazibə dairəsinə düşdüklərinin  şahidiyik. Oxucuları da bu cazibə 
dairəsinə dəvət edirik. 
Magistr, dilçi-filoloq Nahidə Daşdəmirli


Kitab haqqında
13
KİTAB HAQQINDA
Mənə elə gəlir ki, atamın bilmədiyi sahə yoxdur. Azərbaycan nağılları, das-
tanları, əfsanələri, Yunan əsatirləri, Norveç saqoları, Hind mifologiyası, Aqada, 
Tövrat, İncil, Zabur, Quran, Buddizm, lamaizm, şamanizm, qədim Yunanıstan, 
qədim Misir, Babil, Şumer, müxtəlif fəlsəfi cərəyanlar Nizami, Plutarx, Mahat-
ma Qandi, Sokrat, Şəbustəri və başqaları. Bir də tanıdıqlarımızı bizə tamam baş-
qa tərəfdən göstərir. Ezoterist, filosof Pifaqor, aşpaz Rossini, yaxud aşpaz Düma 
(ata), skripka ifaçısı Eyişteyn, riyaziyyatçı Ömər Xəyyam və s. və bu kimi. 
Riyaziyyat, fizika, kimya, tarix, tibb, ekologiya, din, fəlsəfə, dilçilik, psi-
xologiya, folklorşünaslıq, estetika, etika, ezoterika və s və i. a. Bunların da 
hamısını mətbəxlə bağlamağı bacarır. Həmişə də deyir ki, mən bütün elmlərdə 
diletantam, mətbəxi isə öyrənirəm. Amma dəfələrlə onun həm Azərbaycanın, 
həm uzaq yaxın xarici ölkələrin müxtəlif sahə alimləriylə söhbətlərinin şahi-
di olmuşam. Çox qısa müddətdə o söhbətin, müzakirənin mərkəzinə çevri-
lir. O həmişə hansı süfrədə otursa o oturduğu yer süfrənin başı olur. O, fikir, 
ideya generatorudur. O qədər yeni fikirlər, ideyalar söyləyir ki. Amma onları 
səpələyir, yazmır, çap eləmir.  Şeirlərini də, aforizmlərini də, ideyalarını da 
dağıda-dağıda gedir. Sterotipləri də. Sözlərlə oynamağı sevir. Musiqi təhsili 
olmaya-olmaya 2012-ci ildə V Beynəlxalq Elmi Musiqi konfransında 41 elmi 
məruzənin ən yaxşısını elədi. Mətbəx və musiqinin vəhdətini açıqladı. 
2008-ci ildə ABŞ-da 72 ölkə qarşısında ilk dəfə mətbəx rəqslərini qoydu. 
Peşə kar kulinar kimi peşəkarlığın ən yüksək zirvəsinə qalxıb. Atam olduğu 
üçün demirəm. İndi əlinizdə olan kitab da onun qəribə, qeyri adi yazılarının 
bir hissəsinin toplusudur. Adət etdiyimiz, sadə bildiyimiz şeyləri tamam başqa 
rakurslardan göstərib, onların nə  qədər mürəkkəb, eyni zamanda necə sadə 
olduqlarını bu yazılarda açıqlayır. 
“Söz mətbəxi” yazısında, qısa bir yazıda bu qədər xalq deyimlərinin, ata-
lar sözlərinin, ibarələrin, ideomaların bir-biri ilə vəhdətdə, bağlılıqda və axar-
lıqda verildiyi başqa bir ədəbi nümunə tanımırıq. Folkloru nə qədər dərindən 


14
Söz mətbəxi
bilməlisən ki, onu belə hormonik şəkildə istifadə edəsən? Ədəbiyyatımızda ilk 
dəfədir ki, söz mətbəxlə, folklorla belə qeyri adi şəkildə bağlanır. 
Yazıda qəribə bir yumor, bir sarkazm da var. Amma bu sarkazm sevgidən 
irəli gələn bir sarkazmdır. Xalqını, millətini nə qədər sevməlisən ki, onu bu 
qədər öyrənəsən, bu qədər ona nüfuz edə biləsən. 
Tahir  Əmiraslanov həmişə  hər  şeyin kökündə  mətbəxin durduğunu de-
yir. Bunun bir sübutu kimi də dilimizdəki bir çox folklor nümunələrinin, ata-
lar sözlərinin, idiomatik ifadələrin, sözlərin mətbəxdən çıxmasını isbatlamaqla 
ortaya qoyur. Yenə də heç kəsin indiyə qədər etmədiklərini edir. İndiyə qədər 
açılmamış qatları açıb təəccübləndirir. O, həmişəki kimi yenə də ilk dəfə, birinci 
dəfə bunları ortaya qoymaqla Azərbaycan dilinin ən heyrətamiz dərin qatlarına 
baş vurur. Amma bunu çox sadəliklə anladır. Ümumiyyətlə onun yazıları elmi 
olduqları qədər də, bədii, anlaşıqlı, sadə və təbiidir. Hər yazıda bir harmoniya 
hiss edilməkdədir. Dilimizə olan bu sevgi “Yanar İşıq – Ana dilimiz” yazısında 
da özünü büruzə verir. Bütün yazılarında üzə çıxan sufilik, şamanlıq, dərvişlik, 
ozanlıq, aşıqlıq, şərq fəlsəfəsi elementləri bu yazıda da özünü göstərir. İndiyə 
qədər daim işlətdiyimiz sözlərdəki dərin alt mənalarla yanaşı, burada yeni fəlsəfi 
baxışlarıyla dilimizi bizə sevdirə-sevdirə şüurumuzun alt qatında gizlənənləri 
üzə çıxarıb yenidən bizə aydınlaşdırır. Bizi daha çox özümüzə, uca Yaradanımı-
za, Allaha qaytarır. İnamımızı, imanımızı daha da möhkəmləndirir. Bu yazılarda 
dilimizin proto dil, ilk dil olmasına inam yaradır, yaradıcılığa sövq edir. 
Buradan biz aşıqlarımızı, ozanlarımızı, Dədə Qorqudu, Koroğlunu yeni-
dən dərk etməyə, onların formasını deyil, əsl məzmununu görməyə başlayırıq. 
Aşıq sənətinə də bu baxış ədəbiyyatımızda ilk dəfə səslənir. O özü də işıqla-
nır,  şölələnir və  həmişə  həyatda da olduğu kimi işıq saçır, hamıya aydınlıq 
gətirir. Bu işıqda biz yenidən uca Yaradana, Dilimizə, Dinimizə, Vətənimizə 
bir daha yenidən vuruluruq, oxuduqca təəccüblə sevinirik. Aslarla bağlı 
mət  bəx terminlərimizdə bizi yenidən soykökümüzə qayıtmağa çağırır. Bi-
zim soykökümüzdə unudulmuş As-Az tayfalarını yadımıza salır. İlk dəfə bu 
nöqteyi-nəzərdən mətbəx terminlərimiz araşdırılır. 
Kitabi Dədə Qorqud müəllifin həmişə müraciət etdiyi kitablardandır. 
Amma onun Kitabi Dədə Qorquda yanaşması tam fərqlidir. O həmişə Kitabi 
Dədə Qorqudun hələ təhlil edilmədiyini söyləyir, bu kitabı hələ yalnız oxu-
yanlar var, öyrənənlər, anlayanlar hələ heç nə yazmayıblar deyir. Dədə Qor-
quddakı sağraq terminini açıqlamasını verməklə ilk dəfə olaraq bu kitabda 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə