Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Ölçü etalonu və şkalanın uzunluğu



Yüklə 31,33 Kb.
səhifə16/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   ...   13   14   15   16   17   18   19   20   21
Suallar - SPPSde melumatin tehlili (1)

Ölçü etalonu və şkalanın uzunluğu.

Sosiologiyada ölçü obyektinin xüsusiyyət və əlamətlərini ölçmək üçün konkret ölçü sistemi və vahidləri olmadığından tədqiqatçı emprik sistemlə uyğunlaşa bilən bir ədədi sistem yaratmaq məcburiyyətində qalır. Həmin emprik sistemlə ədədi sistem arasında münasibəti göstərmək üçün müxtəlif ölçü şkalaları müəyyən edilmişdir: nominal, ordinal, interval və nisbətlər şkalası. Daha dəqiq desək şkalaya salmaq ictimai hadisələrin ölçülməsinin mühüm vasitələrindən biridir. “şkala emprik sosial informasiyanı, sayların sistemi və onların arasındakı münasibətləri qaydaya salmaq vasitəsidir”. Ölçmə prosedurası və şkalalarla iş zamanı şkalanın uzunluğu və ölçü vahidləri kimi iki əsas elementin mövcudluğu mütləq nəzərə alınmalıdır.

Şkalanın uzunluğu və ölçü vahidləri öyrənilən əlamət, xüsusiyyət və keyfiyyətin yayılması, intensivliyi, səviyyəsi və gücü ilə əlaqədardır. Eyni zamanda bu tədqiqatçının (ölçmə subyektinin) məntiqi yanaşmasından da asılıdır. Belə ki, tədqiqatçı klassik-Aristotel məntiqi çərçivəsində mövzuya yanaşdıqda öyrənilən əlamətin mənsubluq qiyməti 1 və 0-dan ibarət olmalıdır. Yəni öyrənilən əlamət/xüsusiyyət/keyfiyyət respondentdə ya vardır və bu zaman respondentə 1 qiyməti verilir və ya yoxdur ki, bu zaman respondentə 0 qiyməti verilir. Lakin, qeyri-səlis məntiqə üstünlük verildikdə əlamətin mənsubluq dərəcəsi müəyyənləşməli və verilən qiymətlər [0;1] intervalında olmalıdır.



Şkalanın uzunluğu və ölçü vahidlərinin dəqiqliyi əlamətin daha dəqiq ölçülməsinə birbaşa təsir göstərir. Məsələn söhbət “razılıq” səviyyəsindən gedirsə o zaman “razılığın” minimumu “qətiyyən razı deyiləm” maksimumu “tamamilə razıyam” olacaqdır. Bu halda razılıq şkalasının uzunluğu “tamamilə razıyam” ilə “qətiyyən razı deyiləm” arasındakı məsafəni ifadə etmiş olacaqdır. Deyilənlərdən belə bir nəticə almaq olar ki, şkalanın uzunluğu həddindən az və yaxud çox olarsa həmin şkala ölçülən keyfiyyətin düzgün ölçülməsinə imkan verməyəcəkdir. Yəni əgər bizim razılıq şkalamız “bəli razıyam” və “xeyir razı deyiləm” kimi “ikiqiymətli” ölçü vahidindinə malik olarsa, ozaman biz maksimum və minimum arasındakı qiymətləri ölçə bilməyəcəyik. Buna görə də şkalanın uzunluğu ölçülən əlamətin xarakterinə, gücünə və intensivliyinə uyğun olmalıdır. Məsələn razılıq şkalası üçün beş qiymətli bir sistem daha uyğun hesab edilir. Belə olduqda razılıq səviyyəsini ölçmək üçün “tam razıyam”, “razıyam”, “qismən razıyam”, “razı deyiləm” və “qətiyyən razı deyiləm” variantlarını respondentə təqdim etmək olar.



  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə