Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə13/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   9   10   11   12   13   14   15   16   ...   167

 41 

Evim-eşiyim laylay, 

Sən get şirin yuxuya

Çəkim keşiyin laylay.  

Solmaz xısın-xısın ağlayır.  

Cəbhə. Gecənin rəngi alov rəngidir. Torpaq yanır, çay yanır. 

Mərkəzində Kamil olan od dairəsi get-gedə daralır.  

Kamil həyəcanla o yan bu yana baxır, od-alov mühasirəsindən 

qurtarmaq üçün çıxış yolu axtarır. Ancaq dörd ətrafda oddan alovdan 

başqa heç nə görünmür.  

Amansız bir dəhşətlə və son ümidlə Kamil başını qaldırıb səmaya 

baxır. Açılmaqda olan səhər çağı belə yüksək, uzaq və apaydın 

SƏMAYA. 


Göyün lap yüksəkliyində  təyyarə görünür. Kamil oddan-alovdan 

uzaq olan bu təyyarəyə həsədlə, həsrətlə baxır.  

Amma budur, yerdən zenit topları dilləndilər. Təyyarə alışıb  

kəlləmayallaq yerə doğru düşür. Başqa təyyarələr görünür. Bir-birinə 

atəş açırlar. Səma döyüşü başlanır.  

İndi nə  səhər var, nə  səma. Yer üzündə küküləkləşən od-alov 

səmanı da çuğlamışdır. Aləm alov içində.  

Təmiz, aydın, açıq, dinc səma. Təyyarəsiz, buludsuz səma. Səma 

fonunda yazı.  

 

Səma boyu 

 

Əligilin evi. Eyvanda Gülsüm əllərini hündür açıq səmaya 



qaldırıb allaha yalvarır.  

—İlahi pənahım bir sənədir, bircə  oğlumu qaytar, gözümün 

yaşına yazığın gəlsin. Qaytar oğlumu, Qaytar Kamili, Əlini qaytar 

evinə, eşiyinə, bircə balamı qaytar. Hitler köpək oğlunun başına daş 

tök, görüm onun ciyərinə güllə dəysin, görüm onu qan qussun, qaytar 

bütün gedən əsgərləri, bizimkiləri də onların içində, anaları oğulsuz, 

arvadları dul, uşaqları yetim qoyma, ilahi. Qaytar bircə balamı, bircə 

Kamilimi,  əhd eləyirəm, ilahi, məscidə gedib nəzirimi verməyincə 

balamın üzünə də baxmaram… 

Gülsüm duasını qurtarıb ayağa durur, gözlərinin yaşını silir, otağa 

keçir. Çarpayıda yatan Murad gözlərini açıb təəccüblə  nənəsinə 

baxır.  


Gülsüm:_Hə.__Murad'>Gülsüm: Oyanmısan, qurbanım olum, nə çox yatırsan, tənbəl. 


 42 

Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş  əngəl. Ay allah, mən bunun 

boyuna qurban olum .  

 

Dağda darılar 

Sünbül sarılar 

Qoca qarılar 

Bu balama qurban.  

Murad: Nənə, sən yenə allaha dua eləyirdin.  

Gülsüm: Hə, qurban olum, allaha yalvarırdım ki, dədəni, babanı 

tez qaytarsın.  



Murad: Nənə, bəs Solmaz xala deyir ki, allah yoxdur.  

Gülsüm  (qorxuyla): Kəs, a qırışmal. Belə, belə sözləri ağzına 

alma. Allah bizə qənim olar.  



Murad (səmaya baxır): Nənə, allah orda oturub?  

Gülsüm: Hə. 

Murad: Bəs niyə biz onu görmürük? 

Gülsüm: O çox hündürdədir, bala, onu görmək olmaz.  

Murad: Lyotçiklər də onu görmür?  

Gülsüm: Elə demə qurbanım olum. Allaha ağır gedər. Heç kəs 

allahı görməyib, amma allah bizim hamımızı görür. Səni də, məni də, 

hamımızı. Hər sözümüzə, hər işimizə göz qoyur.  

Murad: Anamı da görür? 

Gülsüm təsdiq işarəsi edir.  



Murad: Dədəmi də?  

Gülsüm: Görür, görür, bala, hamını görür. Dədəni də, babanı da, 

allah onlara kömək olsun! Di dur geyin, gecdir.  



Murad (ağlamsınır): Nənə, bəs anam haçan gələcək? (Ağlayır).  

Gülsüm:  Ə kiri, yekə kişisən, heç sənə  ağlamaq yaraşar? Anan 

şəhərə işə gedib də. Axşama qayıdacaq. Gedək çay içək.  

Axşamdır. Sevda elektrik qatarından düşüb evlərinə  tərəf 

addımlayır. Onun yorğun,  əzgin görkəmi var. Əlindəki torlu 

torbacıqda kartof və çörək vardır.  

Gülsüm: Niyə belə gec gəldin?  

Sevda (kartofa işarə ilə): Bununçun dayanmışdım.  

Gülsüm kartofu su ilə dolu qazanın içinə atır. Odun üstünə qoyur. 

Çörəyi doğrayıb masaya düzür.  

…Qaranlıqdır. Gülsümlə Murad otaqda yorğanın altına girirlər.  



Murad: Ana, bəs sən? 


 43 

Sevda: Siz yatın, mən hələ işləməliyəm.  

Gülsüm: Sən də yıxılıb yataydın, yorulmusan.  

Sevda: Siz yatın, mən hələ işləməliyəm.  

Gülsüm: Sən də yıxılıb yataydın, yorulmusan.  

Sevda: Yox, sabaha bunu verməliyəm. Siz yatın.  

Murad: Nənə, nağıl de. 

Gülsüm: Biri vardı, biri yoxdu…  

…Sevda çırağın zəif işığında işləyir. Plakat çəkir, səma və alışıb 

yanan faşist təyyarəsi. Yerdən təyyarəyə atəş açan zenit topları. 

Topçulardan biri sifətcə Kamilə oxşayır.  



Gülsüm  (nağılını  pıçıltı ilə danışıb qurtarır): Göydən üç alma 

düşdü, biri mənim, biri Gülsümün, biri də nağıl deyənin. Sevda işini 

davam etdirir.  

Gecənin zülməti. Yatmış  kənd. Səssizlik təhlükə siqnalıyla 

pozulur. Gülsüm dərhal gözlərini açır. Sevda cəld çırağı söndürüb. 

Muradın yanına gəlir.  



Gülsüm  (pıçıltıyla): Sevda, bala, bəs deyirdin Hitler köpək 

oğlunu öz yerinə qovublar.  



Sevda: Yavaş, Murad ayılmasın. Yoxsa yenə bağrı yarılacaq. 

Yəqin hərbi məşqdir.   

Pəncərədən səmanı qayçılayan projektor şüaları görünür. X hərfi 

şəklində haçalaşırlar. Siqnal şiddətlənəndə Murad diksinib oyanır. 

Anasına sığınıb ağlayır.  

Sevda  (Onu sakit etmək üçün gülümsünür): Yat, yat, heç 

utanmırsan? Nə olub ki? Axı sən evimizin kişisisən. Ağlama görüm, 

biabır olduq. Göyə bax. Görürsən projektorlar nə qəşəng işıq salır.  

Murad (hıçqıra-hıçqıra): Ana, faşistlər indi bomba atacaq. Nənə, 

de də allaha ki, faşistləri öldürsün…  



Sevda  (gülərək):  Nə danışırsan  ədə faşistlər-zadlar nə  gəzir. 

Bunlar faşistləri çoxdan qırıb öldürüblər.  



Murad: Kim öldürüb?  

Sevda: Kim? Bizim əsgərlər. Sənin atan, baban, başqa  əsgərlər, 

əmilər. Bunu elə-belə öyrənmək üçün edirlər. Görürsən hər  şey 

qurtardı. Təhlükə siqnalı  kəsilir. Murad hələ  də göyü qayçılayan 

projektor şüalarına baxır.  

…Payız axşamı. Kərim babanın basdırdığı böyümüş alma 

ağaclarının sarı yarpaqları tökülür. Külək bu yarpaqları havada 

oynadır. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə