Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə7/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   2   3   4   5   6   7   8   9   10   ...   107

Söz mətbəxi
21
Yəni qəlblərinin aynası
80
 duzla, kəsmiklə elə yaxmalanıb ki, aynadakı qəlb ar-
tıq görsənmir. Belə gözlər isə heç doymur ki, doymur
81
. Çox vaxt axırda onları 
gözümçıxdıya salıb
82
, yediklərini gözlərindən gətirirlər
83

Özün də ehtiyatlı ol ki, məddahların yağlı sözlərini
84
 yeməyəsən. Bizdə 
axı tərif ustaları yağlı sözləri elə yedirdirlər ki, heç xəbərin olmur. Elə hey 
şişir,  şişirsən və bir gün partlamaya
85
 düşürsən. Bəzən də  əvvəlcə qoltuğu-
nun altına qarpız verirlər
86
 ki, qürurlanasan. Qürurdan başını itirən anda isə 
xoruzunu verirlər qoltuğuna
87
. Bunu ingilislər daha çox edir özgə millətlərə. 
Ona görə də ingilislərin dediklərinə qulaq vermə, sözlərinə etibar eləmə, hətta 
duzlu söz desələr də. Çünki başqa millətlərə deyəndə onlar sözə ingilis duzu
88 
qatırlar. İşdi şayəd bilmədin yedinsə mütləq qarnını ağrıdıb, səni gücdən sala-
caq və ingilisə möhtac edəcək. 
Danışanda xəsis olma, sözlərini ağzından səlis, bütöv çıxart, sözlərin yarı-
sını udub
89
, ala-yarımçıq buraxma. Elə danış ki, diş həkiminə ehtiyac olmasın, 
sözləri ağzından kəlbətinlə çıxartmasınlar
90
. Həm də ağzın var ikən burnunda 
danışma.  Ən  əsası da bizim sənətdə gigiyenadır. Söz qazanına mikrob bu-
raxma, bütün yeməyi korlarsan. “Şey”, “zad”, “ee” və s kimi mikroblardan, 
parazitlərdən, viruslardan sözlərini qoru. 
Çalış sözləri de, qoşub onları tüpürmə ki, sonra tüpürcək yalayana
91
 
dönməyəsən və qırmızı olmaq
92
 istəmirsənsə sözlərini göyərtmə
93

Qəribə bir paradoks var. 
Nədənsə, Biz Sizə qulluq etmək, yəni qul olmaq istəyirik deyə, xalqa söz 
deyənlər istəklərinə çatıb millətə qul olandan sonra ağalarından qat-qat yaxşı 
yaşayırlar. Ağalarını zəlil eləyirlər. 
Söz demək üçün ağız açmaq
94
 lazımdır. Ağız açmaq isə baş əymək, nəyisə 
istəmək deməkdir. Deməli Siz ağız açanda hörmət, izzət, hakimiyyət, var-
dövlət, maddi-mənəvi nə isə istəyirsiniz. 
Ona görə də ağız açmamışdan fikirləşin, görün nə istəyirsiniz, bu cama-
atdan nə verib ala bilmirsiniz
95
. Çünki çox vaxt ağız açanlar millətdən nəsə 
diləyənlər, dilənçilər ağızlarını xahişlə yox, təkəbbürlə, inamla, tələblə, hədə-
qorxuyla açırlar. Dilənçilər yaman həyasızlaşıblar. 
Dilənçilərdən biri, “Camaat bizə  səs verin, bizə  səs versəniz gələcəkdə 
biz daha yaxşı yaşayacağıq” deyəndə səs verən məzlumlardan biri (qəribədir 
ki, səs verənlər adətən məzlum, səs alanlar hakim olurlar), “Bəs biz”? deyə 
soruşanda dilini dilənçilər (ən dilçilər, dil pəhləvanları) elə  kəsdilər
96
 ki, o 


22
Söz mətbəxi
birilərinə dərs olsun. O birilər də dillərini verməmək üçün səslərini verdilər. 
Amma hakim olanlar sonra onların da səslərini kəsdilər
97
. Hələ də ağızlarından 
qan iyi gəlir
98
, səslərinin qanı axır. Qan gələn yerin dibinə gərək duz tökəsən 
ki, ağrıtsa da qanı  kəssin, mikrobları öldürsün. Ona görə  də, bəzən sözləri 
səssiz demək lazım gəlir ki, dilinizi, ya səsinizi kəsməsinlər. 
Bəzən sözü səslə, dillə, ağızla, qələmlə deyil, başqa formada da deyərlər. 
Məsələn, oğlan qızdan cavab gözləyəndə qız iki həriflik “hə” sözünü həya-
sın dan  ağzından çıxara bilməzdi (düzdü bu əvvəllər olurdu). Amma bu söz 
onu içəridən necə yandırırdısa da qız başını yerə dikib qıp-qırmızı pul kimi 
qızarır
99
, puçur-puçur tər tökürdü. Və səssiz deyilən bu iki hərfli sözdən səs 
çıxmasa da sözün duzu o tərlə çıxırdı və “hə” duzla deyilirdi. 
Bəzən də görürsən ki, iki kəlmə sözü demək üçün 50 qramlıq dil əvəzinə 
2 kiloqramlıq baş o tərəf – bu tərəfə yellənir. Amma söz qazanı qaynayıb da-
şanda səs də azlıq edir, baş da, onda əllərdə qoşulur söhbətə, xüsusilə də Şərq 
xalqlarında.  
Ona görə də danışanda söz danış
100.
 Şapalaqla üz qızartmaqdansa
101
 kiri-
miş otursan yaxşıdır. Düz danış ki, duz dağına dönəsən
102
, yalan danışıb kələk 
gəlmə ki, duzdağa düşməyəsən
103
. Qırx gün salam vermək istəmədiyin yerdə 
də duz yemə
104

Çox qəribədir ki, biz yemək üçün heyvanları, quşları bordağa bağlayı-
rıq, bitkiləri yetişdiririk. Amma xəmiri acıdırıq, acdırırıq. Sonra onu yeyirik. 
Bəlkə  də  əslində acmış  xəmir bizi yeyir. Bəlkə doğrudan da biz acıtmasız, 
sadə xəmir yeməliyik?
Acı sözlər
105
 də bizi beləcə yeyir. Bəlkə onlardan ehtiyatla istifadə edək? 
Buna görə də söz sahiblərindən
106
 uzaq olun. Söz sahibləri sözü qul edib, sözə 
ağalıq
107
 edirlər. İstəyəndə verir, istəyəndə geri götürürlər, bəzən isə tamam 
unudurlar qullarını. Çünki, əslində onlar söz sahibi yox imtiyaz, hakimiyyət 
sahibidirlər. Əsil tək söz sahibi Uca Yaradandır ki, hər sözündə böyük hikmət, 
qüdrət var. Söz qullarına
108
 yaxın olun. Söz qulları mömin olanlardır ki, Allah-
dan aldıqları Quran yəni quruçuluğa xidmət edən sözün də, verdikləri sözün 
də qulu olurlar. 
Ey duz istehsalçıları! Yaranışın  əvvəlində söz olub. O qədər duzlu söz 
ki, həm aləmləri, həm kainatları, həm də bizim yer kürəmizi, bizi yaradıb. O 
Sözdə gör nə boyda duz olub ki, nə qədəri hələ mədənlərdə, dəryalarda qalıb, 
min illərdir ki, ha yeyirik yenə bitmir. Deməli elə ilk Sözün çox hissəsi duz 


Söz mətbəxi
23
olub və ona görə də bu ilk Söz belə düz olub. Hər şeyə dad verən elə duzdur, 
duz duzsuz olsa heç nə düz olmaz, ağzımızın duzu qaçar. 
Ey ariflər duzsuz sözdən qaçın ki, yalnız duzlu sözlər həqiqət, düz olur. 
Elə ilk Söz kimi!
P. S. Sözün də dadlısı, məzəlisi, duzlusu, acısı, şirini, iylənmişi, çürümü-
şü, qaymağı, çiyi, bişmişi olur. Sözün də su kimi lətafəti var. Lətif yemək, lətif 
su kimi lətif sözün də öz yeri var. 
Əlbəttə ki, mən söz sərrafı deyiləm, amma bişirmək mənim də sənətimdir 
axı. Həm də öz aramızdı, mən də az aşın duzu
109
 deyiləm haa!
  
1. Duzsuz-duzsuz danışma, duzsuz söz danışma. 
2. Bişmiş toyuğun gülməyi gəlir. 
3. Gülməkdən qarnı partladı. 
4. Çörəyimin duzu yoxdur. 
5. Duz-çörək kəsmək. 
6. Bizə bir qara qoç kəsdi. 
7. Qara qoyun ətli olur. 
    Qovurması dadlı olur. 
8. Qara qızın dərdi var. 
9. Üzün qara olsun (qarğış). Yanında üzüm qaradır. 
10. “Qaragilə” mahnısı. 
11. Qara bizi basınca, biz qaranı basaq. 
12. Qara kişmişi cibə tökərlər, ağ ayranı itə. 
13. Gözünə qara su gəlsin (qarğış). 
14. Qara lələmin canı haqqı (and içmək). 
15. Qarabağ. 
16. Qara günə qoymaq, qara gün üçün saxlamaq. 
17. Qara yalan, ağ yalan. 
18. Qaradan artıq rəng yoxdur. 
19. Kiməsə qara yaxmaq. 
20. Onlara baxanda biz toya getməliyik. 
21. Ağzına çullu dovşan sığışmır. 
22. Qazan kimi qaynayır. 
23. Ağzı köpüklənir, ağzından köpük axır. 
24. Kəf gəlir – yalan danışır mənasında. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə