Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Konkret sosioloji tədqiqatın başlıca məqsədi hansılardı



Yüklə 31,33 Kb.
səhifə2/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   2   3   4   5   6   7   8   9   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)

Konkret sosioloji tədqiqatın başlıca məqsədi hansılardı.

Bəzən tədqiqatın əsas məqsədi tədqiqat obyektləri arasında, qruplararası və qrupdaxili müqayisə aparmaq və yaxud əlaqədar hipotezani müqayisə fonunda yoxlamaq olur. Bu zaman tədqiqat nəticələrinin SPSS proqramında təhlili üçün müqayisə yaxud “T.test”i analizindən istifadə edilir. bu müqayisə 4 formada həyata keçir: mövcud baza qiyməti ilə konkret qrupun qiymətləri arasında müqayisə (məsələn, universitetin ümum tələbələrin orta İQ səviyyəsinə aid qiymətlə riyaziyyat fakültəsində təhsil alan tələbələrdən ibarət seçmə qrupun İQ səviyyəsinə aid qiymətlər arasında müqayis); iki müstəqil qrupun qiymətləri arasında müqayisə (məsələn, eksperimentin tədqiqatı zamanı, kontrol və eksperimental qrupların müxtəlif mərhələlərdə qiymətləri arasında müqayisə); konkret qrupun müxtəlif vəziyyətlərinə dair cüt-cüt qiymətlər arasında müqayisə (eyni bir qrupun müəyyən zaman intervalında vəziyyətinə dair əldə edilmiş cüt-cüt qiymətlər arasında müqayisə); üç və daha çox qrupun qiymətləri arasında müqayisə (məsələn, fakültədə təhsil alan 5 qrupun hansısa ümumi fənn üzrə aldıqları qiymətlər arasında müqayisə).

Sosioloji tədqiqatın ikinci növüyazılı tədqiqat adlanır. Yazılı tədqiqat konkret sosioloji təhlilin ən mücərrəd formasıdır. Bu tədqiqat növünün qarşısında duran əsas məqsəd empirik məlumatların alınması və təcrübə prosesində əldə olunan bu məlumatların öyrənilməsidir.
Yazılı tədqiqatın əhatə dairəsi daha geniş olur və əldə olunan məlumatlar sosioloji obyektin bütün tərəflərini geniş şəkildə öyrənməyə istiqamətləndirir. Əldə olunan məlumatların xüsusi hesabatı aparılır, onlara münasib olan təhlil metodu seçilir, tədqiqatın məqsədi, məzmunu, istiqamətləri, funksiyaları müəyyənləşdirilir.
Yazılı sosioloji tədqiqatlar mükəmməl şəkildə hazırlanmış proqram əsasında yerinə yetirilir. Həmin proqrama uyğun olaraq əldə olunan materiallar qruplaşdırılır, xarakterizə edilir, qiymətləndirilir.



  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə