Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə16/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   12   13   14   15   16   17   18   19   ...   167

 50 

—Elə belə… mən… 



Kamil: O tərəfə hara gedirsən? Gəl bura görüm. Düzünü de 

görüm hara gedirdin?  



Murad: Mən… Odey onun altından keçmək istəyirdim.  

Kamil:  Nəyin onun? Hə, nənə qurşağının? A… belə  də… 

Neynirsən ki, nənə qurşağının altından keçməyi.  



Murad: Nənəm deyir ki, onun altından keçən nə istəsə  olar.  

Kamil: Belə de. Yaxşı, sən nə istəyirsən axı?  

Murad: Təyyarə sürmək istəyirəm.  

Kamil:  Təyyarə sürmək üçün böyümək lazımdır. Böyüyərsən, 

onda olarsan təyyarəçi.  



Murad: Ee… o gecdir.  

Kamil: Bəs elə bilirsən nənə qurşağı tezdir. Bilirsən o hardadır? 

Ora gedib çatana yüz dəfə böyüyəcəksən. Gəl belə danışaq. Sən 

əvvəl böyü, təyyarəçi ol, sonra təyyarəylə uçarsan nənə qurşağının 

altından. Oldu? Yaxşı, gedək evə…  

…Murad alma ağacına çıxır. Lap ağağın təpəsinə  dırmaşır və 

ordan dənizə  tərəf baxır. Nəhayət dəniz tərəfdən uçan təyyarələr 

görünür. Təyyarələr sırayla və çox hündürdən uçurlar. Dəniz üzərinə 

paraşütçülər buraxırlar, böyük ağ paraşütlər bir-bir açılır.  



Murad (paraşütləri sayır): Bir, iki, üç, dörd, beş, altı… 

Birdən sürüşüb ağacdan yıxılır. Ağac, səma, budaqlar dəli bir 

ritmlə yerindən oynayır və Murad tappıltıyla yerə  dəyir. Sevdanın 

qışqırığı eşidilir.  

Murad çarpayıda uzanıb. Sol ayağı bintlə sarınıb.  

O həsrətlə  pəncərəyə baxır. Pəncərədən bir parça səma, səmada 

isə  tənbəl ağ buludlar görünür. Murad əyilib pəncərədən dən tökür. 

Göyərçinlər pəncərəyə qonur, dəni dinləyir, yenə də uçub gedirlər.  

Gecədir. Pəncərədən ulduzlu göy görünür. Kamil Muradın 

çarpayısının yanında oturub.  



Murad: Ata, bəs gündüz niyə ulduzlar olmur?  

Kamil: Gündüz də olurlar, amma biz görmürük. Bax, əgər gün 

işığı düşməyən bir yerdən baxsan, onda ulduzları gündüz də görmək 

olar. Bax, məsələn, dərin quyunun dibindən baxsan.  

Murad: Ata, bəs mən haçan duracağam.  

Kamil: Beş gündən sonra (barmaqlarını yumur). Bir, iki, üç, 

dörd, beş deyəndə…  

…Muradın çarpayısı boşdur.  



 51 

 

—Murad, ay Murad, — deyə Gülsüm xala həyətdə vurnuxur. 



Sevda təlaş içində  gəlir. — Gəzmədiyim yer qalmayıb. Heç yerdə 

yoxdur.  



Gülsüm: Adam göndərdim Kamili çağırsınlar.  

Sevda (çağırır): Murad, Murad!  

Kamil tələsik gəlir. — Nə oldu tapdınız?  



Sevda: heç yerdə yoxdur. Elə bil gədə göyə çıxdı (ağlayır).  

Kamil: Əşi, sən də dayan görək (boylanır). Bəlkə quyuya düşüb.  

Gülsüm: Ə, əstəğfürullah de…  

Kamil (quyuya yaxınlaşır, əyilib diqqətlə baxır): Murad. 

Muradın zəif səsi gəlir: — burdayam.  

Murad quyunun dibindədir. O burdan ulduzlara baxır. Ulduzlar 

gündüz nə qədər işıqsız görünsələr də, hər halda burdan görünmürlər. 

Lakin uşaq onları seçmir. Quyunun ağzından görünən səma birdən-

birə Kamilin qəzəbli sifətilə örtülür.  



Kamil: Otur görüm vedrəyə. Bərk yapış.  

Murad vedrəyə oturur. Kamil onu yuxarı çəkir.  

Gülsüm, Sevda, qonşu qadınlar quyunun başına toplaşıb intizarla 

gözləyirlər.  

Nəhayət Muradın başı görünür.  O bu qədər adamı, ağlayan 

anasını və nənəsini, hirsli atasını görüb özünü lap itirir.  

—Niyə mənə düz deməmisən?! Bir dənə də ulduz görmədim — 

deyə kəkələyir.  

—Ulduzlar, ulduzlar — deyə Kamil zəhmlə ona baxır. Bu saat 

mən sənə ulduzları göstərərəm.  

Muradı qıçları arasına alıb əməlli-başlı şapalaqlayır.  

Gülsüm  (güclə  uşağı onun əlindən alaraq): Yaxşı, bəsdir, 

öldürmə uşağı.  

…Ulduzlu gecə. Kamil, Sevda, Gülsüm, və Murad açıq havada, 

evin damında yatıblar. Muradın gözləri açıqdır. O, ulduzlu göyə 

baxır. 

Kamil də yatmayıb. O yan bu yana çevrilir. Nəhayət Murada 



müraciət edir.  

—Niyə  yatmırsan Murad?  

—Yatıram, — deyə Murad yavaş səslə cavab verir.  

Kamil: Yaxşı, gəl bura mənim yanıma.  

Murad onun yanına girir.  




 52 

Kamil: Bir də belə oyunlar çıxartmayacaqsan ki? Ananı, nənəni 

qorxuzmayacaqsan ki?  



Murad (titrək səslə): Yox.  

Kamil: Di yaxşı, gəl barışaq. Əliylə onun başını sığallayır.  

Murad xısın-xısın ağlamağa başlayır. 



Kamil: Vay, vay, vay. Ədə, utanmırsan. Sən boyda kişi ağlayır? 

Yavaş, indi ananı, nənəni oyadarsan. Sus. Heç olmazsa ulduzlardan 

utan, sənə baxıb gülürlər.  

Murad yavaş-yavaş sakitləşir.  

Ata-oğul ulduzlu göyə baxırlar…  

 

 



EPILOQ 

 

Murad nənəsini öpür, qaçıb gedir.  



Gülsüm o yan bu yana baxır. Həyətdəki su kranını görür. Ovcuna 

su yığır, Muradın dalınca atır.  

Sanki bu su yerlə gedən təyyarənin dalınca atılır. Təyyarə yerlə 

yüyürüb havaya qalxır, get-gedə yüksəlir və biz aşağı baxıb:  

Torpağı görürük. Tünd mixəyi zəmiləri, yaşıl çölləri, sarı 

qumları… 

Dənizi görürük. Mavi dənizi, yelkən gəmilərini, balıqçı torlarını, 

dəniz buruqlarını.  

Odu görürük. Zavod bacalarından çıxan yanan metanı. 26-lar 

qəbri üzərindəki əbədi məşəli, pioner tonqalını.  

Səmanı görürük. Ucsuz-bucaqsız səmanı.  

Muradın təyyarəsi baba yurdunun üstündən, kəndin qayaların 

üstündən uçur.  Bir an əbədi və  əzəli qaya rəsmləri bütün ekranı 

tutur. Rəsmlərdə  təsvir olunmuş  qədim insanlar başlarını qaldırıb 

göyə baxırlar. Onların duruşunda insanın əbədi səma həsrəti duyulur.  

Muradın təyyarəsi isə getdikcə daha yüksəyə qalxır. Bu təyyarə 

vaxtilə Kərim babanın arabayla alma ağacları gətirdiyi yolun üstündə 

üçür və  bəlkə elə bu an Murad çantasından torpağın lövhəsini — 

qırmızı almanı çıxarıb ləzzətlə dişləyir.  

Təyyarə daha da yüksəyə qalxır.  

…Torpaq 

…Dəniz 


…Od 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə