Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə161/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   157   158   159   160   161   162   163   164   ...   167

 539 

 

   



ŞAİRLƏR 

 

Bataqlıq yer vardı şəhərdən kənar 



Şairlər yaşardı burda bir zaman 

Görüşəndə zorla gülümsərdilər 

Etinasız süzüb bir-birin yaman.  

 

İşıqlı gün bura əbəs doğurdu — 



Bu qəmli, kədərli bataqlıq üstə.  

Şairlər hey içər, hey işlərdilər 

Səhərlər erkən də, gecə-gündüz də. 

 

İçəndə yamanca dostlaşardılar,  



Çərənləyirdilər atıb ədəbi 

Halları pozulub səhərə yaxın 

Yenə işlərdilər — küt və əsəbi. 

 

Sonra çıxardılar komalarından 



Qürub yanğınına baxmaq adına.  

Qızıl hörüyünü təriflərdilər 

Sərraf tək göz qoyub, keçən qadına.  

 

Kövrəlib xoş dövran arzulardılar 



Şairlərin hamsın bir-bir söyərək 

Sonra tökərdilər acı göz yaşı 

Göydə bulud görüb, yerdə tər çiçək 

 

Beləcə yaşardı, şairlər, dostum,  



Oxucum, yəqin ki, fikirləşirsən: 

Sənin baş girrəyib gün keçirməyin 

Min kərə yaxşıdır şair ömründən. 

 

Yox, əziz oxucum, ey kor tənqidçim 



Şairin dünyada var nəyi desən — 

Buludu, hörüyü, xoşbəxt dövranı… 

Amma sən bunları hardan biləsən.  

 



 540 

Arvadından razı, özündən razı,  

Qanunundan razı, günün keçir xoş.  

Ancaq qanun-filan azdır şairə 

O, dünya qəmindən olanda sərxoş. 

 

Divarlar dibində ölsəm köpək tək 



Həyat gömsə məni torpağa əgər 

Biləcəm: üstümə Tanrı qar səpir 

Alnımdan öpürlər dəli küləklər. 

 

 



VELEMİR  XLEBNİKOV 

  (1885-1922, rus şairi) 

 

Axı mənə nə gərəkdi 



İstədiyim bir çörəkdi 

Bir azacıq süd də olar 

Bir də ki, səma 

Bir də — buludlar. 

 

1922 

 

İllər, adamlar, xalqlar 



Su kimi axar 

Gedər əbədi 

Təbiətin aynasında 

Ulduzlar — tor, bizsə — balıqlar 

Allahlar da — kabuslar.  

 

 



NİKOLAY QUMİLYOV 

(1886-1921, rus şairi) 

 

MƏN VƏ SİZ 



 

Bilirəm sizlərə tay deyiləm mən 

Başqa bir diyardan gəlmişəm bura 

Xoşum gəlir qara zurna səsindən 




 541 

Nəyimə gərəkdir mənim gitara   

Salonlarda, məclislərdə heç olmaram 

Əjdahaya, şəlaləyə, buludlara şer oxuram 

Şəkillərdə ulduzları seyr eləyən,  hey gözləyən  

Cəngavər tək sevməyirəm 

Səhralarda suya təşnə ərəb kimi sevirəm mən. 

 

Yatağımda ölməyəcəm — başım üstə keşiş, həkim 



Ayaq dəyməz çəngəllikdə ölüm təki. 

 

Xaçpərəstlər cənnəti yəqin ki, təmiz olar 



Amma mənim ora yox,  

quldur cəhənnəminə  

daha artıq meylim var.  

 

 



HOKKU 

 

Ceyran gözlü qız 



Amerkana ərə gedib 

Kolumb niyə kəşf etdi Amerikanı? 

 

 

 

 

ALEKSEY KRUÇONIX  

  (1886-1968, rus şairi) 

 

Dır bul şil 



ubeşur 

skum 


vı so bu 

r l ez 


(Çevrilməsi imkansız bu Tşeri T olduğu kimi verirəm ki, ədəbiyyatda bu 

sayaq "eksperimentlərdən" də xəbərimiz olsun — Tərcüməçinin qeydi) 

 



 542 

ANNA AXMATOVA  

(1889-1966 rus şairəsi) 

 

İLHAM PƏRİSİ 



Gecələr gəlişin gözləyən zaman 

Bir tükdən asılır sanki həyatım 

Nə şöhrət, nə gənclik, azadlıq, flian 

Ondan asılıdır taleyim, adım 

Gəldi, örtüyünü qaldırdı əli 

Zillədi gözünü mənim üzümə 

Dedim: "Cəhənnəm"i böyük Danteyə 

Sənmi diqtə etdin, söylədi: bəli.  

 

1924 

 

İnsan öləndə portretlərində 



dəyişir şəkli 

Gözləri baxır tamam ayrı cür,  

Dodağında gülüş tamam başqadır 

Bir şair dəfnindən dönəndə evə 

Mən o gün bu işin fərqinə vardım 

Sonra neçə dəfə sınadım bunu 

Bu fikrim hər dəfə təsdiq olundu. 

 

1940 

 

BORİS PASTERNAK 

(1890-1960 rus şairi) 

 

HAMLET 



 

Uğultu kəsildi. Səhnəyə çıxdım 

Yapışıb qapının çərçivəsindən 

Eşitmək istərəm aqibətimi 

Kiminsə uzaqdan gələn səsindən. 

 

Min dürbin gözüylə zillənib mənə 



Gecənin zülməti, zil qaranlığı 


 543 

Əgər iqtidarın varsa, İlahi 

Məndən uzaq elə bu yamanlığı. 

 

Sənin tərs niyyətin xoşuma gəlir 



Rolu da oynardım böyük həvəslə 

Lakin indi başqa tamaşa gedir 

Məni əvəz elə ayrı bir kəslə. 

 

Yaxşı düşünüblər amma oyunu 



Təkəm riyakarlıq dənizində mən 

Labüddür yolun da qaçılmaz sonu 

Həyat çöl deyil ki, keçib gedəsən. 

 

1946 

 

Başladığım zaman bilirdim məgər 



Bu işin axırı belə olacaq? 

Adamın qanını tökür sətirlər 

Boğazın tutulub qanla dolacaq.  

 

Mən belə peşədən olardım iraq 



Bu cür zarafatı neynirdim axı? 

Amma nə kövrəkdi, xoşdu ilk maraq 

Ömrümün o erkən, o uzaq çağı.  

 

Roma sayağıdır fəqət qocalıq 



Nə nitq tələb edir, nə fənd, nə kələk 

Bədii qiraət istəmir artıq 

Doğrudan doğruya öləsən gərək. 

 

Misra duyğulardan doğulan zaman 



Qula əmr eləyir — bu şər, bu meydan 

Və burda kəsilir sənətin səsi 

Torpağın, taleyin gəlir nəfəsi. 

 

1938 

 

 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə