Söz yaradiciliğI



Yüklə 40,47 Kb.
tarix02.01.2018
ölçüsü40,47 Kb.
#19135

SÖZ YARADICILIĞI
Cəmiyyət daima dəyişir, inkişaf edir. Bu inkişaf və dəyişikliklər dildə də öz əksini tapır: dilə yeni sözlər, yeni adlar daxil olur, dilin lüğət tərkibi zənginləşir. Dilin lüğət tərkibini zənginləşdirən əsas vasitələrdən biri söz yaradıcılığıdır. Dildə yeni sözlər bir neçə yolla yaranır. Bununla dilçiliyin söz yaradıcılığı bölməsi məşğul olur. Söz yaradıcılığı morfologoya və leksika ilə bağlıdır. “Morfologiya leksik mənaları eyni olan sözlərin formalarını, leksikologiya sözlərin müxtəlif leksik mənalarını, söz yaradıcılığı isə yeni leksik vahidlərin yaranma prosesini araşdırır” (H.Həsənov, “Müasir Azərbaycan dilinin leksikası”, Bakı, 1988, səh. 279).

Dilimizin lüğət tərkibinin zənginləşməsi həm ana dilinin daxili imkanları hesabına, həm də dilimizə başqa dillərdən keçən sözlər hesabına baş verir.


ANA DİLİNİN İMKANLARI HESABINA

SÖZ YARADICILIĞI

Müasir Azərbaycan dilində söz yaradıcılığının 3 üsulu vardır:



  1. Morfoloji yolla söz yaradıcılığı

  2. Sintaktik yolla söz yaradıcılığı

  3. Leksik yolla söz yaradıcılığı




  1. Morfoloji yolla söz yaradiciliği

Morfoloji yolla sözlərin yaranması dilimizdə söz yaradıcılığının ən geniş yayılmış üsullarındandır. Morfoloji yolla söz yaradıcılığının mahiyyəti ondan ibarətdir ki, köklərə şəkilçilər artırmaqla mənaca yeni, qululuşuna görə düzəltmə sözlər əmələ gəlir.

Kök və şəkilçi sözün mənalı hissələridir. Kök sözün ayrılıqda işlənə bilən və əsas məna ifadə edən hissəsidir. Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Şəkilçilərin leksik mənası olmur və sözə bitişik yazılır.



  • İki və daha artıq hecadan ibarət olan milli sözlərimizin tərkibində o, ö və e saitləri işlənmədiyi üçün bu saitlər şəkilçilərin tərkibində işlənmir.

Azərbaycan dilindəki şəkilçilər 3 cür təsnif olunur:

  1. Mənasına görə

  2. Mənşəyinə görə

  3. Yazılışına görə

Mənasına görə

Azərbaycan dilində şəkilçilər mənasına görə iki cür olur: leksik və qrammatik şəkilçilər.

Köklərə qoşularaq onlardan yeni mənalı sözlər əmələ gətirən şəkilçilər leksik şəkilçilər adlanır: kənd-li, əkin-çi, su-lu, süpür-gə, qış+laq, bağ+lı, silah+lı, kef+cil və s. Leksik şəkilçilərlə əmələ gələn sözlərə düzəltmə sözlər deyilir. Leksik şəkilçi qəbul edən söz leksil şəkilçi ilə birlikdə sözün başlanğıc formasını yaradır. Məsələn, sənaye + ləş + dir + il + miş + dir sözünün başlanğıc forması qrammatik şəkilçilərə qədər olan sənaye + ləş + dir + il (mək) sözüdür. Deməli, sözün başlanğıc formasına axırıncı leksik şəkilçi daxil olmaqla qrammatik şəkilçiyə qədər ilan hissəsi daxildir. İsimlərin başlanğıc forması adlıq halda olan hissə, feillərdə isə məsdər formasıdır.

Sözlər bütün lüğətlərdə başlanğıc formasında olur. Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması da onların başlanğıc formasına görə müəyyən edilir. Leksik şəkilçilər (sözdüzəldici şəkilçilər) həm söz köklərinə və həm də sözün başlanğıc formasına qoşulmaqla yeni sözlər düzəldir.

Dilimizin qaydalarına gözə sözlərə əvvəl leksik, sonra isə qrammatik şəkilçilər qoşulur (- kı4, -gil, -dakı² şəkilçiləri istisnadır. Bu şəkilçilər qrammatik şəkilçilərdən sonra da işlənə bilir).

Eyni bir kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Eyniköklü sözlər düzəltmə olmalı, onların kökü eyni nitq hissəsi və eyni söz olmalıdır: baş, baş+çı, baş+lıq, baş+la(maq), baş+la+n+gıc və s.

Eyni bir kökdən əmələ gələn yeni eyniköklü (düzəltmə) sözlər həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir: yağ (isim) – yağlı (sifət), yağla (feil).

Kökü omonim olan sözlər eyniköklü söz yarada bilməz. Məsələn, gül – gül+lük, gül – gül+üş sözləri eyniköklü sayılmır. Qrammatik şəkilçilər də eyniköklü söz yarada bilmir. Qrammatik şəkilçilər sözün yalnız formasını dəyişir. Məsələn, gülün, gülə, gülü, güldə, güldən sözləri gül sözünün müxtəlif formalarıdır.




Sözdüzəldici şəkilçilər

Adlardan isim düzəldən şəkilçilər

-lıq4, -laq, -ça2, -çı4, -cıq4, -cığaz4, -lı4, -daş, -iyyat, -dar, -keş, -stan, -iyyə, -i, -vi, -izm, -its

Feillərdən isim düzəldən şəkilçilər

-ıq4, -ış4, -ma2, -aq4, -caq2,-ım4, -tı4,-ın4 -ıd2, -ı4, -ıcı4 , -acaq2, -cə2 , -gəc, -ir, -ıntı4

Adlardan sifət düzəldən şəkilçilər

-lı4 , -sız4 ,-cıl4 , bi-, ba-, na- , la-, -i, -vi,

Feillərdən sifət düzəldən şəkilçilər

-ağan4 , -qan2 , -aq2 , -ğın4 , -qın4 , -ıcı4 , -ıq 4 , -caq2 , -ınc4 , -ma2

Feil düzəldən şəkilçilər

-la2 , -laş2 , -lan2 , -ar2 , -a2 , -ı4 , -ılda4 , -aş2 –ın4, -ış4 , -dır4 , -ıl4

Zərf düzəldən şəkilç.

-dan2 ,-yana2,-nə2 ,-an2, -la2,-casına2, -ca2

Qrammatik şəkilçilər sözə qoşularaq söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa, qrammatik əlaqə yaratmağa xidmət edir. Qrammatik şəkilçilərin hamısı milli mənşəlidir.

Qrammatik şəkilçilər, əsasən, isim və feillərin qrammatik kateqoriyalarının şəkilçiləridir. İsimlərdə cəm, hal, mənsubiyyət və şəxs şəkilçiləri, feillərdə inkarlıq, təsriflənən və təsriflənməyən formaların şəkilçiləri, zaman və şəxs şəkilçiləri qrammatik şəkilçilərdir.

Dilimizdə omonim şəkilçilər də vardır (-lar, lər; -dan, -dən; -ın, -in, -un, -ün və s.). Belə omonim şəkilçilər həm leksik, həm qrammatik şəkilçi kimi işlənir. Məsələn:




ək+i`n (feildən isim düzəldən leksik şəkilçi)

ə`k+in ( II şəxs cəm qrammatik şəkilçi)

-ın

sən+in (yiyəlik hal, qrammatik şəkilçi)

dəftər+in ( II şəxs təkin mənsubiyyəti, qrammatik ş.)


Mənşəyinə görə
Azərbaycan dilində şəkilçilər mənşəyinə görə iki cür olur: milli şəkilçilər və alınma şəkilçilər.

Dilimizdəki qrammatik şəkilçilərin hamısı, leksik şəkilçilərin isə əksəriyyəti milli şəkilçilərimizdir.

Alınma şəkilçilər ərəb, fars, rus dillərindən gəlmə şəkilçilərdir. Bu şəkilçilər dilimizə alınma sözlər vasitəsilə daxil olmuşdur. Qoşulma yerinə görə həm sözarxası (-dar,-stan,-şünas, -keş, -xana, -i, -vi, -ist, -kar, -izm, -iyyə, -pərvər və s.), həm də sözönü ( na-, bi-, la-, ba-, co-, a-, anti-, mə-) alınma şəkilçilər vardır.

Alınma şəkilçilərin əksəriyyəti birvariantlıdır. Bu şəkilçilərin bir qismi aid olduqları dildə leksik mənaya malik olan sözlərdir: (- xana (ev), -dar (aid olmaq), -kar(iş) və s. Lakin bu sözlər bizim dilimizdə şəkilçi kimi işlənir.

Dilimizdəki -daş, -gil, -sov, -laq şəkilçiləri birvarianlı milli

şəkilçilərdir.



Yazılışına görə
Yazılışına görə şəkilçilər 3 cür olur: bir cür yazılanlar, iki cür yazılanlar və dörd cür yazılanlar.

Leksik şəkilçilər ahəng qanununa tabe olaraq, əsasən, iki və dörd cür yazılır. Məsələn, -la, -lə; -ça, -çə; -aq, -ək; -çı, -çi, çu, -çü; -ıntı, -inti, -untu, -üntü və s. Lakin leksik şəkilçilər sırasında bir cür yazılan şəkilçilər də vardır: -daş, gil, -kаr, -хаnа, -dar, -keş, -stan, -şünas, -zadə və s. Birvariantlı şəkilçilərin əksəriyyəti alınma şəkilçilərdir və bu şəkilçilər ahəng qanununa tabe olmurlar.

Qrammatik şəkilçilər isə ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılır: -acaq, -əcək; -dı, -di, -du, -dü; -mış, -miş, -muş, -müş və s. Qrammaik şəkilçilərin içində bir cür yazılanı yoxdur.

İki cür yazılan şəkilçilərin tərkibində yalnız a, ə saitləri iştirak edir. Digər açıq saitlər (e, ö, ü) şəkilçilərdə iştirak etmir.

Saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər artırdıqda şəkilçilərin əvvəlində y, s, n samitləri işlənir: xala-y-a, xala-n-ın, хаlа-s-ı. Bunlara bitişdirici samitlər deyilir. Sözün tərkibinə görə təhlili zamanı bitişdirici samitlər ya aid olduğu şəkilçinin tərkibində göstərilir, ya da ayrıca şərti-işarəsiz qalır.
2) Sintaktik yolla söz yaradiciliği
Mürəkkəb sözlər
Söz yaradıcılığının digər mühüm bir üsulu iki və daha artıq sözün birləşməsi ilə yeni mənalı sözlərin əmələ gəlməsidir. Bu yolla yaranan sözlər mürəkkəb sözlər adlanır.

Mürəkkəb sözlər müəyyən qanunauyğunluq əsasında yaranır. Mürəkkəb sözlər əmələ gələrkən əşya və hadisənin əlaməti, bənzədilməsi, funksiyası, mənsubiyyəti və s. əsas götürülür.

Mürəkkəb sözlərin aşağıdakı əmələgəlmə yolları vardır:

1) iki müxtəlif mənalı sözün birləşməsindən əmələ gəlir: baramaqurdu, suiti, dabanbasma, qaraqabaq və s.

2) yaxın mənalı və sinonim sözlərin birləşməsindən əmələ gəlir: yorğan – döşək, oğul-uşaq, qoyun-quzu, qapı-pəncərə, toyuq-cücə, gözəl-göyçək və s.

3) antonim sözlərin birləşməsindən əmələ gəlir: gecə-gündüz, böyük-kiçik, tez-gec, az-çox;

4) eyni sözün təkrarından əmələ gəlir: səhər-səhər, üz-üzə, tez-tez, şirin-

şirin və s.

5) bir tərəfi ayrılıqda heç bir məna bildirməyən sözlərdən əmələ gəlir: tör-töküntü, yır-yığış, zir-zibil, uşaq-muşaq və s.

6) Bəzi mürəkkəb sözlər başqa dillərə məxsus mürəkkəb sözlərin hərfi tərcüməsi yolu ilə əmələ gəlir: pılesos - tozsoran, samokritika - özünütənqid və s.



  1. Leksik yolla söz yaradıcılığı

Leksik yolla söz yaradıcılığı prosesində sözlər dilə hazır şəkildə, heç bir qrammatik vasitənin köməyi olmadan daxil olur. Bu sözlər ilk mənbəyindən məzmun və formaca uzaqlaşır, yeni məzmunlu və yeni formalı sözlər kimi işlənir.

Ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində dialektlərin də rolu vardır. Şair və yazıcılar ömumxalq danışıq dilinin imkanlarından istifadə edərək öz əsərlərində dialekt sözlərindən istifadə etmişlər. Həmin sözlərdən bir qismi indi ədəbi dilimizdə istifadə edilir: bürkü, qumral, ilğım, yarğan, güzəm və s.

Ədəbi dilimizin lüğət tərkibi sözlərin mənaca genişlənməsi və daralması hesabına da zənginləşir. Dilimizdə ümumi isimlərin xösusi isimlərə, xösusi isimlərin ömumi isimlərə kecməsi yolu ilə yaranan coxlu sayda sözlər vardır. Məsələn, göyərçin - Göyərcin, zümrüd – Zümrüd, nərgiz – Nərgiz, lalə - Lalə, mətanət – Mətanət, xoşbəxt – Xoşbəxt; Badamlı – badamlı, İstisu – istisu, Narzan – narzan və s.



Alınma sözlər hesabina söz artımı

Məlumdur ki, müxtəlif əlaqələr səbəbilə xalqlar, dillər arasında yeni münasibətlər yaranır, nəticədə bir dildən başqa dilə sözlər keçir. Başqa dillərdən keçən sözlər hesabına da dilin lüğət tərkibi zənginləşir. Dilimizə başqa dillərdən sözlər 3 yolla keçir:



  1. Dilimizə başqa dillərdən keçən sözlər həmin dildə olduğu kimi götürülür, heç bir dəyişikliyə uğramadan işlədilir: poema, roman, tennis, marka və s.

  2. Alınma sözlər həmin dillərin şəkilçiləri ilə birləşərək yeni mənalı sözlər əmələ gətirir: divan + xana, anti + imperialist, xaric + i,

ərəb + şünas və s.

  1. Başqa dillərdən keçən sözlər hərfi tərcümə edilərək işlədilir:

  2. xolodilnik-soyuducu, sorevnovaniye-yarış və s.



Yüklə 40,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə