Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Praktik sosioloji tədqiqatlarda ölçmə



Yüklə 31,33 Kb.
səhifə15/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)

Praktik sosioloji tədqiqatlarda ölçmə.

Sosial hadisə, proseslər və problemlərin öyrənilməsi, öyrənilən problemin müxtəlif əlamət və göstəricilərinin ölçülməsi və təhlilini tələb edir. Ölçmə müqayisədən fərqli olaraq daha güclü və universal dərketmə vasitəsidir. Ölçmə qəbul olunmuş ölçmə vahidlərinə əsaslanaraq ölçülən kəmiyyətin qiymətini müəyyənləşdirmək məqsədilə ölçü vasitələrindən istifadə edərək aparılan fəaliyyətlərin toplusudur. Ölçmə prosesində iştirak edən əsas elementlər ölçmə obyekti, ölçü vahidi, etalon obyekt, ölçmə aləti və ya cihazı,ölçmə üsulu və tədqiqatçı və yaxud ölçmə subyektindən ibarətdir.

Ölçmə iki formada aparıla bilər: birbaşa ölçmə və dolayı ölçmə. Birbaşa ölçmə zamanı nəticə ölçmə prosesindən alınır (məsafənin, həcmin və ağırlığın ölçülməsində olduğu kimi). Dolayı ölçmədə axtarılan kəmiyyət birbaşa ölçmədən alınan qiymətlər ilə axtarılan kəmiyyət arasındakı aslılıq və riyazi münasibətə əsasən hesablanır. Yəni ölçmədən alına kəmiyyət riyazi dilllə, konkret rəqəmlər formasında öz ifadəsini tapmalıdır. Bu məsələ aşağıda daha geniş izah edilmişdir.





  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə