Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Dəyişənlərarası əlaqə və asılılığın yoxlanılması tədqiqatın məqsədi kimi



Yüklə 31,33 Kb.
səhifə5/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   2   3   4   5   6   7   8   9   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)

Dəyişənlərarası əlaqə və asılılığın yoxlanılması tədqiqatın məqsədi kimi.

Dəyiçənlərarası əlaqə və təsir amilinin ölçülməsi: Dəyişənlərarsı əlaqənin olub-olmamsının yoxlanılması və təsir amilinin ölçülməsi də sosioloji tədqiqatların əsas məqsədlərindən biridir. Tədqiqatçı müxtəlif dəyişənlər arasında əlaqə faktorunu öyrənməklə tədqiqat obyektinin davranışını yaxud hərəkət istiqamətini izah edə bilər. Əlaqə faktorunun yoxlanılması zamanı əldə edilmiş nəticələrin SPSS proqramında təhlili məqsədi ilə korrelyasiya analizindən istifadə edilir. buna misal olaraq şagirdin təhsil nailiyyəti ilə müxtəlif dəyişənlər (mütaliə saatı, özünəinam səviyyəsi, tədris vəsaitindən istifadə bacarığı, təhsilə maraq səviyyəsi və s.) arasında mövcud olan əlaqənin yoxlanılmasını göstərmək olar.

Dəyişənlərarası asılılıq və proqnozlaşdırma: (reqressiya analizi): dəyişənlər arasında asılılıq və səbəbiyyət əlaqəsinin öyrənilməsi də, sosioloji tədqiqatın əsas məqsədlərindən biridir. Bəzən tədqiqatçı X faktoru ilə Y faktoru arasında asılılığı ölçərək, X-ə nəzərə Y-in davranışıni proqnozlaşdırmaq istəyir və bu zaman əldə edilmiş nəticəələrin dəqiq təhlili məqsədi ilə SPSS proqramında reqressiya analizindən istifadə edilir. burada ən vacib məsələ asılı və müstəqil dəyişənlərin müəyyənləşdirilməsi və eyni zamanda analiz üçün proqrama daxil edilməsidir. Burada müstəqil amil dedikdə təsir edən, səbəb olan, proqnozlaşdırma zamanı istinad edilən amil nəzərdə tutulur. Asılı faktor isə təsirə məruz qalan, müstəqil amildən asılı olaraq dəyişən amildir. Məsələn “əmək fəaliyyətinin müddəti” ilə fəhlələrin aldığı “əmək haqqı” arasında asılıq mövcuddur. Yəni X-in (əmək fəaliyyəti, iş saatı) yüksək olması Y-in (fəhlənin aldığı əmək haqqı) artmasına səbəb olur və biz X-in miqdarına nəzərən Y-in miqdarını proqnozlaşdıra bilərik. nəzərən . səviyyəsinin artması sosial deviasiya faktlarının artmasına səbəb olur” formasında irəli sürülmüş hipotezada işsizlik müstəqil və sosial deviasiya faktları asılı dəyişən rolunda çıxış edir





  1. Yüklə 31,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə