Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə165/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   159   160   161   162   163   164   165   166   167

 559 

Elə bildim məsumdu 

 

Sant Yaqo gecəsiydi 



Sanki dilbir olaraq 

Söndü bütün işıqlar 

Susdu cırcıramalar.  

Yuxulu döşlərə toxunanda mən 

Yasəmən sayağı açıldı onlar 

Uzun paltarının ətəkləriylə 

İpək pərdələr tək xışıldayaraq 

Oxşadı səslərlə qulaqlarımı 

Bu aysız gecənin qaranlığında 

Ağaclar elə hey pıçıldaşırdı 

İtlər də uzaqdan, lap uzaqlardan 

Elə hey hürüşür, hürüşürdülər. 

 

Zil qara hörüyün torpağa basdım 



İpək qalstukumu çıxardım bu dəm 

O da paltarların çıxardı bir-bir.  

 

Koburlu kəməri açdım tələsik 



Dörd ətək korsajın çıxardı o da.  

Yasəmən dərisi ay işığı tək 

Par-par parlayırdı — inci, yaqutdu  

Budları balıq tək çabalayırdı 

Gah sakit olurdu, gah alışırdı.  

Dünyanın ən gözəl, sonsuz yoluyla 

Çapdım səhərəcən atlas madyanı. 

 

Özünü kişi sayan heç ağzını boş qoymaz 



Mənə dediklərini təkrar edə bilmərəm 

Dan sökülən zaman o 

Üstü qumlar, öpüşlər 

Ayrıldı, çıxıb getdi. 

 

Mən özümü apardım 



Qaraçı cəngavər tək 

Ona xatirə üçün  




 560 

bir mücrü verdim, amma 

o gecənin yalanın 

yaddaşlarda saxlayıb 

bir daha görüşmədik 

Axı ərli arvaddı 

Ancaq mənə demişdi,  

and içmişdi — "məsumam".  

 

 

 



 

 

 



ROBER DESNOS  

(1900-1945, fransız şairi) 

 

YAY KÜÇƏSİ HAQQINDA MAHNI 

 

Gəl küçədə uzanaq 



Günəşin isitdiyi səkilərin üstündə 

Toz-tozanaq içində 

Gündüzün səs-küyündən 

Xilas olmuş küçədə.  

Yerə duman enməmiş 

Gecə fənərləri yandırılmamış 

Gəl baxaq gölməçədə 

Qürub çağı nə sayaq 

Əks olunur, bir də ki,  

Bulud keçir göylərdən 

Sonra axır nəhayət 

Damların üstündən  

ulduzlar çıxır. 

 

  



*** 

O qədər səni mən arzulamışam 

O qədər içimdə sənin kölgəni  

özümlə daşıyıb elə sevmişəm 

Özümə heç bir şey, heç nə qalmayıb 



 561 

Mən indi  

Kölgələr içində kölgəyəm yalnız 

Kölgənin kölgəsi, amma hərdən bir 

Bol-bol günəş dolu ömrünə sənin 

Kölcə salacam.  

 



 562 

 

SESAR VALYEXO  



(1892-1938, Peru şairi) 

 

QARA DAŞ, AĞ DAŞ HAQQINDA 

 

Parisdə öləcəyəm  



Yağmurlar yağan zaman 

Xatirəsin indidən yaşadığım bir gündə 

Parisdə öləcəyəm bəlkə də bu gün kimi 

Payız çərşənbəsində 

 

Bir çərşənbə olacaq, çünki bu gün çərşənbə 



Bunları yazan zaman qolum yaman sızlayır  

Ömrüm boyu heç bir vaxt 

Yalnızlığı içimdə bu gün kimi duymadım.  

 

Sesar Valyexo öldü, zərbə alıb hər kəsdən 



Kimsəni zərrə qədər heç vaxt incitməsə də  

Kötəkləyib döydülər.  

Şahidi — çərşənbələr 

qollarında sümüklər 

Yalnızlıq, yağmur, yollar… 

 

 



PABLO NERUDA  

(1904-1973, Çili şairi) 

 

PARİSLƏ VİDALAŞMA 



 

Dolğun sularıyla gözəldir Sena— 

Ağaclar boyanmış boz kül rənginə 

Hər yerdə çiçəklər, hər yerdə güllər 

Hər yerdə qəsrlər, sivri qüllələr. 

 

Vətənə dönürəm gözəl Parisdən 



Çilidə görməli işlərim çoxdu 

Hamıya borcluyam vətənimdə mən 




 563 

Bu saat hər evdə süfrə açılıb 

Məni gözləyirlər salamlamağa 

Amma orda elə gözləyənlər var 

Gözləyirlər gəlim, yaralasınlar.  

 

Əlvida Paris, payız çağında 



Sarı yarpaq düşür sahil bağında 

Paris mavi rəngli gəmim, sevgilim 

Əlvida çaylarım və körpülərim 

Əlvida, sevdalı böyük ürəyin  

Ətirli şərabın, dadlı çörəyin 

Əlvida, əlvida, dostlar əlvida.  

Nəğməylə dönürəm okeana mən 

Mənəm köklərimə yenidən dönən 

Dənizdir, torpaqdır — mənim vətənim 

Bütün yer kürəsi şəhərim mənim  

Küçəmin adıdır. "getdim daha mən" 

Otağımın adı: "Bir də dönmərəm".  

 

 

SONDA 



 

Matilda, günlərimi, illərimi 

Yuxudamı, qızdırmalar içindəmi 

Beli qırılmış, qanına qəltan olmuş,  

Gah huşum itirərək, gah da ki ayılaraq 

Yatdım xəstəxananın yad çarpayısında 

Gördüyüm ağ xalatlar, ayaqlarım qandallı.  

 

Sonra bu uzun səfər… 



Yenə dənizi gördüm.  

Bir də əziz mehriban 

Sifətin başım üstə.  

 

Əllərin — quş qanadı 



Mənim işığımda 

Yurdum üstündə. 

 



 564 

Nə gözəl iş idi yaşamaq bir vaxt 

Yaşaya bildiyim gözəl zamanlar 

 

İndi yalnız yuxularımda 



Dünya dönüb olur mavi, lacivərd.  

Ya da barmağına taxdığın incə 

Zərif üzük tək.  

 

 



 

LEOPOLD SEDAR SENQOR  

(Seneqal şairi) 

 

NYU-YORK 

 

(jaz orkestr və solo truba üçün) 



Nyu-York. Əvvəl məni gözəlliyin çaşdırdı 

Qızıl saçlı, uzun qıçlı qızların.  

Əvvəl-əvvəl qorxdum mən 

Göydələnlər ətəyində dərin dərə küçələrdən 

Ölü rəngli şüalar səmanın boğazından tuturdu 

Əvvəl-əvvəl qorxmuşdum 

Manhattenin çılpaq asfaltında 

İki həftə dolaşdım 

Üçüncü həftə başı birdən-birə ansızın 

Pələng sıçrayışıyla 

Üstümə cumdu həsrət   

İki həftə səhrada, nə bir su, nə bir yarpaq 

Boz damların üstündən quşlar yerə düşürdü 

Daş kimi, qəmbər kimi.  

Bir həssas söz, xoş baxış, görmədim iki həftə 

Sinələrdə döyünən mexaniki ürəkdi 

 

Sonra Harlemi gördüm,  



Harlem hazırlaşırdı 

Gecənin bayramına 

Gün gecənin qabağından qaçırdı,  

Çünki gecə gündüzdən  




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə