Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə5/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   2   3   4   5   6   7   8   9   ...   107

Kitab haqqında
15
distillə yolu ilə alınmış içkidən, araqdan danışıldığını açıqlayır. Dil-termin 
barəsində yazılmış məqalə, qəribə bir gözlənilməz nəticəyə, iqtisadi nəticəyə 
gətirib çıxarır. 
Azər bayramı yazısı soykökümüzdə duran Ac-Az tayfaları ilə bağlı möv-
zunu davam etdirir. İtirilmiş Azər bayramını bərpa etməyə çalışır. Ən qəribəsi 
isə məntiqə söykənərək bu bayramda tam itirilmiş xörəklərimizin bərpa etmə-
sidir. Müx təlif xalqların ayin, mərasim mətbəxlərini dərindən bilməsi, qidanın 
psixofizioloji təsirini, fəsillik xüsusiyyətlərini, mühitlə, ocaqla bağlılığından 
çıxış edərək, müqayisəli təhlilə söykənərək ilk dəfə elmdə itirilmiş gida siste-
minin bərpasını görürük. 
Qobustan qayalarında tapılmış, mahiyyəti alimlər tərəfindən izah edilə 
bilməyən xətlənmiş bezoar keçi rəsmlərinin də ilk dəfə açılışını T.Əmiraslanov 
verib. Müəllif müxtəlif ölkələrin elmi konfranslarında yüzlərcə alimə bu faktı 
açıqlayıb, Azərbaycanın dünya mətbəx mədəniyyətinin beşiyi olduğunu, ilk 
kulinariya məktəblərinin məhz Qobustanda olduğunu isbatlayıb. 
Kulinariya incəsənəti, Qazandan çıxan incəsənət və  Mədəniyyət yazısı 
estetikanın, etikanın, müxtəlif incəsənət nümunələrinin məhz mətbəxdən qay-
naqlandığını, məhz mətbəxdə yarandığını çox qəribə bir tərzdə isbatlayır. 
Yemək, sevmək və yaratmaq yazısı da artıq bu estetikanın elmi fəlsəfi 
isba tının əsaslandırmasını davam edir. Qəribədir ki, onun yazdığı bu qəribə 
fikirləri düşündükcə, oxuduqca daha çox inanırsan. 
Bitki mənşəli qida məhsullarının dizaynı estetikanın iqtisadiyyatla bağlı bir 
istiqamətinə yönəlir. Amma bu estetik düşüncə “Gözəllik ondur, doqquzuncu-
su dondur” yazısında daha qabarıq özünü göstərir. Yenə də bildiyimiz ifadələrə 
tamamilə gözləmədiyimiz tərəfdən baxılır. Gözəlliyə, estetikaya yeni inandırıcı 
bir tərif, gözəlliyin 6 kriteriyası və onların vəhdəti kimi göstərilməsi. Gözəlliyin 
riyazi düsturlarla, rəqəmlərlə ifadəsi, 
π rəqəminin gözəllik konstantı kimi boş-
qaba, xörəklərin bəzənməsinə gətirilməsi elmimizdə ilk dəfə baş verir. Riyaziy-
yat, estetika, etika, fəlsəfə, sosial elmlər, dini və s. elmlər bir yazıda bir araya 
gətirilməklə  məsələyə yeni bir kompleks yanaşma metodikasını qoyur ki, bu 
müəllifin həm bu, həm də digər yazılarında özünü büruzə verir. Yazıda yenə 
asları, Dədə Qorqudu, Koroğlunu görürük. Milli mənbəyimizin, milli ideologi-
yamızın, əxlaqi dəyərlərimizin köklərini bir yazıda aşkar anlayırıq. 
Matriarxat məqaləsində bunlar davam edir. Polemika formasında başla-
yan yazı qadına bugünkü münasibətin kökündən yanlışlığını göstərir, qadı-


16
Söz mətbəxi
nı öz gözəlliyinə, müqəddəsliyinə, kamilliyinə qaytarır, gender problemine 
fərqli münasibət göstərir. Bir çox sosial-iqtisadi hadisələr bir-biri ilə bağlı 
surətdə  təhlil edilir. Çox uzağa gedən nəticələr çıxarılır. Yazıdakı ironiya, 
sarkazm, gülüş qadın-kişi bərabərliyi haqqında fikirlərimizdə çevriliş edə 
bilir. İdeologiyanın siyasətə, milli düşüncə tərzinə təsiri incəliklə araşdırı-
lır. Sonra müəllif gözlənilmədən bizi yaranışın  əvvəlinə aparır, metofizik 
fikirlərlə, fizika, riyaziyyat, astronomiya ilə  ədəbi bədii vəhdətdə ilk dəfə 
kainatın karusel modelini verir. Şərq fəlsəfəsi düşüncəsinə dayanaraq boşluq 
nəzəriyyəsini çox rahatca açıqlayır. Metofizik təcrübənin sufizmin, qnos-
tisizmin,  şamanizmin, lamaizmin tətbiqi yolları, praktikası  və  nəzəriyyəsi 
açıqlanır. Meracın forma və yolları araşdırılır. Sonra niyə məhz Həvvanın 
barı birinci yeməsinin səbəblərini araşdırarkən məişət versiyasında gözəl 
bir ədəbi nümunəylə qarşılaşır, müəllifi bir ədəbiyyatçı, yazar, yazıçı kimi 
görürük. Bizi güldürən-düşündürən bir vəziyyətə salır bu hissə. Amma za-
rafatla necə düzgün, dəqiq psixoloji təhlil verdiyinin şahidi oluruq. Yenə də 
həmişə olduğu kimi mətbəxlə bağlanan qəribə bir yazı-çadra məsələsinin 
açıqlanması və s. Müəllifin açıqladığı məsələlərinin əksəriyyətinə ilk dəfə 
belə izahlar verilir. İçərisində bu qədər elm olan yazı insanı çəkib arxasınca 
aparır, yormur. 
Azəri xanımlar haqqında traktatı öncəki yazının-matriarxın davamı kimi 
dəyərləndirmək olar. Burada müəllifin Azəri xanımlarına verdiyi dəyər, qa-
dınlarımızı daha da yüksəklərə qaldırır. Milli adətlərimizə yenidən baxmağa, 
onlara qayıtmağa sövq edir. 
“Kəmər məsələsi” Matriarxat yazısındakı çadranın izahı ilə səsləşir. Adi 
gö  rü lən şeylərin, paltarın, çadranın, qalstukun, kəmərin, qurşağın arxasın-
da du ran məntiqlərin, dəyərlərin, düşüncələrin bu qədər dərində gizlənən 
gözəl li yi ni  açır. Hələ  ədəbiyyatda heç kəs geyim nümunələrinə bu qədər 
nüfuz edib, belə yanaşa bilməmişdi. Hər yazısında olduğu kimi bu yazısın-
dakılar da yenilik, kəşfdir. Sa də cə üzərində mübarizə gedən “Sarı gəlin”in 
niyə  məhz bizim olmasının izahı yazının yüksəkliyini göstərmək üçün 
kifayətdir. Kitabda “Mətbəx dastanları” kitabından “Daş haqqında dastan” 
və əvvəlki kitablara da xil edilməmiş küftə, fi sincan və plov haqqında dastan-
lar daxil edilmişdir. Hər bir dastan sırf elmi-texnoloji yazı olmaqla bərabər, 
həm də ədəbi bədii gözəlliklə yazılıb. Mirzə Əli Möcüzlə, Mirzə Ələkbər 
Sabirlə və digər şairlərlə deyə-gülə çox ciddi məsələlər araşdırılır bu das-


Kitab haqqında
17
tanlarda. Bu qədər ciddiliyin bu qədər yüngül, anlaşıqlı tərzdə verilməsi də 
təəccübləndirməyə, sevindirməyə bilmir. 
Dünya elmi və bədii ədəbiyyatında kulinariyaya aid belə əsərlər ilk dəfədir 
ki, yazılır. İstifadə edilmiş əsərlərin əksəriyyəti ilk dəfədir ki, tədqiqata cəlb 
edilir. Azərbaycandakı digər mütəxəssislər bu ədəbiyyatla ümumiyyətlə ilk 
dəfədir ki, tanış edilir. 
Tovuz və Gəncə regional mətbəxləri haqqında yazılar da, çay haqqındakı 
yazı da o biri yazılarla bir ahəngdə olduğu üçün kitaba salınıb. 
Ümumiyətlə kitab bir nəfəsə oxunsa da hər əsəri bir ayrı gündə oxumaq 
daha məsləhətdir. Bu ləzzəti uzatmaqla bərabər daha yaxşı anlamağa kömək 
edəcək. Ümumiyyətlə kitabda verilən hər  əsər üçün ayrıca bir kitab yazıla 
bilər. Mən də daha çox yazmadım ki, deyəcəklər atasıdır ona görə tərifləyir. 
Oxuyandan sonra Siz də tərifləyəcəksiniz. 
Əmiraslanova Aynurə Tahir qızı
AXDU-nin və ADİU-nin magistrı, 
ingilis dili üzrə tərcüməçi, mühəndis texnoloq
Milli Kulinariya Mərkəzinin baş texnoloqu


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə