Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə162/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   159   160   161   162   163   164   165   166   167

 544 

 

 



QIŞ GECƏSİ 

 

Bütün yer üzündə 



Hər bir tərəfdə 

Külək sovururdu 

Qarı bu axşam 

Masanın üstündə bir şam yanırdı 

Yanırdı bir şam.  

 

Yay vaxtı mığmığalar alova uçan təkin 



Qarlar uçub gəlirdi üstünə pəncərənin. 

 

Çovğun şüşənin üstə 



Bəzək vururdu müdam 

Amma bir şam yanırdı,  

Amma yanırdı bir şam.  

 

Şölələnən tavanda 



Kölgələr dolaşırdı.  

Qollar çarpazlaşırdı,  

Qıçlar çarpazlaşırdı 

Tale çarpazlaşırdı 

Çəkmələr də düşürdü 

Taqqatan yerə 

Elə bu zaman 

Çıraqdan da mum idi 

Göz yaşı kimi 

Paltara daman.  

 

Yox olurdu hər şey 



Bu ağ zülmətdə 

Bu çal zülmətdə 

Bu qarlı axşam 

Masanın üstündə bir şam yanırdı,  

Yanırdı bir şam.  

 



 545 

Otağın küncündən düz şama sarı 

Vururdu külək 

Ehtiras odu 

Xaç tək gərirdi 

İki qanadın 

Sanki bir mələk.  

 

Bütün fevral da  



Çovğunlu keçdi 

Amma elə hey 

Hər qarlı axşam 

Masanın üstündə bir şam yanırdı,  

Yanırdı bir şam.  

 

1946 

 

Yaxşı deyil məşhur olmaq, tanınmaq 



Yüksəklərə bu qaldırmır adamı 

Nə lazımdır arxiv yığmaq, toplamaq 

Matah bilib hər bir cızma-qaranı.  

 

Yaratmaqda məqsəd — fədakarlıqdır 



Haray-həşir deyil, deyil şöhrət də.  

Ayıbdır heç nəyə qadir olmadan 

Hey adın çəkilə sözdə, söhbətdə.  

 

Özündən müştəbeh yaşamaq olmaz 



Ayrı cür dolanıb durasan gərək.  

Elə cür ki, səni məkan bəyənsin,  

Elə ki, səsləsin səni gələcək.  

 

Yazısız boş yeri kağızda deyil 



Taledə, ömürdə saxlamaq olar 

Ömrün fəsilləri, parçalarıyla 

Bir gün bu boş yerlər yazılar, dolar.  

 

Atıb gizli-gizli addımlarını 



Mübhəmliyə qərq olasan sən gərək 


 546 

Göz-gözü görməyən dumanda bəzən 

Hər tərəf gizlənib birdən itən tək.  

 

Canlı izlərinlə bir-bir gedərək 



Özgələr keçəcək çənin yolundan 

Amma qələbəni məğlubiyyətdən 

Ayırmamalısan özün heç zaman. 

 

Gərək sifətini dəyişməyəsən 



Bircə dilim belə, heç vaxt, heç səfər 

Ancaq diri qalmaq, ancaq — yaşamaq,  

Ancaq diri qalmaq ta sona qədər. 

 

1956 

  

OSİP MANDELŞTAM  

 (1891-1938, rus şairi) 

 

Şəhərimə döndüm bəlkə son kərə 



Hər vəzi, damarı, uşaq səsiylə 

Gözümün yaşı tək tanış şəhərə.  

 

Leninqrada döndün tez tələs, iç sən 



Gecə fənərinin çaylarda üzən 

Balıq yağı təkin sarı işığın. 

 

Dekabr gününü tez tanı barı 



Müdhiş qara rəngə qarışıb sarı.  

 

Ölmək istəmirəm Peterburq belə 



Telefon nömrələrin məndədir hələ 

Hələ ünvanların yaddaşımdadır 

Ölüb itənlərin səsin andırır. 

 

Zülmət pilləkəndə yaşayıram mən 



Gicgahıma vurur qoparılmış zəng. 

 

Hər gecə, hər gecə səhərə qədər 




 547 

Qapı zəncirini qandal tək tutub 

"Əziz qonaqları" gözləyəcəyəm 

Ta mənm qapım da döyülənəcən.  

 

Dekabr 1930 

 

 



MARİNA SVETAYEVA  

(1892-1941, rus şairəsi) 

 

Yaxşı ki, dərdimdən dəli deyilsiniz siz 



Yaxşı ki, dərdinizdən dəli deyiləm mən də 

Ayaqlarımız altda torpaq heç vaxt qaçmayır 

Qürub çağı qəflətən hardasa görüşəndə 

Sizinlə oluram ərköyün, şıltaq 

Sözlə oynamaqdan qorxmuram heç vaxt 

Əlim əlinizə toxunan zaman 

Titrəyib əsmirəm heç həyəcandan 

Özünüz bilmədən məni sevirsiz 

Yoxsa belə rahat yata bilərdim? 

Aylı gecələrdə gəzmədiyimiz 

Anlar, saatlarçün — sizə təşəkkür 

Günəşin altında birgə deyilik 

Buna da təşəkkür, buna da şükur.  

Bir daha sağ olun, neyləyək, nə qəm 

Əfsus ki, mənimçün dəli deyilsiz 

Əfsus ki, sizinçün dəli deyiləm.  

 

3 may 1915 

 

 



VLADİMİR MAYAKOVSKİ  

(1893-1930, rus şairi) 

 

LİLİÇKAYA 



(məktub yerinə) 

 

Tütün, papiros tüstusü 



Havanı yeyib, udub 


 548 

Şair Kruçenıx yazan 

Gəhənnəm — bu otaqdı.  

 

Yadına sal — burada,  



Bu pəncərə ardında 

Əlini dəli kimi  

Oxşadığım o vaxtı.  

İndi oturmusan  

Ürəyin — dəmir 

Sabah bəlkə hələ 

Məni qovdun da.  

Qaranlıq dəhlizdə düşə bilmədi 

Paltomun qoluna 

Bəlkə qolum da 

Gedərəm, küçəyə atıb cismimi,  

Doğranar həsrətdən qəlbim, baxışım… 

Bu nəyə lazım ki… 

Ondansa indi 

Sakitcə ayrılaq  

Əzizim, yaxşım.  

Onsuz da bu eşqin 

Ağır bir yükdür 

Boynumdan asılıb, hara getsəm də.  

Qoy bu son fəryadla,  

Son hıçqırıqla 

Şikayət eləyim özünə səndən.  

Öküzü ölüncə işlətsən əgər 

Gedib su yanında  

Uzanar, qalar 

Dəniz yoxdu mənə 

Eşqindən qeyri 

Eşqin dinclik verməz    

Ha yalvar, yaxar.  

 

Dincəlmək istəsə 



Yorulmuş bir fil 

Şahanə uzanar 

qızmar qumlarda 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə