Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Sorğu əsas tədqiqat metodlarından biri kimi



Yüklə 31,33 Kb.
səhifə12/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)

Sorğu əsas tədqiqat metodlarından biri kimi.

Sosiologiyada tələb olunan məlumatın xarakterinə, onun alınması metoduna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür. müsahibə; anket sorğusu; sosiometrik sorğu; eksperiment sorğusu, fokus qrup; ekspert sorğusu; sosiometrik sorğular, Q metodu və s.

Sosiologiyada anket sorğusundan daha çox istifadə edilir. Anket kompozisiyasına görə adətən 3 hissədən: 1) giriş hissəsi; 2) əsas hissə; 3) demoqrafik hissə (pasportçadan) ibarət olur. Giriş hissə əslində “rəyi soruşanlara müraciətdir” və burada a) anket sorğusunun hansı təşkilat və elmi müəssisənin apardığı göstərilir; b) sadə və aydın şəkildə tədqiqatın məqsədi və onun nəticələrindən gələcəkdə necə istifadə ediləcəyi izah olunur; c) respondentin aparılan sorğuda şəxsən iştirak etməsinin (cavabların) vacibliyi və əhəmiyyəti qeyd edilir; ç) cavabların anonimliyinə təminat verilir; d) anketi doldurmaq qaydaları və geri qaytarmaq yolları aydın və dəqiq ifadə olunur. Anketin əsas hissəsi, yəni, suallar və cavab variantlarından ibarət olan hissəsi, üç növ suallar blokundan ibarətdir: I blok suallar respondentləri maraqlandırmaq məqsədi daşıyır; II blok suallar tədqiqatın əsas mövzusunu bilavasitə aidiyyatı olan məlumatların üzə çıxarılmasına xidmət edir; III blok suallar isə cavablardan əldə ediləcək məlumatları dərinləşdirməyə və dəqiqləşdirməyə imkan verir. Anketdə sual açıq, qapalı və yarıqapalı ola bilər. Qapalı sduallar əsasən nominal və ordinal şkala ilə ölçülür. İnterval və nisbətlər şkalası ilə ölçülən Açıq suallar əsasən konkret rəqəmlərlə cavablandırılan kəmiyyət suallarıdır.





  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə