Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Anketin strukturu və sualların növu



Yüklə 31,33 Kb.
səhifə14/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)
Anketin strukturu və sualların növu.

Sosiologiyada anket sorğusundan daha çox istifadə edilir. Anket kompozisiyasına görə adətən 3 hissədən: 1) giriş hissəsi; 2) əsas hissə; 3) demoqrafik hissə (pasportçadan) ibarət olur. Giriş hissə əslində “rəyi soruşanlara müraciətdir” və burada a) anket sorğusunun hansı təşkilat və elmi müəssisənin apardığı göstərilir; b) sadə və aydın şəkildə tədqiqatın məqsədi və onun nəticələrindən gələcəkdə necə istifadə ediləcəyi izah olunur; c) respondentin aparılan sorğuda şəxsən iştirak etməsinin (cavabların) vacibliyi və əhəmiyyəti qeyd edilir; ç) cavabların anonimliyinə təminat verilir; d) anketi doldurmaq qaydaları və geri qaytarmaq yolları aydın və dəqiq ifadə olunur. Anketin əsas hissəsi, yəni, suallar və cavab variantlarından ibarət olan hissəsi, üç növ suallar blokundan ibarətdir: I blok suallar respondentləri maraqlandırmaq məqsədi daşıyır; II blok suallar tədqiqatın əsas mövzusunu bilavasitə aidiyyatı olan məlumatların üzə çıxarılmasına xidmət edir; III blok suallar isə cavablardan əldə ediləcək məlumatları dərinləşdirməyə və dəqiqləşdirməyə imkan verir. Anketdə sual açıq, qapalı və yarıqapalı ola bilər. Qapalı sduallar əsasən nominal və ordinal şkala ilə ölçülür. İnterval və nisbətlər şkalası ilə ölçülən Açıq suallar əsasən konkret rəqəmlərlə cavablandırılan kəmiyyət suallarıdır. Respondentin rəy, təklif və şəxsi fikirlərinin əhatəli formada təqdim edilməsini tələb edən açıq sualların işlənilməsində əsasən şkala, qiymət və kodlaşdırma anlayışları nəzərə alınmır çünki bu kimi suallarda keyfiyyət tədqiqatları kimi məzmun və anlayışlarla iş aparılır və məzmunun təhlili həyata keçirilir. Bəzən konkret cavabları tələb edən belə açıq suallarda (məsələn ölkələrin adı, rənglərin adı və s.) verilən cavablar nominal şkala ilə ölçülür. Yarıqapalı suallarda isə respondent verilən cavab varıantlarının bir neçəsin və ya öz variantını əlavə etməklə müxtəlif cavab variantlarını seçir. Bu suallar və cavab variantları sözlərin xaotik yığımı olmamalı, məntiqi ardıcıllıqla mövzu və anketin məqsədini əhatə etməlidir.



  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə