Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar



Yüklə 31,33 Kb.
səhifə19/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   ...   13   14   15   16   17   18   19   20   21
Suallar - SPPSde melumatin tehlili (1)

Sosiologiyada nominal şkala.

Nominal şkala keyfiyyətin ölçülməsi üçün istifadə edilən ən sadə şkala olub müəyyən bir əlamətin olub-olmamasını görə təsnifatın aparılmasına imkan verir. Sadəcə müəyyən təsnifatın ifadəs olan nominal şkala ilə əlamətlərin ölçülməsi zamanı verilənlərin hansısa üstünlük, imtiyaz, böyük və yaxud kiçiklik əsasında sıralanması və müqayisəsi mümkün deyil. Təsnifat isə hansısa əlamət yaxud xüsusiyyətin olub-olmamasına görə aparılır. O, adlar və kateqoriya şkalası da, adlandırılır. Nominal şkalanın idraki əhəmiyyəti fərq və ya eyniliyin, bərabərlik və ya qeyri-bərabərliyin müəyyənləşdirilməsində təzahür edir. Məslən respondent qadın yaxud kişi olduğunu, hansı fakültədə təhsil aldığını, onun evli yaxud subay olduğunu, hansı qan qrupuna malik olduğunu, hansı yaşayış məntəqəsində yaşadığını və s. müəyyən edən cavablar nominal şkaladır. Daha dəqiq desək nominal şkala vasitəsi ilə ən sadə münasibətlər modelləşdirilir. Məsələn cins dəyişəninin nominal şkala ilə ölçülməsini belə göstərə bilərik: (bu daha çox cavab variantı olan dəyişənlərdə bir xətkeşə çevrilə bilər). Nimonal şkala (adların şkalası yaxud təsnifat şkalası da deyilir) ekvivalent münasibətdə olan xassələrin sinifləşdirilməsinə xidmət edir. Burada sıfır və ölçü vahidləri olmur, “çoxdur-azdır”, “böyükdür-kiçikdir” tipli münasibətlər yoxdur. Çünki nominal şkalanın bölgüləri eyni dəyərə malikdir və riyazi olaraq bölgülər arasındakı münasibəti = və ≠ işarəsi ilə göstərmək olar. Burada hər hansı bir üstünlük / dərəcə əsas götürülə bilməz. Nominal şkala ilə ölçülən dəyişənlər üçün mərkəzi tendensiya (ədədi orta, median) və dispersiya (minimum, maksimum, ranq, variasiya, standart deviasiya və s.) göstəricilərini hesablamaq mümkün deyil. Sadəcə mərkəzi tendensiya göstəricilərindən olan moda (yüksək tezlik) hesablana bilər. Nominal şkalada başlanğıc hesab nöqtəsi yoxdur, fərq və eyniliyi müəyyənləşdirən şərti vahidlər var. Şkala qiymətləri arasındakı məsafə anlayışı da yoxdur. Əvəzində şkala qiymətlərinin dəqiq verbal interpretasiyası vardır.




  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə