Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə17/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   13   14   15   16   17   18   19   20   ...   167

 53 

 

Yox olur. 



Ətrafda ancaq səma qalır. Uzaqda isə Günəş görünür.  

 

 

1963-1966  

Moskva-Bakı


 54 

 

 



DƏDƏ QORQUD 

(kino dastan) 

 

Köksü yaşıl ulu dağlar belə vuruş görməmişdi. 



Dibi dərin dar dərələr belə döyüş bilməmişdi. Savaş nə savaş idi

meydan dolu baş idi. Şahbaz-şahbaz atlar keçirdi, nalı qalırdı. Qara 

polad üz qılınclar çalınırdı, oxvarı ovxalanırdı. 

Üç yeləkli qayım oxlar atılırdı, dəmrəni duşürdü. O gün Oğuz 

ellərinin ağır günüydü. Oğuz oğulları bir-birinə qarşı qalxmışdı. 

Dost-dostla, qohum-qohumla cəng edirdi, qardaş qardaşdan, ata 

oğuldan ayrılmişdı. 

Bu qanlı qada Oğuz elinin başına hardan gəlmişdi? 

Deməklə qurtarmaq olmaz. 

Qoy el ağsaqqalı, yurdun mudrik bilicisi Dədə Qorqud gəlsin, 

qopuzunu  əlinə alsın, ötənlərdən söz açsın, soz söyləsin, boy 

boylasın, igid ərənlərin başına gələnlərdən danışsın.  

...Dədə Qorqud bu dəm nə söz qoşurdu, nə qopuz çalırdı. Altı 

pərli gürzlər, yalın qılınclar, dəmir uclu oxlar danışırdı, atlar 

kişnəyir, bahadır nərələri ərşə qalxırdı. Sözü, qopuzu eşidən kim ola, 

dinləyən kim ola? Dədə Qorqud fəryad edib Oğuz igidlərinə üz tutur, 

bu qanlı qardaş  qırğınını saxlamağa çağırırdı, amma ona məhəl 

qoyan, qulaq asan yox idi, heç vaxt Dədə Qorqudun bir sözünü iki 

eləməyən igidlərin bu gün gözləri qızmış,  ağılları çaşmışdı. 

İki igid atlarını dördnala çapa-çapa üz-üzə  gəldilər. Atlar şahə 

qalxdı. Bir igid o birini yerə çırpdı. Zəbun olmuş igid havadan yerə 

elə yavaş-yavaş, elə  ağır-ağır düşdü ki, deyəsən üsulluca iplə 

salladılar. Amma elə həmin dəqiqə onu atdan  salanın da əcəli yetdi. 

Vıy-vıy vıyıldayıb gələn bir ox bu igidin bağrına sancıldı. O da 

qolunu uzatdı, atının boynunu qucaqladı, sürüşdü at belindən torpağa 

düşdü. Bir ötgün ox da ata dəydi, at da igidlərin yanına sərələndi. 

Aram-aram, ağır-ağır yıxıldılar, yavaş-yavaş, asta-asta 

hərəkətsizləşib qaldılar. 

Başqa döyüşçülər də bir-birlərini qırırdılar. Bir-birini qılınclayan 

kim, atla yel yetməz yel kimi keçib çomağı düşmənin təpəsinə 

endirən kim, yayı  çəkib oxu tuşlayan kim, kəmənd atıb çaparı 

yəhərindən dəbərdən kim... 




 55 

Döyüş meydanının qəribə mənzərəsi vardı. 

İgidlər, atlar bir-bir həlak olduqca donub qalırdılar, daşa 

dönürdülər. Səslər, nərələr, at kişnərtiləri də get-gedə azalırdı. Axırda 

heç kəs qalmadı. İndi bütün meydan leş idi, cəsəd idi — daş leş, daş 

cəsəd. Döyüş sona yetdi; indi bu meydan daş heykəllər düzülmüş bir 

çöl idi. İnsan və at heykəlləri müxtəlif vəziyyətlərdə, müxtəlif 

biçimlərdə donub qalmışdı — öldüyü an hansı halda idisə o halda. 

Bu daş heykəllərin arasından ağır-ağır, dərdli-dərdli bir qoca 

keçib gedirdi, ağ saçı ağ saqqalına qarışmış bir pir. 

Qoca Dədə Qorqud yedəyində  təpəl qaşqa ayğırı meydandan 

keçib təpə başına çıxdı, qanrılıb geriyə baxdı.  Meydanın mənzərəsi 

bir az da dəyişmişdi, daş heykəllər ümumi görünüşlərini saxlasalar 

da, dəqiq biçimlərini dəyişdirmişdilər, indi bu artıq insan, at 

heykəlləri deyil, onları  təxmini xatırladan qəribə qayalar, əcaib 

daşlar, qaba daş qalaqları idi. Daşlar, daşlar, daşlar yığımı — qanlı 

döyüşdən qalan bir bu idi! Oğuz ərlərindən qalan bir bu idi! Daşlar, 

daşlar, qayalar... Nə bir səs, nə bir kəs... Dədə Qorqud köksün 

ötürdü, acı-acı  ağladı, yanıq ciyərini dağladı, ayğırının cilovunu 

çəkib yola düzəldi, dağ aşdı, dərə keçdi, bir meşənin qırağına çıxdı. 

Meşə, nə meşə... Fısdıq meşəsi imiş bu meşə, amma həm də 

qəbiristanlıq idi. Elə bil fısdıq ağacları qəbirlərin içindən çıxırdı. 

Qəbirlərin üstündə  də daş qoyun heykəlləri qoyulmuşdu. Elə bil 

bu meşədə tamam bir sürü daşa dönmüşdü! Dədə Qorqud meşəyə 

baxdı, daş qoyunlara baxdı, qəbirlərə baxdı, birdən bir səs eşitdi. 

Döndü, gördü qara mahud şalvarlı cavan bir oğlan məzar qazır. 

—Oğlan, — deyə Dədə Qorqud onu səslədi, — nə qazırsan belə?  

Oğlan gözucu Dədə Qorquda baxdı. Onun üzündə, gözlərində 

məşum bir ifadə vardı. Oğlan laqeyd-laqeyd: 

—Gor qazıram, Dədə, — dedi. 

—Kiminçün qazırsan bu goru? 

Oğlan eyni biganəliklə; 

—Səninçün Dədə, — dedi. 

Dədə Qorqud diksindi. Oğlan ona etina etmədən öz işinə davam 

edirdi. 

Torpaq kənara atıldıqca, məzar kənarındakı təpəcik boyüdükcə, qəbir 

dərinləşdikcə Dədə Qorqudu dəhşət basırdı. 

O, müc olub qalmışdı, matı-qutu qurumuşdu. Səs eşidib başını 

qaldırdı. Ağac başında civildəşən quşlar xırdaca daşlar kimi 



 56 

budaqlardan yerə tökülüb qaldılar — onları ovlayan-eləyən 

olmamışdı — birdən-birə özləri düşdülər, səpələnib qaldılar. Ağac 

özü da birdən-birə qurudu, yaşıl yarpaqları saralıb-soldu, qopdu, 

küləyə qoşulub uçub getdilər. Ağacın çiçəkləri vağam olub 

sovuldular, budaqlar yalın qaldı.  



Çəmənlikdə bitər otlar, yaşarırkən  bitməz oldu.  

Bulaqlardan  axan sular, çağlayırkən axmaz oldu.  

Qanad çalıb uçan quşlar birdən-birə uçmaz oldu.  

Budaqlar  da yalın qaldı, çiçəklər də açmaz oldu.  

Dədə Qorqud hayana baxdı ölüm gördü, əcəl gördü. 

 

Fısıllıqdan fışıldayıb çıxan ala ilan Dədə Qorqudun ayağına 



yanaşdı, başını qaldırıb onu çalmaq istədi. Dədə Qorqud onu görüb 

sərmərdi, kənara sıçradı, qıvraq tərpənib təpəl qaşqa ayğırının belinə 

qalxdı. At da ilandan hürküb fınxırdı, yel kimi yerindən qopdu, 

üzünü dağlara tutdu. Dədə Qorqudu meşədən, məzardan,  əcəldən 

uzaqlaşdırdı.  

Amma gor qazan oğlan da işini dayandırmadı, gözdən itən 

çaparın ardınca uzun-uzadı baxdı, qımışdı, qəbri qazdı ki, qazdı. 

Dədə Qorqud çapıb alçaqdan uca yerlərə qalxdı, qışda-yazda qarı, 

buzu  əriməyən Qazılıq dağını  aşdı, çaylar aşdı, daşqın-daşqın 

sulardan addadı, düzlərdən, dərələrdən keçdi, başqa bir iqlimə gəlib 

çıxdı. 

Bura ucu-bucağı görünməz bir dəryanın sahili idi. Dəniz gömgöy 



idi, ləpələri ağ, narın. Sahil bomboş idi, bir ins-cins gözə dəymirdi. 

Dədə Qorqud atdan endi. Ovuclayıb dəniz suyunu üzünə vurdu

günəşə baxdı, gülümsədi, eyni açıldı. Birdən səs eşidib qulaq verdi. 

Dönüb baxdı, sahilin uzağında bir qaraltı gördü, ona sarı getdi. 

Yanaşıb gördü ki, yaşıl məxmər  şalvarlı bir kişi yer qazır. Dədə 

Qorqud salam verdi, əleyk almadı. 

—Nə qazırsan, a kişi? — deyə soruşdu. 

Kişi: 


—Sənə gor qazıram, Dədə, — deyə çevrilib ona baxdı. Kişinin 

qiyafəsi başqa idi, sinni də, sifəti də başqa idi, amma gözlər həmin o 

gözlər idi — həmin o oğlanın məşum gözləri.  Dədə Qorqud geri 

çəkildi,  əyilib məzara baxdı, qəbir bayaqkindən bir az dərin idi, 

kənarındakı təpəcik bir az da yekə idi.  

Dədə Qorqud ayğırın belinə  sıçradı, qamçı  çəkdi. Atı onu bu 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə