Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə164/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   159   160   161   162   163   164   165   166   167

 554 

 

 



"UNUDAMAYACAQLARIM" kitabından 

 

Gecə dumanında 



Dalğalar sahilə çırpılan yerdə 

Bir qadın durmuşdu uzun zaman 

Papirosunun odu işarırdı 

 

Uzaq bir yerdə 



Şərab içirdim 

Elə bil kədərimin xıltıydı bu.  

 

Qırmızı rəngli 



Əski cib dəftərimdə 

Bircə qeyd qalıb 

Görüş saatı, yeri.  

 

Yatağımı eyvana çıxartdılar 



Uzun ayrılıqdan sonra yenə görüşdük 

Axşam səması. 

 

 POL ELYUAR  

(1985-1952 fransız şairi) 

 

AZADLIQ 

 

Məktəbli dəftərimdə 



Masamın üstündə, hər bir ağacda 

Torpağın, qumların, qarların üstə 

Adını yazıram sənin — Azadlıq. 

 

Hər kitab, hər dəftər, hər səhifədə 



Ağ kağız üstündə, ağ vərəqlərdə 

Daş, ya kül, ya qan üstündə 

Adını yazıram sənin — Azadlıq. 

 

Gecələrin sirli möcüzəsində 




 555 

Bir tikə çörəyin, loğmanın üstdə 

İlin hər vaxtında, hər bir fəslində 

Adını yazıram sənin — Azadlıq. 

 

Ay düşmüş göllərin parıltısında 



Çöllərdə, dağlarda, uzaq üfüqdə 

Dənizdə, gəmidə, yelkənlər üstdə 

Adını yazıram sənin — Azadlıq. 

 

Sübh çağı oyanan cığırlarda da 



Yollarda, yolların ayrıcında da 

Şəhərin hay-küylü küçəsində də 

Adını yazıram sənin —Azadlıq. 

 

Hər yanan çıraqda, sönən çıraqda 



Haçansa qaldığım köhnə evlərdə 

Yağışlı, çiskinli pis havalarda 

Adını yazıram sənin — Azadlıq. 

 

Ağuşa aldığım gözəl bədəndə 



Əziz dostlarımın sifətlərində 

Əlimə uzanan bütün əllərdə 

Adını yazıram sənin — Azadlıq. 

 

Darmadağın olmuş viranələrdə 



Uçuq mayakların əski yerində 

Həsrətli, kədərli sal divarlarda 

Adını yazıram sənin — Azadlıq. 

 

Görüşə ümidsiz ayrılıqlarda  



Tənhalığın acı saatlarında 

Ölümə aparan pillələr üstdə 

Adını yazıram sənin — Azadlıq. 

 

Bir sözün gücüylə dönüb həyata 



Səni tanımaqçün gəldim dünyaya 

Ümidlər, arzular, anılar üstə 

Adını yazıram sənin — Azadlıq. 



 556 

 

 



  *** 

Sənin hər düşüncən, fikrin naminə 

Sevdiyim o gözəl gözlər naminə 

Dünən, bu gün, sabah, həmişə, daim  

öpdüyüm dodaqlar, ləblər naminə. 

 

Öldürülən ümidlər, zülmətdə göz yaşları 



Boşluqda giley-güzar, ölümqabağı gülüş. 

 

Məhbəsə atılmış kişilərimiz,  



Sürgünlərə gedən qadınlarımız 

Əqidə uğrunda qətl olunanlar 

Bunların naminə, bütün bunların 

Gərək qəzəbi biz cilovlamayaq 

Silah qaldıraraq düşmənə qarşı 

Qurban gedənlərin qisasın alaq.  

 

 

SEN-CON PERS  



(1887-1975, fransız şairi) 

 

Kruzo üçün şəkillər  



 

ÇANLAR 


 

Yalın əlli qoca adam-insanlara qayıdan Kruzo! 

Yəqin ağlayırsanmış şəhərə qabarma tək çan səsləri gələndə 

Ağlamısan anaraq adanı — mehtablı gecələrdə 

Dənizin uğultusun 

Gecə qanadlarında səslənən musiqini — dalğaların səsini 

Dəryaların dibindən gələn uğultuları. 

 

DİVAR 



 

Qarşındakı divarlar — qadağa kimidir arzularına 

Kürsündə oturub dodaqlarını yalayırsan —  

yağlı yeməklərin dadı damağını təhqir edir.  

Və bu an yenə Adanı xatırlayırsan.  



 557 

Təmiz bəyaz buludun yaşıl şəfəq çağında sulardakı əksini  

Adada ormanlarda meyvələrin dadı düşür yada 

Süd kimi şirin hava küləklərin duzuyla duzlanıb 

Göylərə sevinc yayılıb 

Meşələr yaşıl hörüklərini bir əsr hörür — bircə uzun gün… 

Sən ordasan Kruzo! 

Sifətin gecələrin sirrlərinə açıqdır — sanki əl uzatmısan.  

 

CÜMƏ 


 

Günəş işığında gülüş — ağaran fil dişi.  

Cümə! Yarpaqlar nə yaşıldı, gölgən necə təzədi.  

Qara-dinməz insanın qarşısında maviyə çalan bədəni əyəndə 

qolların yerə çatırdı.  

İndi hədiyyə olunmuş nimdaş şeylər geyirsən.  

 

   Qablardan 



süd 

içirsən.  

Ambardan şey oğurlayırsan,  

Balıq iyi verən ətli-qanlı aşbaz qadının tumanı cəlb edir səni 

Parıltılı düymələrində sifətin əks olunur — yalançı  

 

 



 

 

gülüşün, saxta təbəssümün.  



 

KİTAB 


 

Şəhərə yağan bitməz-tükənməz yağışlardan şikayətçisən,  

İllərin sükutundan, tənhalığından sonra sənə qalan bumudur? 

Kitabı açıb oxumağa başladın.  

Orda adada dənizin uzaqlarına gözlərini zillədin 

Güclü külək gözlədin.  

Tufan kimi səni qaldıracaq, aparacaq küləyi 

Gözlərin qarşısında zülməti parçalayacaq küləyi… 

 

TOMAS STERNZ ELİOT  

 (1888-1965, ingilis şairi) 

 

Duman içində kimi 



Göz yaşı içində gördüyüm gözlər 

Burada, bu ölüm səltənətində 

Bir də dayandılar 



 558 

Mənim qarşımda.  

Amma bu yanda 

Gözlərdə heç 

Yaş görmədim mən 

Bu da mənim cəzam olması gərək. 

 

Bu mənim cəzamdır 



Bir daha heç vaxt 

Ölüm dünyasına düşənəcən mən 

Bir də görməyəcəm o gözləri heç 

Orda da bircə an, yalnız bircə an.  

Gözündə göz yaşı parlayar yəqin  

Sonra bizə gülüb yox olacaqdır.  

 

  

*** 



Saat dörddə külək qopdu 

Çanları yellədi, zəngləri çaldı 

Ölümlə həyat arasında qaldı 

Ölümün xəyali səltənətində 

Anlamsız savaşın səsləri gəlir 

Bu nədir yuxumu ya ayrı bir şey 

Bəlkə də qaranlıq sular içində 

Ağlayan sifəti gördüyümüzdür? 

 

Və qaranlıq çayın o tərəfində 



Yağılar dayanıb əli qılınclı.  

Bu ölüm çayının o sahilində 

Yaraqlı, silahlı durub gözləyir 

Cəhənnəm atları və atlıları… 

 

 

FEDERİKO QARSİA LORKA  



   (1898-1936, ispan şairi) 

 

ETİBARSIZ ARVAD   

 

Gecə yarısı dərənin lap qırağına 



Özgənin arvadın aparanda mən 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə