Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə8/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

24
Söz mətbəxi
25. Ağzından süd iyi gəlir. 
26. Qatıqlama (boş danışmaq). 
27. Avazı yaxşı gəlir, oxuduğu Quran ola. 
28. İt otu – bağayarpağı – yəni boş söz, boş iş
29.  Şeytan qatığı, öz-özünə üyüşən qatıq. İldırım çaxanda əmələ gəlir, yeyilmir, 
itə verilir. 
30. Millətin qaymaqları, yəni ziyalılar. 
31. Sözünü qurudur. 
32. Ac adam qılınca çapır. 
33. Söz yarası sağalmır. 
34. Vaxtını öldürmək. 
35. Sözü sırğa elə qulağından as. 
36. Sözü bu qulağından alıb, o biri qulağından vermək. 
37. Rusca «slışu zapax» - “ətri eşidirəm”, “duyuram” mənasında işlədilir. 
38. Söz var daşdan keçər. 
39. Söz var adamı dağa qaldırar, söz var adamı dağdan endirər. 
40. Çiy söz danışma. 
41. Sözünü ağzından bişir çıxar. 
42. Şirin söz. 
43. Çürümüş söz. 
44. Sözü boğazımdan keçmir. 
45. Sözlərini həzm edə, sindirə bilmədi. 
46. Sözü ucuz tutmayın. Ucuz ətin şorbası olmur. 
47.  Yenə zoğallama, yəni gic-gic danışma, avara sözlər, pis sözlər danışma 
mənasında. 
48. Sindirmək – həzm etmək. 
49. Sözü ağzında qalmaq. 
50. Pambıqla baş kəsmək. 
51. Sözünü şəkərlə kəsim. 
52. Ağzından qan iyi gəlir. 
53. Əyri otur, düz danış. 
54. Söz meydanı, aşıq meydanı. 
55. Söz güləşdirmək. 
56. Düz danışan düzdə qalar. 
57. Sırtıq sifət adam. 


Söz mətbəxi
25
58. İti söz. 
59. Kəsərli söz. 
60. Elə söz deyərəm yeddi qatından keçər. 
61. Şit-şit danışmaq. 
62. Keyfimə soğan doğramaq. 
63. Soğan yeməmisən için niyə göynəyir. 
64. Yanıb tökülmək. 
65. Yandırıb yaxmaq. 
66. Cızdağım çıxdı. 
67. Dədəsini yandırmaq. 
68. Anasını ağlar qoymaq. 
68. Qızı bişirir. 
69. Dodaqları bal, qaymaqdı. 
70. Şirin dilli. 
71. Dilin badam içidir (xalq mahnısı). 
72. Sözləri canıma üşütmə saldı, üşütdü. 
73. Qanım damarımda dondu. 
74. Dadlı-duzlu söhbət. 
75. Ürəyə yol mədədən keçir. 
76. Az qalır adamı gözüylə yesin. 
77. Harda aşdır, molla orda başdır. 
78. Acgöz adam. 
79. Şorgöz adam. 
80. Gözlər qəlbin aynasıdır. 
81. Gözü doymur. 
82. Gözümçıxdıya salmaq. 
83. Yediyin gözündən gəlsin (qarğış). 
84. Yağlı sözlərlə filankəsi elə yağladı ki. 
85. Çox yeməkdən partlam-partlamaya düşmək. 
86. Qoltuğu qarpızlanmaq. Yaman qarpızlanır. 
87. Xoruzunu qoltuğuna vermək. 
88. İngilis duzu əcxanada satılır, qarın işlətmək üçün, tibbi. 
89. Sözünü uddu. 
90. Sözü ağzından kəlbətinlə çıxarmaq. 
91. Tüpürdüyünü yalamaq. 


26
Söz mətbəxi
92. Çox qırmızı adamdı o. 
93. Sözünü göyərtmə. 
94. Filankəsə iş üçün ağız açmaq. 
95. Nə verib ala bilmirsən. 
96. Dilini kəs, dinməz otur. 
97. Səsini kəs, sakit otur. 
98. Ağzından qan iyi gəlir. 
99. Utandığından pul kimi qızardı. 
100. Danışırsan söz danış. 
101. Şapalaqla üz qızardır. 
102.  Səni görüm Duzdağına dönəsən (alxış)
        Duzdağ Naxçıvanda – dağ adıdır. 
103. Bicliyindən tülkü duzdağa düşdü. Duzdağ – ərimiş, qaynar 
        duz, qatı duz məhlulu və s. 
104. Bir gün duz yediyin yerə, qırx gün gərək salam verəsən (atalar sözü). 
105. Acı söz danışma. 
106. Filankəs orada söz sahibidir. 
107. Mən sözümün ağasıyam. 
108. Dediyim sözün qulu, demədiyimin ağasıyam. 
109. Az aşın duzu deyil.


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
27
MƏTBƏXDƏN GƏLƏN DEYİMLƏR, 
YEYİMLƏR, DUYUMLAR VƏ DOYUMLAR
Mətbəx, mədəniyyətin kökündə dayanan xalqın incəsənətini, musiqisini, 
rəqslərini, mahnılarını, düşüncə tərzini, fiziki görünüşünü, geyimlərini, folk-
lorunu, bayramlarını və s. səciyyələndirən başlıca amildir. “Mətbəx, ümu miy-
yətlə, insan yaradıcılığının əsas ilham mənbəyidir” – desək daha düzgun olar. 
Çünki insanın bütün fəaliyyəti birbaşa, ya da dolayısı yolla qidanın axtarışı, 
yetişdirilməsi, hazırlığı, qəbulu ilə bağlıdır. Bu mənada insan yaradır, çalışır, 
yaşayır ki, yesin. Çünki yalnız yeməyi və sevgini təmin etməklə insan bioloji 
fərd kimi var ola bilər. 
İnsanları qida mənbələrini, yetişmə yerlərini tapmaq, qidanı yetişdirmək, 
toplamaq, saxlamaq, bişirmək və yemək məqsədi birləşdirir, toplum vəziy-
yə tinə  gətirir. Mədəniyyət yemək bişirməkdən başlandı. Bu, folklor yara-
dıcılığımızda da öz əksini tapır. Nağıl və  əfsanələrimizdəki mətbəxlə bağlı 
sujetlər (Nərbalanın atasına ovun baş-ayağından  şorba bişirməsi, Cırtdanın 
yağ yaxması yemədən yatmaması, Koroğlunun yeddi qazan aşı birdən yeməsi, 
Məlikməmmədin gənclik alması arxasınca getməsi və s.), mahnılarımızda, ba-
yatılarımızda, atalar sözlərində, andlarımızda və s. mətbəxlə bağlı çoxsaylı 
bilgilər mətbəxin folklorla qarşılıqlı təsirindən xəbər verir. 
Zaman keçdikcə mətbəx ləvazimatları, ərzaqlar, süfrə etikası, ocaqlar və 
s. dəyişir. Məsələn, odun sobaları indi elektrik və ya qaz sobaları ilə əvəz olu-
nur, dəyişir. Gənclər, yeni nəsillər bu günkü mətbəxi gördüklərindən, arxaik 
mətbəx simvollarını özündə saxlamış folklor nümünələrimizin necə yarandıq-
larını, nəylə bağlı olduqlarını anlamaqda çətinlik çəkirlər. 
Məsələn, mətbəxlə bağlı andlarımız, xüsusilə ən güclü inancımız “ocaq 
haqqı” andı, artıq qaz, elektrik sobası ocağı müqəddəslikdən çıxardığından, 
gənclər tərəfindən şəhərlərdə artıq işlədilmir. 
Eyni mətbəxdən gələn qarğış “ocağın sönsün” də, gündə yüz dəfə bir to-
xunuşla qaz və ya elektrik sobasını yandırıb-söndürənə qəribə gəlir. Burada 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə