Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə6/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   2   3   4   5   6   7   8   9   ...   107

18
Söz mətbəxi
SÖZ MƏTBƏXİ
Ey mərifət sahibiyəm deyənlər, öz qövmünə və başqalarına nəyisə söylə-
mək istəyənlər!  Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi 
yaxşı-yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda 
saxlayasınız ki, ağzınızı açanda duzsuz-duzsuz danışmayasınız
1
. Yoxsa duz-
suz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar
2
. O qədər gülər ki, gülməkdən 
qarnı partlayar
3
, ləvəngisi tökülər. 
Ey səxavət sahibləri! Fikirlərini duzlamayıb, yanınızda duzsuz-duzsuz 
da  nışanlara səxavət göstərin, amma onlara qulaq asmayın, çətinə düşəndə isə 
onlardan mərhəmət, kömək ya anlayış gözləməyin. Çünki duzsuz fikirləri və 
sözlərilə çörəyinizin duzunu
4
 qaçıracaqlar, beləliklə də onlara verdiyiniz çö-
rəyin duzu olmayacaq. Ona görə  də onlarla duz-çörək
5
 deyil, duzsuz çörək 
kəsmiş hesabında olacaqsınız. 
Ey qonaqpərvərlər! Kəsəndə qonağınıza həmişə ağ deyil, qara qoç kəsin ki, 
qonaqlarınız fəxrlə sonra deyə bilsinlər ki, bizə filankəs bir qara qoç kəsdi
6
, çün-
kü qara qoyunun qovurması dadlı, özu də ətli olur
7
, hətta arıq olsa belə. “Bizə bir 
ağ qoç” kəsdilər deyə nədənsə öyünə bilmirik. Bizdə gərək avtomobil də qara 
olsun, oğlumuza qoyduğumuz ad da, dərdi var olan qız
8
 da, yalan dediyimiz bu 
qızın yanındakı üzümüz
9
 də, mahnı qoşub oxuduğumuz gilə
10
 də, bizi basmasın 
deyə bizim basdığımız
11
 da, cibə tökdüyümüz kişmiş
12
 də, gözümüzə gələn su
13
 
da, paltar da, arvad da, canına and içdiyimiz lələş
14
 də, qoyun da, bizi yandıran 
bağ
15
 da, zəhmətlə qazandığımız pulu saxladığımız gün
16
 də, əhvalımız pis olan-
da qanımızın boyandığı rəng də, ağ deyib işığa çıxartdığımız yalan
17
 da. Ona görə 
də bizim üçün qaradan artıq
18
, bəlkə də üstün rəng yoxdur. Hətta onu sevmədiyi-
miz dostlarımıza belə yaxırıq
19
 ki, özümüz kimi onları da qara günə
16.1
 qoyaq, 
sonra baxıb deyək ki, şükür Allaha ki, onlara baxanda biz toya gedəsiyik
20
. Toya 
gedəndə də qara geyinirik ki, çirkabımızı ört-basdır edək. 
Çünki, duzsuz-duzsuz danışıb coşduqda ağzımıza çullu dovşan belə  sığ-
mır
21
. Sonra bu duzsuz sözlərlə ağzımızdan qaynayan
22
, ət qazanda köpüklənən 


Söz mətbəxi
19
kimi köpük axır
23
, kəf tökülür ətrafdakıların təfəkkürünə. İçkili, kefli adamlar 
kimi kifli sözlər danışır, camaata kəf gəlir
24
, bundan ləzzət alır, keflənirik. Hətta 
artıq indi mötəbər yerlərdən ağzından süd iyi gələnlər
25
 də elə qatıqlayırlar
26
 ki, 
qalırsan mat-məəttəl. Avazları yaxşı gələndə
27
 də görürsən ki, oxuduqları yenə 
elə it otu, bağa yarpağıdır
28
. Bəziləri Vətəndən, anadan, torpaqdan elə qatıqlayır-
lar ki, adam istəyir bir qaymağına baxa, baxanda görürsən ki, şeytan qatığıdır
29
 
yemək olmaz. Belə bir vaxtda millətin duzlu söz sahibləri, xalqın qaymaqları
30

şirin danışa bilənləri xalqla deyil bir-birilə danışır, ya susur və beləliklə sözlərini 
çürüdürlər
31
, bu çürümüş sözlər də ağzı bağlı çaydan kimi qaynayıb buxara çev-
rilir və yaddaşdan silinirlər. Adamları ac saxlamaq olmaz, həm də söz aclığı çox 
ağır olur. Ac insanlar “ac”ıqlı olur, qılınca çapır
32
. Söz yarası isə sağalmır
33

Söz xaridarlarını sözləri doğrayıb, çeynəyə-çeynəyə xırdalayıb sağa-sola 
xərcləyənlər  əvəz edir indi. Bu boş-boş danışanlara avara-avara qulaq asıb 
bəxtlərini, vaxtlarını onlarla birlikdə öldürənlər
34
 də az deyil. Vaxtın, zamanın 
başını kəsib, qanını axıtmaq, öldürmək bizdə adətə çevrilib. Düzdü elə də olur 
ki, yaxşı sözlərə də eləcə qulaq asırıq, amma onları sırğa edib qulağımızdan 
asmırıq
35
. Bu qulağımızdan alıb, o birindən veririk
36
. Ruslar ətri “eşidirlər”
37,
 
biz isə sözü ağzımızla deyir, qulağımızla yeyirik, o da ki ola söz mətbəxində 
bişən söz ola. Belə söz nəinki qulaqdan, hətta daşdan belə keçir
38

Duz var təzyiqi dağa qaldırar, duz var təzyiqi dağdan endirər
39
. (Naxçıvan 
duzu kimi). 
Ona görə də danışanda duzsuz və çiy söz
40
 danışmayın. Sözlərinizi ağzı-
nızda bişirib çıxardın
41
. Deyəndə elə söz deyin ki, şirin
42
 olsun, şirə məxsus 
olsun, yəni aslana, as oğlana, aslara məxsus olsun. Boş yerə norveçlilər asları 
şərqdən gələn Allahlar adlandırmır. İslandlar bu günə qədər aslara boş yerə 
sitayiş etmirlər ki. Meyvə cövhəri kimi, söz də təfəkkürün cövhəri, Şirəsidir. 
Mübahisə edib sözləri çürütməyin
43
. Çünki çürümüş sözlər həmsöhbəti-
nizin boğazından keçməyəcək
44
, keçsə belə o onları  həzm edə, sindirə 
bilməyəcək
45
. Birinci halda o sizin boğazınızdan yapışacaq, ikinci halda özü 
qarın ağrısına düşəcək. 
Sözləri ucuz tutmayın. Ucuz sözün şorbası
46
 olmur. 
Gördün ki, qarşındakı çox duzsuz-duzsuz, ucuz, bişməmiş sözlər danışır, 
bir sözlə zoğallayır
47
, onda qaytar, öz sözünü özünə elə yedizdir ki, dediyi 
sözün əzabını özü çəksin, ya da elə əvvəlcədən onun sözünü ağzında qoy
49

Amma sözünü pambıqla
50
,  şəkərlə
51
 elə  kəs ki, sənin sözlərindən qan iyi 


20
Söz mətbəxi
gəlməsin
52
. Sənə söz demək istəyənin oturuşuna fikir ver. Gördün ki, şəstlə, 
düz oturub qorxma, elə ki, gördün əyri oturub
53
, onda ehtiyatlı ol, fikirləş, gör 
düz söz eşitmək istəyirsən ya yox. Elə adamla sözlərini meydana
54
 buraxma. 
Çünki, düz söz güləşib
55
 qalib gələcək. Onsuzda düz söz sonda elə düz də
56

yəni düzlüyündə məğrur qalacaq. 
Amma düz sözü də elə-belə döyüşə çıxarmaq olmaz. Gərək əvvəlcə bir bü-
lov daşı, ya dəri qayış, ya da bir sırtıq sifət
57
 götürüb sözü yaxşıca itiləyəsən
58 
ki, kəsərli olsun
59
, rəqibin yeddi qatından keçsin
60

Gördün ki, nadan kefini kök etmək üçün şitəşir, şit-şit danışır
61
, yəni şit 
yağ kimi şit sözlərlə başqalarını incidir, onda, sal onun kefini söz qazanına, 
üzərinə də xırda-xırda söz soğanını
62
 doğra. Qoy soğan yeyib içi göynəsin
63

yanıb tökülsün
64
. Özü də qorxma soğan çox xeyirli şeydir. Göz yaşartsa da 
mikrobları qırır. 
O biri tərəfdən alçaq şəxsə sözü yedirtmək üçün onu gərək yaxşıca istiot-
layasan, acı bibərlə yaxşıca qarışdırasan ki, sözü dediyin adamı elə yandırıb 
yaxsın
65
 ki, üstünə tava qoyub cızdağı çıxana kimi cızhacız bişirəsən
66
. Bəzən 
öncədən gərək dədəsini də  şəlləyəsən dalına
110
, elə istiotlu söz vurasan ki, 
dədəsini də yandırasan
67
. Ata-balanı belə yanan görən anaları da ağlar qala
68. 
Elə söz var ki, qırmızı istiot vurursan, adamı yandırmır, eləcə isidir, ləzzət 
verir. Belə sözlərlə yavaşca-yavaşca vam odda sevdiyini elə bişirirsən
68.1
 ki, 
yeməli olsun. Amma bişirəndə gərək məhz zərif vam odda bişirəsən ki, bir 
azca pörtsün, dil-dodağı təpisin, təpitmə olsun. Elə olanda qaymaq dodaqlar-
dakı laktoza, yəni süd şəkəri karamelləşib dodaqları pənbələşdirəcək, onları 
ballı, qaymaqlı edəcək
69
. Həm də dil şirin
70
, badam içinə dönəcək
71
. Amma söz 
var ki, adamı üşüdür
72
. Belə sözlərdən ehtiyatla isti vaxtlarda istifadə etmək 
lazımdır, yoxsa soyuq vaxtda deyərsən adamın qanı damarında donar
73

Bir sözlə danışanda duzlu, dadlı, tamlı danış
74
 ki, ətrafdakılar tamaşaçıya, 
yəni tamla yeyənə, tamla yaşayana, ləzzətlə yaşayana çevrilsinlər. Ağızları 
tama gəlsin, mədəniyyətli olsunlar. Axı ürəkdə də mədəciklər var. Ürəyin yolu 
da elə həmin mədəciklərdən keçir
75
.  
Düzdü elə adamlar da var ki, dad, tam hiss eləmir. Belələri həyatı və söz ləri 
ağızları ilə deyil gözləri ilə yeyirlər
76
. Gözlərdə isə dad reseptorları olmadığın-
dan onlar dad, tam hiss eləmirlər. Amma iyi çox yaxşı duyurlar. Harada aşdır, 
onlar orada başdır
77
. Amma gözləri yenə acdır ki, ac
78
.  Əslində belələrinin 
sözləri yox, gözləri çox şor
79
 olur, yəni duzlu, digər tərəfdənsə kəsmikli olur. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə