Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   2   3   4   5   6   7   8   9   ...   53

5
 
 
G İ R İ Ş 
 
Milli iqtisadiyyatın formalaşması və inkişafı xarici iqtisadi 
əlaqələr sistemi ilə  sıx  bağlıdır.  Belə  ki, Azərbaycan  inkişaf  et-
m
əkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yük-
s
əlməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsə-
l
ələrini eyni zamanda həll etməyə  məcburdur. Həmçinin nəzərə 
alınmalıdır ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı 
xarici iqtisadi siyas
ətin sərt tələblərini və məhdudiyyətlərini irəli 
sürür. 
Bu s
əbəbdən milli iqtisadiyyatın struktur cəhətdən tənzim-
l
ənməsi bu obyektin inkişaf edən vahid orqanizmdən ibarət olma-
sına əsaslanmalıdır. 
İqtisadiyyatın tənzimlənməsində məqsəd onun təkmilləşmə 
v
ə inkişaf üçün zəruri olan strukturunun fasiləsiz olaraq dəyişdi-
rilm
əsini, milli təsərrüfatın  sistem  kimi  bütövlüyü  üçün  təhlükə 
yaradan uyğunsuzluğun aradan qaldırılmasını təmin edən dinamik 
tarazlığın saxlanmasından ibarətdir. 
Az
ərbaycanda istehsalın və istehlakın milli struktur xüsusiy-
y
ətləri, iqtisadi inkişaf səviyyəsi, digər obyektiv və subyektiv fak-
tor
ların  təsiri xarici ticarətin tənzimlənməsi sisteminə  kompleks 
münasib
ət tələb edir. 
Az
ərbaycanın  milli  iqtisadiyyatı  struktur  texnologiyası  sə-
viyy
əsinin yüksəlməsinə  və  dünya  bazarında  rəqabətə  davamlı 
milli istehsal kompleksl
ərinin yaranmasına imkan verən struktur 
yenid
ənqurmasını həyata keçirməlidir. 
Haz
ırkı şəraitdə ixrac-idxal əməliyyatları iştirakçılarına təsir 
prosesind
ə  iqtisadi siyasətin bir-birinə  qarşılıqlı  nüfuz  edən və 
bir-birini tamamlayan komlpeks vasit
ələrindən istifadə olunması 
z
ərurəti xarici iqtisadi fəaliyyətin tənzimlənmə  sisteminin  əsas 
xüsusiyy
ətlərindəndir. 
Xarici ticar
ət fəaliyyəti təcrübəsində  iqtisadi, inzibati, tex-
niki, milli ixracatçılara yardım və valyuta maliyyə tədbirləri vasi-
t
əsilə dövlət tənzimlənməsi həyata keçirilir. 


6
 
 
Qeyd etm
ək  lazımdır  ki,  bu  işdə  dövlətin həyata keçirdiyi 
gömrük siyas
əti mühüm rol oynayır. 
Gömrük siyas
əti xarici ticarət dövriyyəsinin gömrük sərhəd-
l
ərindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük rejimlərinin 

əyyən edilməsi vasitəsilə keçirilməsinin dövlət tənzimlənməsi 
üzr
ə məqsədyönlü fəaliyyət istiqamətlərini müəyyən edir. 
Gömrük siyas
ətinin formalaşdırılması və həyata keçirilmə-
sind
ə  iştirak  edən  institutların  məcmusu, həmçinin onun həyata 
keçirilm
ə metodları, səlahiyyətli dövlət orqanları tərəfindən göm-
rük t
ənzimlənməsi metodlarının istifadə qaydası gömrük siyasəti 
mexanizmini t
əşkil edir. 
Dövl
ətin gömrük siyasəti xarici ticarət fəaliyyətinin dövlət 
t
ənzimlənməsinin  əsas prinsipləri ilə  müəyyən edilir. Belə  ki, 
burada xarici siyas
ətin tərkib hissəsi kimi vahid xarici ticarət siya-
s
əti və ona nəzarət, onların hüquq və qanuni maraqlarının dövlət 
t
ərəfindən  qorunmasına  dövlətin və  onun  orqanlarının  xarici ti-
car
ət fəaliyyətinə lüzumsuz müdaxiləsinə, onun iştirakçılarına və 
bütünlükd
ə  ölkə  iqtisadiyyatına  zərər vurulmasının  istisna  edil-
m
əsi və  respublikanın  gömrük  ərazisinin bütövlüyü və  s. məsə-
l
ələrinə xüsusi diqqət yetirilir. 
Az
ərbaycan dövlətinin gömrük siyasəti onun iqtisadi təhlü-
k
əsizliyinin təmin edilməsinə  xidmət  edir.  İqtisadi  təhlükəsizlik 
m
əsələləri iqtisadiyyatın respublikanın sosial, siyasi, müdafiə qa-
biliyy
ətinin və  mütərəqqi  inkişafının  kifayət  edəcək səviyyəsini 
t
əmin edə  bilən vəziyyətini,  tarazlaşdırma  problemlərinin həlli 
yol
larını, mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi ma-
raq
larının xarici təsirlərdən asılı olmaması və kifayət qədər xətər-
d
ən qorunma qabiliyyətini nəzərdə tutur. 
Dövl
ətin gömrük siyasəti. Onun həyata keçirilməsi üçün 
başlıca zəmin olan gömrük xidməti fəaliyyətinə arxalanır. Göm-
rük siyas
ətinin formalaşdırılması və həyata keçirilməsi mürəkkəb 
proses olub, hakimiyy
ətin hər üç qanadının – qanunvericilik, icra 
v
ə  məhkəmə  hakimiyyətinin və  həmçinin  bu  işdə  maraqlı  olan 


7
 
 
t
əsərrüfatçılıq  və  sahibkarlıq  dairələrinin bilavasitə  iştirakı  ilə 
reallaşır. 
Gömrük siyas
ətinin dəqiq hüquqi əsaslandırılmaları,  ilk 
növb
ədə ona görə vacibdir ki, sahibkarlıq fəaliyyətinin bu və ya 
dig
ər istiqamətlərini tənzimləyərkən onun həyata keçirmə vasitə-
l
əri istər-istəməz mülkiyyət münasibətləri  sferasına  müdaxilə 
etmiş olur. Bundan başqa gömrük siyasətinin xarici münasibətlərə 
t
əsiri dövlət üçün beynəlxalq hüquqi xarakterli öhdəliklər yaratdı-
ğından onun normalaşdırılması zərurətini doğurur. 
Ölk
ədə həyata keçirilən gömrük siyasəti ilk öncə onun təş-
kili v
ə idarə edilməsi ilə sıx bağlıdır. Belə ki, bu sahədə mütərəq-
qi i
şlərin həyata keçirilməsi olduqca vacibdir. Çünki ölkənin milli 
t
əhlükəsizliyinin təmin edilməsi, daxili bazarın qorunması, dövlət 
büdc
əsinin formalaşması  ölkədə  gömrük işinin təşkili və  idarə 
edilm
əsi ilə sıx bağlıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə