Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar



Yüklə 31,33 Kb.
səhifə20/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   ...   13   14   15   16   17   18   19   20   21
Suallar - SPPSde melumatin tehlili (1)

Ordinal yaxud sıra şkalası.

Ordinal yaxud sıra şkalası nominal şkala ilə müqayisədə daha mürəkkəb ölçü sistemidir. Burada sadəcə ölçülən əlamətin/keyfiyyətin varlığı deyil həm də hansı səviyyədə mövcud olması müəyyən edilir. Ordinal şkala vasitəsi ilə müşahidə edilən əlamətin intensivliyinin/ səviyyəsinin düzülməsi və ranqlanması həyata keçirilir. Burada verbal ifadələrə aid edilmiş qiymətlər həmin verbal ifadələrin nizamlanması və hansısa üstünlük əsasında sıralanmasını mümkün edir. Çoxbölgülü ordinal şkalasında nominal şkaladan fərqli olaraq bölgülər fərqli dəyərə malikdir və bu isə onların arasındakı münasibəti aldığı dəyərə əsasən sıralamaq yolu ilə göstərməyə imkan verir.

Ordinal şkalada intervallar bölgülərarası münasibətlər məlum deyil, artma və azalma konkret rəqəmlərlə ifadə edilmir və nəticə etibarı ilə burada qiymətləri biri-birindən çıxmaq, bölmək, və toplamaq olmaz. Buna misla olaraq razılıq dərəcəsi (tam razıyam, razıyam, qismən razıyam, razı deyiləm, qətiyyən razı deyiləm) təhsil səviyyəsi, istifadə tezliyi (hər gün, tez-tez, bəzən, nadir hallarda) və s. göstərmək olar. Riyazi olaraq sıra şkalasını < və > işarələri ilə də göstərmək olar.



Bir sıra hallarda ictimai hadisələrə münasibətdə mövcud meyara əsasən iki hadisə arasındakı dəqiq məsafəni müəyyənləşdirmək çətindir. Bu kimi vəziyyətlərdə ölçülən kəmiyyətin müxtəlif tezlik və yayılma intensivliyinə müvafiq olaraq sıralanması daha əlverişli ölçmə üsulu ola bilər. Hesab edilir ki, eyni ballara malik respondentlər eyni dərəcədə razıdırlar. Eyni zamanda 5 və 4 ballar arasındakı fərq 4 və 3, 3 və 2, 2 və 1 arasındakı fərqə bərabər deyildir. Ballar – rəqəm yox, sıradır. Misal olaraq göstərdiyimiz razılıq şkalası beş dərəcəlidir (beş ballıq şkala). Ballar daha çox şərti xarakter daşıyır və sadəcə şkalanın yaradılması məqsədi ilə onlardan istifadə edilir. Şkalalaşdırma və kodlaşdırmanı aparmaqla hesab etmək olar ki, biz artıq ölçmə alətini hazırlamışıq.


  1. Sosioloji tədqiqatlara interval şkalası.

  2. Nisbətlər yaxud proporsiyalar şkalası.

  3. Dəyişənlər və dəyişənləri təsnifatı.

  4. Praktik sosioloji tədqiqatlarda diskret və kəsilməz dəyişənlər.

  5. Sosioloji tədqiqatlarda SPSS-dən istifadənin üstünlükləri.

  6. SPSS proqramı ilə işin mərhələləri.

  7. SPSS-də dəyişənlərin kodlaşdırılması, kodlaşdırma mərhələləri.

  8. Kodlaşdırmada kodlardan istifadə qaydaları.

  9. Kodlaşdırmada tək funksiyalı və iki funksiyalı kodlar.

  10. SPSS proqramında məlumatın (verilənlərin) daxil edilməsi.

  11. SPSS-də verilənlərin analizi və təhlili.

  12. SPSS praqramında təsviri statistika.

  13. SPSS-də orta qiymət müqayisəsi (T.test analizi).

  14. T.tes analizində konkret qrupla baza qiymətlə və iki müstəqil qruo arasında müqayisə.

  15. Bir qrupun müxtəlif vəziyyətləri və bir neçə qrupun qiymətləri arasında müqayisə.

  16. SPSS-də korrelyasiya analizi.

  17. İkivariantlı (bivariate) korrelyasiya, əlaqənin istiqaməti və formaları.

  18. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə