Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə160/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   156   157   158   159   160   161   162   163   ...   167

 534 

İnilti bizlərdə mahnı adlanır 

Burlaklar oxuyur gəmi çəkərkən.  

 

APALLON MAYKOV 



  

(1821-1897) 

 

Bizim nəğmələri oxu ona sən 



Nəğməyə heç məhəl qoymayır görsən 

Bir çəngə yovşanı uzat burnuna 

Burnuna dəyəndə yovşanın ətri 

Hər şeyi buraxıb dönəcək geri. 

 

 

UOLT UİTMEN  



(1819-1892, amerikan şairi) 

 

"OT YARPAQLARI" kitabından 



 

TƏRƏNNÜM EDİRƏM 

 

Hər bir ayrı sadə fərdi mən tərənnüm edirəm 



Təpədən dırnağa tam cismini mən 

Tərənnüm eyləyirəm.  

Yalnız sifəti deyil, yalnız şüuru deyil, bütün bədəni belə 

İlham gətirir mənə,  

Həm qadın bədənini, həm kişi bədənini 

Tərənnüm eyləyirəm.  

Ehtirasda, qüvvətdə, çırpınmada ölçüsüz  

Həyatı alqışlayır, tərənnüm eyləyirəm.  

Azad əməllər üçün sevinc içrə yaranmış  

Yeni dövrün insanı 

Mən səni  

Tərənnüm eyləyirəm.  

 

GƏLƏCƏK ŞAİRLƏRƏ 



 

Ey gələcək şairlər! Müğənnilər, bəstəkarlar, natiqlər! 

Nə və kim olduğumu bü gün kim təyin edər?.  



 535 

Yox, yox, yeni nəsillər — güclü, sağlam insanlar 

Sələflərindən böyük, şaqqalı mərd igidlər 

Gəlin çıxın, ancaq siz  

Məni anlayacaqsız 

Mən özüm gələcəkçün bir-iki işarəylə mətləbi anladacam 

Ancaq bir-iki anlıq.  

Sonra yenə — qaranlıq 

Udacaq məni.  

Mən oyam ki, kütlənin içində gözləriylə sizləri axtaracaq  

Sonra da ki, üzünü o yana çevirəcək.  

Sizlərə qalır ancaq 

Onun sirrlərin açmaq  

Dəqiq surətini də sizlər yaradacaqsız 

Bunu sizdən gözləyir, bunları umuram mən.  

 

OXUCU, SƏNƏ 



 

Oxucum sənin ürəyində də əlbət 

Qaynayır həyat eşqi, qürur, sevgi, məhəbbət 

Onünçün  nəğmələrim  

Sənindir, sənin… 

 

 



 

ŞARL BODLER  

(1821-1867, fransız şairi) 

 

  "ŞƏR ÇİÇƏKLƏRİ"  KİTABINDAN 



 

DÜŞMƏN 


 

Gəncliyim — qaranlıq, fırtına, tufan 

Hərdən bir arada günəşdi doğan 

Yağmurlar, küləklər elə dağıtdı 

Tək-tük meyvə qaldı gözəl bağçamdan 

 

Şüur payızına çatdım nagahan 



Sular məzarlar tək cığırlar açdı 


 536 

Dırmıqla torpağı eşdiyim zaman 

Çiçəklərim bir də heç açacaqdı? 

 

Qumsala çevrilmiş ulu torpaqdan 



Güllər boy atarmı görən bir zaman… 

 

Ah, günlər ötüşür, acı qismətim 



Qanıma susayan qarı düşmənim 

Böyüyür qanımı içdikcə mənim. 

 

 

POL VERLEN  



(1844-1896, fransız şairi) 

 

PAYIZ NƏĞMƏSİ 

 

Çox uzaqlardan 



Gəlir bir hənir 

Yenə səslənir 

Həsrət nəğməsi 

 

Payız kamanı  



yetirir səsi 

 

Buz bağlayır qəlb 



Belə havada 

Gözlərim dolur 

Bahar günləri  

Düşəndə yada.  

 

Külək hey əsir,  



Hey uğuldayır 

Günün hər çağı 

Məni də alıb 

Fırladır külək 

Sanki bir xəzəl — 

Xəzan yarpağı. 

 



 537 

 

ARTÜR REMBO 



(1854-1891, fransız şairi) 

 

QIŞ YUXUSU 



    Ona 

 

Qış vaxtı gedərik sadə vaqonda 



Çəhrayı vaqonda mavi balışlar 

Xudmani bir yerdə əyləşərik biz 

Kupedə tək qalıb əylənərik biz 

Hər növ şeytanları görməmək üçün 

Axşam saatında gəl yum gözünü 

Öpərəm həyadan pörtmüş üzünü.  

Əvvəl yanağını, sonra boynunu 

Öpüşüm arı tək səni sancacaq. 

 

Başını əyərək söylərsən ancaq: 



Bir yerdə arayaq sancan arını.  

Gəl birgə arayaq, nə deyirəm ki, 

Belə məharətlə sancıbdır axı 

Dünyada ən gözəl, şirin yanağı. 

 

RAYNER MARİYA RİLKE  

(1875-1926, alman şairi) 

 

AXŞAM 



 

Alovlu al qığılcımın 

Günəş gizlədi tutqun havada 

Çox gür səslənən o oktavada 

Qırıldı səsi həzin axşamın  

 

Şüa tavanlarda dolaşır gizlin 



Hələ də almaz tək parıldayaraq 

Ora-bura girir bir oğru sayaq 

Sonra tüstüsündə itir göylərin. 

 



 538 

1895 

 

GECƏ SƏMASI VƏ ULDUZ UÇUŞU 

 

Gecələr göy səma gümüşə çalır 



Dünyayi aləmə möhür vurubdur 

Ulduzlar bizlərdən çox uzaq qalır 

Həm də ki, bizlərə yaxın durubdur. 

 

Ulduz uçdu, baxışın ora tələsdi bu an 



Nəyi arzuladın, istəyin nədir? 

Dünyada olanlar olursa əgər, kimdir müqəssir? 

Nə tutdun qəlbində, söylə bu zaman? 

 

1924 

 

Ulduzdan ulduz tək ayrılaq ancaq 



Ayrılaq, qoy bizi ayırsın axşam 

Yaxınlıq —uzaqlıq olacaq müdam 

Ölüm bizi yenə qovuşduracaq.  

 

1925 

 

ALEKSANDR BLOK  



(1880-1922, rus şairi) 

 

Gecə, küçə, aptek, fənər 



Mənasızdı tutqun işıq 

Yüz il də yaşasam əgər 

Çıxış yox, hər şey qarışıq 

 

Ölüncə dəyişməz bunlar 



Yenə də belə gecələr 

Yenə buz bağlamış sular 

Gecə, küçə, aptek, fənər… 

 

 



 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə