Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   45   46   47   48   49   50   51   52   53

159
 
 
Az
ərbaycan  Respublikasının  inkişafı  naminə  İnformasiya  və 
Kommunikasiya T
exnologiyaları  üzrə  Milli Strategiya (2003-
2012-cil ill
ər) respublikada qlobal informasiya mühitinin 
yaradılması  və  informasiya və  kommunikasiya texnologiyala-
rından  kütləvi istifadə  edilməsinə, o cümlədən gömrük xid-
m
ətində bu sahədə aparılan işlərə müsbət təsir göstərdi və böyük 
imkanlar yaratdı. Ölkəmizdə gömrük işinin təşkilində informasiya 
texnologiyaları prioritet olaraq 1995-ci ildən başlayaraq intensiv 
formada t
ətbiq olunur. Həmin dövrdə  gömrük xidmətinin üç 
s
əviyyəli vahid avtomatlaşdırılmış  idarəetmə  sisteminin(AİS) 
texniki tapşırığı və funksional strukturu tətbiq olunmuşdur. 
 T
ədqiqatçılara görə, vahid AİS-in yaradılması aşağıda göstə-
ril
ən məqsədlərə nail olunmasını təmin etməlidir: 
-
 
gömrük r
əsmiləşdirilməsi, nəzarəti və  prosedurların  tam 
avtomat
laşdırılması; 
-
 
gömrük xidm
ətində idarəetmə proseslərinin həllində elektron 
üsullardan geniş istifadə edilməsi; 
-
 
idar
əetmə proseslərinin informasiya təminatının təşkili; 
-
 
xarici-iqtisadi 
əməliyyatları əks etdirən məlumatların opera-
tiv sur
ətdə  yığılması,  mərkəzləşdirilmiş  məlumat  bazalarının 
yara
dılması və onların təhlilinin aparılması; 
-
 
Az
ərbaycan Respublikasının dövlət və icra orqanlarının mü-
vafiq m
əlumatlarla təmin edilməsi; 
-
 
xarici ölk
ələrin mərkəzi  gömrük  orqanları  ilə  informasiya 
mübadil
əsinin təşkili. 
Az
ərbaycan  Respublikası  gömrük  xidməti vahid avtomat-
laşdırılmış informasiya sisteminin yaradılması haqqında Fəaliyyət 
Proqramına (2003-2012-ci illər) müvafiq olaraq səkkiz istiqamət 
üzrı işlər aparır və bu sahədə müxtəlif nailiyyətlər əldə olunub.  
Dövl
ət Gömrük Komitəsi səviyyəsində  operativ idarəçilik 
prosesini t
əmin etmək üçün vahid  korporativ şəbəkənin yaradıl-
ması çox zəruridir. Körporativ şəbəkə gömrük sərhədini keçən və 
r
əsmiləşdirilmiş  yüklər barədə  operativ məlumatların  “On-line” 


160
 
 
rejimind
ə  Dövlət Gömrük Komitəsinə  göndərilməsini təmin 
etm
əlidir. 
Hal-
hazırda “On-line” rejimində işləyən korporativ şəbəkə 
36 s
ərhəd və  gömrük rəsmiləşdirilməsi ilə  məşğul  olan  gömrük 
prosedurlarının təşkilində böyük əhəmiyyət kəsb edir. 
Korporativ  şəbəkənin istismarı  dörd  növ  rabitə  kanalları 
əsasında  təşkil  olunmuşdur:  fiber-optik, peyk, telefon və  radio 
kanalları. Korporativ şəbəkənin mövcudluğu “gömrük rəsmiləşdi-
rilm
əsi, nəzarət və prosedurlarının avtomatlaşdırılması” istiqamə-
tind
ə  işlərin  aparılmasına  imkan  yaratdı.  Ümumiyyətlə, gömrük 
işinin təşkilində müxtəlif rəsmiləşdirmə prosedurları, nəzarət for-
maları, sərhədi keçən zaman yüklərin qeydiyyatı, müşayiəti və s. 
prosedurların böyük çəkisi var. Göstərilən prosedurların avtomat-
laşdırılması  əhəmiyyətli dərəcədə  gömrük  işinin  keyfiyyətini 
artıra bilər.  

Çatdırma” proqram təminatı sərhədi keçən zaman yüklərin 
qeydiyyatını, nəzarətdə saxlanmasını, daxili elektron poçt əsasın-
da gönd
ərən və  təyinat gömrük orqanları  əsasında  informasiya 
mübadil
əsini və yüklərə elektron müşahidəni təşkil edir. 
Gömrük xidm
əti üçün ən mühüm məna  daşıyan  GRNAS 
eksperimental qaydada gömrük r
əsmiləşdirilməsi ilə məşğul olan 
20 gömrük orqanında tərtib olunub, bu da ümumi sayın 87%-ni 
t
əşkil  edir.  Müşahidələr göstərir ki, sistemin tətbiqi nəticəsində 
r
əsmiləşdirmə vaxtı təxminən altı dəfə azalır. 
GRNAS-
ın  daxilində  əsasən iki nəzarət növü istifadə 
olunur: 
- format-m
əntiqi yoxlamalar; 
-  yük gömrük b
əyənnamələrinin(YGB) elektron surəti və 
müşahidə sənədləri əsasında ekspert yoxlamaları. 
Format-m
əntiqi yoxlamalar gömrük brokeri və  “məlumat 
kitabçası”  tərəfindən  aparılır  və  yoxlamalar üç istiqamət üzrə 
t
əşkil olunur: 
- format üzr
ə nəzarət; 


161
 
 

sorğu  kitabçalarından  və  təsnifatlardan istifadə  etməklə 
yoxlamalar; 
- YGB-nin qrafala
rının müqayisəli yoxlanılması. 
Onu da qeyd ed
ək ki format-məntiqi yoxlamalar tamamilə 
proqram m
əhsulu hesabına aparılır. 
Ekspertl
ər tərəfindən  aparılan  əsas  yoxlamalar  aşağıdakı-
lardır: 
- n
əqliyyat növünün, malın miqdarının və mənşə ölkəsinin 
yoxlanması; 
- qeyri-tarif t
ənzimləmə tədbirlərinin və göndəriş şərtlərinin 
yoxlanılması; 

malın  gömrük  dəyərinin  yoxlanılması  və  yenidən 
hesablanması; 
- öd
əmə üsullarının yoxlanılması. 
H
ər mərhələdə müəyyən olunmuş səhvlər avtomatik olaraq 
“elektron protokolu”na daxil edilir v
ə  lokal  şəbəkə  vasitəsilə 
gömrük brokerin
ə qaytarılır. Broker tərəfindən YGB-də düzəlişlər 
aparıldıqdan sonra  yoxlamalar davam etdirilir və səhvlər aradan 
qaldırılana  qədər gömrük brokeri və  gömrük  orqanı  arasında 
informasiya mübadil
əsi davam edir. 
Dövl
ət Gömrük Komitəsinin siyasətində gömrük prosedur-
la
rının  şəffaflığı  mühüm yer tutur. Bu məqsədlə  “İnformasiya 
köşkləri”  yaradılmış və 5 gömrük orqanında tətbiq olunmuşdur. 
H
əmin “İnformasiya köşkləri”ndə hüquqi-normativ aktlar, mallar 
üzr
ə gömrük tarifləri və xarici-iqtisadi əlaqələrin mal nomenkla-
turası yerləşdirilib. 

İnformasiya  köşkləri”  “Gömrük rəsmiləşdirilməsi və 
n
əzarətinin avtomatlaşdırılmış  sistemi”  ilə  birbaşa  birləşib  və 
bunun  n
əticəsində  hüquqi və  fiziki  şəxslər heç bir struktur böl-
m
əyə  müraciət etmədən rəsmiləşdirmə  barəsində  məlumat ala 
bil
ərlər. Gömrük nəzarətini gücləndirmək məqsədilə sərhəd post-
larında  və  bəzi gömrükxanalarda video-müşahidə  sistemlərinin 
t
ətbiqi nəticəsində  sərhəddə  yüklərə  baxış  və  rəsmiləşdirmənin 
müşahidəsinə imkan yaradılmışdır. 


162
 
 
Gömrük 
əməkdaşları  üçün  avtomatlaşdırılmış  iş  yerlərinin 
yaradılması  istiqamətində  çox böyük həcmli  işlərin  aparılması 
n
əzərdə tutulur. Bu istiqamətdə  görülən işlər təbii ki, gələcəkdə 
yaradılan  “elektron poçt”  və  “elektron gömrük idarəsi”nin 
t
əməlini təşkil edəcək. Mal və nəqliyyat vasitələrinə fiziki baxışın 
avtomatlaşdırılması,  avtomatik  rejimdə  yüklərin  müşayiət edil-
m
əsi, normativ-sorğu  sənədlərinin məlumat  bazarlarının  yara-
dılması planlaşdırılır. 
Yerli gömrük orqanla
rının “Statistika və AİS” bölmələrində 
“Gömrük”  proqram t
əminatının  köməyi ilə  gömrük fəaliyyət 
zonası üzrə xarici-iqtisadi əlaqələrin təhlili aparılır. 
Gömrük orqanları üçün aktual problemlərdən biri müvəqqə-
ti ixrac v
ə idxal olunmuş mallara və nəqliyyat vasitələrinə səmə-
r
əli nəzarətin təşkilidir.Yaradılmış  proqram  təminatı  vasitəsilə 
yerli  gömrük orqanlarında müvəqqəti yük və nəqliyyat vasitələ-
rin
ə  aid məlumatlar, habelə  həmin  malların  geri  qaytarılması 
vaxtının uzadılması, rejminin dəyişdirilməsi haqqında məlumatlar 
kompyuter
ə daxil edilir və Dövlət Gömrük Komitəsinə göndərilir  
Respublika s
əviyyəsində  və  yerli  gömrük  orqanlarında 
m
əlumat bazarları müvəqqəti yüklər üzrə təhlillərin aparılmasını 
v
ə  gömrük  qaydalarının  pozulmasını  müəyyən etmək  imkanını 
yaradır.  Mal  dövriyyəsində  fiziki  şəxslər tərəfindən minik 
maşınlarının  ixracı  və  idxalı,  eyni  zamanda  onların  müvəqqəti 
ixracı  və  idxalı  xüsusi  yer  tutur  və  nəzarət prosesində  müxtəlif 
probleml
ər  əmələ  gəlir. Bunu nəzərə  alaraq məqsədyönlü proq-
ram t
əminatı  yaradılmışdır.  “Avtonəqliyyat”  proqram təminatı 
minik  maşınlarının  qeydiyyatını,  yoxlanmasını,  yaddaşda  saxla-
nılmasını və məlumat mərkəzinə göndərilməsini təmin edir  
“Avton
əqliyyat”  proqram təminatı  minik  maşınlarının 
dövriyy
əsini beş rejimə bölür: 
 

şəxsi istifadə üçün gətirilən və aparılan minik maşınları; 
 

daimi  yaşayış  yerinə  köçən  şəxslərin gətirdikləri və 
apardıqları minik maşınları; 


163
 
 
 

fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və aparılan 
minik maşınları; 
 
-  kommersiya m
əqsədi ilə  gətirilən və  aparılan  minik 
maşınları; 
 
- tranzit keç
ən minik maşınları. 
Dövl
ət Gömrük Komitəsinin gələcək  planlarında  xarici 
dövl
ətlərin mərkəzi  gömrük  orqanları  ilə  ixrac, idxal və  tranzit 
mal v
ə nəqliyyat vasitələri üzrə informasiya mübadiləsinin təşkili 
n
əzərdə  tutulur və  bu məqsədlə  web  texnologiyalarının  tətbiqi 
planlaşdırılır. 
Prosedurların sadələşdirilməsi üzrə proqram təhlükəsizliklə 
sad
ələşdirmənin birləşməsindən yaranan üstünlükləri izah edir və 
bu iki istiqam
əti biri-birinə qarşı qoymadan, onları harmonikləş-
dirm
əyə  çalışır  ki,  bu  konsepsiyalar  bir  səmtdə  işlənsinlər və 
bel
əliklə  də,  dörd  əsas prinsipin təhlükəsizliyini təmin etsinlər. 
Birinci prin
sip informasiya kanalları vasitəsilə ilkin məlumatlarla 
mübadil
ədir.  Yaxşı  olardı  ki,  mallar sərhədləri keçərkən onlar 
haq
da  lazımi  informasiya  ötürülsün.  Beləliklə, informasiyanın 
ilkin mübadil
əsinin avtmatlaşdırma  yolu ilə sistemləşdirilməsinə 
nail olunur. 
İkincisi, riskli malların digər ölkəyə çatdırılmamış identifi-
ka
siyasını  keçirərək  onların göndərilməsinin  qarşısını  almaqdır. 
Çünki bu malların içərisində silah və partlayıcı qurğular ola bilər. 
Burada  artıq  xüsusi  texnologiyalardan,  aparatlardan  istifadə  et-
m
ək zərurəti  yaranır  ki,  bu  halda  konteynerlərin,  qutuların  içə-
risind
ə nə olduğunu bilmək çətin olmayacaq. Yaxşı olardı ki, bu 
texnologiyalara bütün gömrük idar
ələri malik olsun. 
Daha bir m
əqam ticarət kompaniyaları tərəfindən həyata ke-
çirilir. Ona gör
ə də gömrüklə onlar arasında əməkdaşlıq zəruridir. 
Bu 
əməkdaşlıq  ona  yönəldilib ki, kompaniyalar təhlükəsizliyini 
t
əmin etsin, öz xətləri ilə yoxlanış apararaq çalışsınlar ki, onlarla 
yanaşı işləyən adamlar da təhlükəsizliyi qorusun, təhlükəsizliyin 
t
əmin olunmasını maliyyələşdirsinlər. Onların nizamnaməsi olsun 
v
ə bu nizamnamələr onlara üstünlüklər versin ki, lazımi qaydada 


164
 
 
gömrük t
ənzimlənməsini həyata keçirə bilsinlər. Bu müasir üsul 
n
əticəsində  tərəqqiyə  rəvac verən  malların  keçirilməsi təmin 
olunur ki, bu da XXI 
əsrdə  gömrüyün  hansı  qaydada  qurulma-
sının göstəricisidir. Bu prinsiplərin çərçivəsi iki bazaya əsaslanır: 
Əməkdaşlığın kooperasiyası və Gömrük xidmətlərinin əməkdaş-
lığı.  Gömrük  təşkilatlarının  əməkdaşlıq,  informasiya  mübadiləsi 
etm
əsi zəruridir. Gömrük təşkilatları  digər tərəfdaşlarının  nə 
etdiyind
ən, necə  işlədiyindən xəbərdar  olmalı  və  əmin olmalı-
dırlar  ki,  onların  tərəfdaşlarının  etdikləri hər  bir  iş  beynəlxalq 
standartlara, dünyada baş verən proseslərə uyğundur. 
İkinci  baza  gömrüklə  müəssisələr  arasında  əməkdaşlıqdır. 
T
əbii ki, bu əməkdaşlıq dialoq şəklində və s. formalarda bir sıra 
ölk
ələrdə mövcuddur. Ümumi reqlamentə əsasən bu müəssisələr 
gömrükl
ə tanış olmalıdır. Hər şeyi bilmək, hər bir riskdən xəbər-
dar olmaq, bu 
əməkdaşlığın əsas olmasına çalışmaq lazımdır. Öz 
növb
əsində  müəssisələr də  dövlət xidmətlərinə  yardım  göstər-
m
əlidirlər ki, risklər aradan qaldırılsın.  
İnformasiya texnologiyası dövlət büdcəsinin doldurulmasın-
da, ticar
ətin asanlaşdırılmasında, təhlükəsizlik və idarəetmədə çox 
mühüm rol oynayır. 
İnformasiya texnologiyaları müasir  gömrük sisteminin çox 
lazımlı hissəsidir. Müasir gömrük təşkilatı biznes əməliyyatlarına 
v
ə yüksək təhlükəsizlik standartlarına uyğunlaşan gömrük prose-
dur
larına  və  vasitələrinə  əsaslanır.  İnformasiya  texnologiyaları 
vasit
əsilə biznes rəqabətinin artmasına, qaçaqmalçılığa qarşı mü-
bariz
ə və qanuni ticarətə kömək daha asan olur. İnformasiya tex-
nologiyalarının daha effektiv gömrük nəzarətinə, gömrük şəffaf-
lığına və büdcənin doldurulmasına faydası çoxdur. 
Avropa Birliyi üzv dövl
ətlərlə  gömrük üçün trans-Avropa 
kompyuterl
əşmiş şəbəkəsini inkişaf etdirmişdir. Ən mühümü isə 
Yeni  kompyuterl
əşmiş  Tranzit  Sistem  və  Ümumi Birlik Tarif 
Sistem v
ə  Ümumi Tarif Sistemidir.  Kompyuterləşmiş  Tranzit 
Sistemi il
ə  gömrük  şəffaflığında  informasiya  texnologiyasının 
t
ətbiq edilməsi birliyini yaratmaq mümkündür. O, malların fiziki 


165
 
 
n
əqlindən qabaq və onunla eyni zamanda malların gömrük tranzit 
b
əyənnaməsinin ötürülməsini təmin edir, həm də bu hərəkətlərə 
düzgün gömrük n
əzarətini həyata keçirməyi,  operatorların 
x
ərclərinin azaldılmasında gömrüyün rolunu artırır. 
Ümumi gömrük tarif sistemi üzv dövl
ətlər tərəfindən xarici 
ticar
ətə  tarif qanunvericiliyinin düzgün və  yekcins tətbiqi üçün 
informasiyanı təmin edir. 
Trans-Avropa  kompyuter 
şəbəkəsindən istifadə  etməklə 
köhn
ə kağız sistemini əvəzləmə, malların rəvan axınına, düzgün 
tarifin v
ə  birliyin Gömrük Məcəlləsinin tətbiqinə  kömək edir. 
Az
ərbaycanda fəaliyyət göstərən  Milli  İnformasiya  Kommu-
nikasiya  Texnologiyaları  strategiyası  həmçinin  kompyuterləşmiş 
gömrük şəbəkəsinə yaxşı bir nümunədir. 
 Qeyd etm
ək lazımdır ki, gömrük təşkilatları və biznes sahə-
si arasında kommunikasiyanı və anlaşmanı təkmilləşdirilir, höku-
m
ət və biznes birlikləri arasında strateji partnyorluğun inkişafına 
köm
ək edir. Ona görə də gömrük prosedurlarının sadələşdirilməsi 
v
ə  hormonizə  edilməsinə  istiqamətlənən hər  hansı  təşəbbüs çox 
əhəmiyyətlidir və  beləliklə, ticarətin sadələşdirilməsi onun bey-
n
əlxalq səviyyədə inkişafına kömək etməlidir. 
Gömrüyün 
əsas problemlərindən biri onunla təhlükəsizliyin 
asanlaşdırılmasına  tələbatın  necə  balanslaşdırılmasıdır.  Gömrük 
t
əşkilatları  son  dövrlər gömrük prosedurlarına  təhlükəsizlik as-
pektl
ərinin daha yaxşı inteqrasiyasının sürətinin artırılmasına nail 
olublar. Bu günkü gömrük xarici ticar
ətin  normal  axınına  şərait 
yaratmaqla beyn
əlxalq təchizat zəncirində effektiv nəzarəti tətbiq 
etm
əlidir.  
Müasir risk menecmenti texnikası ilə əhatə olunan informa-
siya texnologiya
larından  istifadə  etmə  gələcəkdə  təhlükəsizliyin 
v
ə asanlaşdırmanın əldə edilməsində ən mühüm yoldur. 
 Az
ərbaycan iqtisadiyyatının  hərtəfli  inkişafı  imkan  verir  ki, 
respublikamızın  gələcək  inkişaf  planları  müəyyən edilsin. Azər-
bay
can Respublikasının Prezidenti İlham Əliyev demişdir: 


166
 
 
“Az
ərbaycanın  gələcək  inkişafı  ilə  bağlı  düşünülmüş 
proqramı, konsepsiyası –“2020 Konsepsiyası” var və  əlbəttə ki, 
bu layih
ələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, 
dinamik inkişaf davam etsin”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


167
 
 
 
 
 
 
Arif Şəkərəli oğlu Şəkərəliyev 
Əməkdar elm xadimi, i.e.d., professor 
 
 
Zibeyd
ə Arif qızı Şəkərəliyeva 
i.e.n., b/m  
 
 
 
 
 
Gömrük işinin təşkili və idarə edilməsi 
______________________________ 
( d
ərs vəsaiti) 
 
 


168
 
 
 
 
 
 
 
 
 
 
Чапа имзаланыб 02 . 09. 2015. Каьыз форматы 60х84 1/16. 
Щяж ми 10,5 ч.в. Сифариш 129. Сайы 120. 
--------------------------------------------------------------------------- 
" Игтисад Университети " Няшриййаты. 
АЗ 1001, Бакы, Истиглалиййят кцчяси, 6  
___________________________________________________
 
 
Няшриййатын мцдири 
Камил Щцсейнов 
 
Баш редактор 
Исмят Сяфяров 
 
Редактор 
Rahil
ə Cəbrayılova 
 
Корректор 
Südab
ə Manafova 
 
Компйутер operatoru 
Тяраня Бахшялийева 
 
 
Дизайнер
 
Mehdi Quliyev 

Document Outline

  • Sxem 1. İdarəetmə prosesinin texnoloji mərhələləri
  • Baş idarənin nəzdində 2 şöbə fəaliyyət göstərir:

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə