Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə166/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   159   160   161   162   163   164   165   166   167

 565 

Daha kerçəkdi burda 

Dinlə Nyu-York, dinlə Harlemin səsin. 

 

Sənin öz səsindir 



Qaboyun mis boğazında inləyən 

Dinlə Nyu-York, bu sənin ürəyindir  

Tam-tam ritmlərində uzaqlarda döyünən. 

 

Dinlə Nyu-York 



Qoy Harlemin qara qanı damarlarına axsın.  

Qoy sənə ormanların 

Qüvvətini qaytarsın 

Bax elə bir zaman gəlib ki,  

Ağ-qara insanlar qardaşlaşırlar.  

Qulaqlarını tutma artıq 

Allahın səsini eşidəcəksən 

Saksofon sədaları altında Allah 

Yaratdı altı gündə yerləri və göyləri.  

Yeddnci gün gərnəşdi və uzanıb dincəldi 

Qoca yorğun zəncinin sağlam yuxusun aldı.  

 

MASQALARA DUA 

 

Masqalar, ah, masqalar 



Qara, qırmızı, bəyaz 

Sifətin dörd nöqtəsi 

Ordan Ruhu görürəm 

Masqalar, sükut içrə sizi salamlayıram 

Pələng sifətli babam — 

Pələng sifətli masqa.  

Əbədi bir həyatın saf-sağlam havasında 

Sizinlə nəfəs alır,  

Sizə tapınıram mən 

    


Qırışları üzündən silmiş əziz masqalar 

Məni də siz yaratdız 

Bu gün köhnə Afrika əbədi gedən zaman 

Süngülərlə deşilmiş ümidimiz oyansın 




 566 

Bizə pambıq və qəhvə 

Adamları deyirlər.  

Bizi ölümə müti insanlar sayır onlar 

Bizsə odlu, şux, oynaq rəqslərin adamıyıq.  

Torpağa dəyən zaman qıçlarımız güc alır.  

 

 

 



OKTAVİO PAS  

(1914, Meksika şairi) 

 

İKİ BƏDƏN 



 

İki bədən görüşər 

Gecə okeanında dalğalar təki 

İki bədən görüşər 

Torpaqların altında  

Qovuşan köklər təki 

 

Amma bəzən 



İki bədən — 

İki soyuq daş kimi 

Gecə də səhra təkin 

Bəzən də iki bədən 

İki soyuq bıçaqdır 

Gecədə parıldayan.  

 

Bəzənsə iki bədən 



İki üçan ulduzdur 

Boşalmış səmalarda. 

 

 

 



 

 



 567 

 

TADEUŞ RUCEVİÇ  

(1921, polyak şairi) 

 

NƏ YAXŞI 



 

Nə yaxşı-meşədə moruq dərirəm 

Elə bilirdim 

Nə meşə qalıb,  

Nə moruq qalıb.  

 

Nə yaxşı 



Ağac kölgəsində uzanıb dincəlirəm  

Elə bilirdim 

Nə ağac qalıb, nə kölgələri 

 

Nə yaxşı 



Səninləyəm 

Ürəklər də döyünür 

Elə bilirdim 

Daha ürək qalmayıb.  

 

UŞAQLARIN MƏHV EDİLMƏSİ 



 

Uşaqlar qışqırırdı: Ana! Ana! 

Axı mən sözə baxandım.  

Bura nə qaranlıqdır, ana! 

 

Görürsünüzmü, ölümə gedənləri 



Balaca ayaqların balaca ləpirlərin? 

Ciblərində kiçik oyuncaqları 

Böyük və məşum bina 

Burdan qalxan qara tüstü 

Şaquli ağac kimi 

Ölüm ağacı kimi.  



Osvensim, 1944 

 

 




 568 

MƏHƏBBƏT  

 

Silahsızdıq 



Durub dodaq dodağa 

Gözümüzü geniş açıb 

Üzdük keçdik 

Göz yaşları və qanlar dəryasından 

 

QAYIDIŞ 


 

Elə şerlərim var 

Onları bəyənmirəm 

İllər keçir 

Onlarla heç cürə barışmıram.  

Ancaq onları nəsə ata da bilmirəm 

Pis şerlərdir — amma, mənim şerlərimdir.  

Onları mən doğmuşam.  

Məndən aralı qalıb, uzaqda yaşayırlar.  

Lakin bir gün gələcək 

Gələcəklər yanıma 

Uğurlu, uğursuzlar,  

Şikəstlər və sağlamlar,  

Rədd olunmuş şerlər,  

Əzizlənmiş şerlər.  

Hamısı bircə-bircə  

dolacaqlar içimə 

Təklikdə ölməyim deyə.  

 

 

ALEKSEY SURKOV  



(1899-1983, rus şairi)  

 

Dar sobada odunlar 



Yanır, alışır 

Qazmada qarmon çalır 

Səndən danışır. 

 

Baxışın, gülüşündən 




 569 

Söz açır çöllər 

Mənim də həsrətimi 

sənə yetirər. 

 

 Sən indi çox uzaqsan 



Arada qarlar, qarlar 

Sənə çatmaq çətindi 

Ölümə dörd addım var.  

 

Çal qarmon 



Çovğunun acığına çal 

Eşqimin istisi, alovu yenə 

Bu soyuq qazmada güc verər mənə.   

 

 



ALEKSANDR TVARDOVSKİ  

    (1910-1971, rus şairi) 

 

Qayıqçı-avarçı 



Ey cavan oğlan 

Çəksənə avar 

Tez məni o taya 

Evimə apar. 

 

—Qoca vaxtı bu mahnı hardan çıxdı, ay ana 



—Anamdan eşitmişdim, indi düşdü yadıma 

Kəndimizdə qaydaydı, qız köçəndə o taya 

Elə bilirdik gedir tamam ayrı dünyaya 

Qayıqçı-avarçı 

Ay cavan oğlan 

Çəksənə avar 

Gəl məni o taya 

Evimə apar. 

 

O tayda meşələr daha qalındır 



Daha sərt, soyuqdur qış oralarda 

O taydan bu taya gəlib bu mahnı 

O tayda başqadır yağış da, qar da 

Qayıqçı-avarçı, ey cavan oğlan 




 570 

Çəksənə avar 

Tez məni o taya, evimə apar 

Keçən keçdi, olan oldu 

İndi neyləyək,  

Son səfərə az qalıb 

Gəlin gözləyək 

 

Qayıqçı-avarçı 



Ağ saçlı qoca 

Çəksənə avar 

Məni o sahilə,  

evimə apar.  

 

1965 

 

 



KONSTANTİN SİMONOV  

(1915-1979, rus şairi) 

V. S. — ə  

 

Gözlə məni, dönəcəm, amma lap çox gözlə sən 



Mən mütləq qayıdacam, əgər belə gözləsən 

Gözlə sarı yağışlar ürəyini sıxanda 

Gözlə külək əsəndə, çovğunda, qar yağanda 

Başqası unudulub yaddan çıxanda çoxdan 

Məni gözlə qış, bahar, istilər düşən zaman 

 Yoxluğuma qoy mənim anam, oğlum inansın 

Mənə rəhmət diləsin 

Qoy dostlarım yığışıb ehsan yeməyi yesin 

Sən onlara qoşulub, onlarla tikə kəsmə 

Ölümümə inanıb yas tutmağa tələsmə 

Ölümün acığına, dönnəm gələndə vaxtı 

Gözləməyənlər desin: baxtı var imiş, baxtı 

Gözləməyən nə bilsin od-alovun içindən 

Belə gözləməyinlə məni xilas etdin sən 

 

1941 

 

 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə