Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə4/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   2   3   4   5   6   7   8   9   ...   167

 12 

—Əli… dənizdədir, — deyir. 

Kərim babanın üzündən nə isə bir kölgə keçir. 

Gülsüm  (çadrasını başına ataraq): — Mən getdim dəniz 

qırağına. 



Kərim: 

—Dayan (Açılan ala qapını göstərir). Deyəsən gəldi. 

Qapı açılır. Boylu-buxunlu bir kişi daxil olur. Bu, Muraddır, 

Gülsümün qardaşı. Muradın balaca qızı Solmaz da yanındadır. 

Murad pencəyilə Solmazı yağışdan qoruyur. Gülə-gülə onlara 

yanaşır. 



Gülsüm: 

—Ay aman, allah haqqı Muraddır. Kamil bir bax, day-day gəlib. 



Kamil: 

—Day-day. 



Murad: 

—Ay sizi xoş görmüşük. 



Gülsüm: 

—Vallah, heç inanmağım gəlmir. Ayağınızın altına nə səpək? Nə 

əcəb belə, gün hayandan çıxıb? Ay allah, Solmaz balama qurban 

olum. 


Murad: 

—Axır ki, yığışıb gəldik. Əşi həkimlər dedi bu qıza kömək etsə

qum eləyəcək. Mən də dedim gətirim görək nə çıxar. 

Kərim: 

—Xoş gəlmisiz. 



Murad: 

—Kərim dayı, deyəsən burda meşə salırsan. A kişi, bu susuz 

yerdə bunların axırı nə olacaq? 

Kərim:  

—Görək də. Maşallah, ayağın yüngüldür. Yağış gətirmisən. 



Murad: 

—Bəli, bəli. Bu yağışı  şəxsən sənin üçün sifariş vermişəm. 



(Kamilə) — Nədi inanmırsan? Hələ  sənin day-dayından xəbərin 

yoxdur.  (Uzaqda  şimşək çaxır).  İstəyirsən bu saat belə eləyim göy 

guruldasın. 

Əlini qaldırır və dərhal göy gurultusu eşidilir. 

Kamil lap mat-məəttəl qalıb. 

Murad Kamili qaldırır, atıb-tutur, yerə qoyur. 




 13 

…Aydın günəşli bir gündür. Solmazla Kamil qumluqdadırlar. 

Solmaz xəstə görkəmli bir uşaqdır. 

Kamil: 

—Sən niyə ayaqlarını quma basdırırsan? 



Solmaz: 

—Mənim ayaqlarım əyridir. Atam deyir ki, quma qoysan düzələr. 



Kamil: 

—Gəl quyu qazaq. 



Solmaz: 

—Qazaq. 


Kamil və Solmaz quyu qazırlar. Murad onlara yaxınlaşır. 

Kamil: 

—Sən böyüyəndə kim olacaqsan? 



Solmaz: 

—Bilmirəm. 



Kamil: 

—Mən bağban olacağam. 



Murad: 

(onlara yaxınlaşır). Baban kimi, hə? Bəs balıqçı olmaq 

istəmirsən, atan kimi? 



Kamil: 

—Balıqçı da olacam, bağban da. 

Murad 

—Yox, qoçaq, sən ondansa neftçi ol.  Çünki sən böyüyənə qədər 



burda nə bağ qalacaq, nə bağban. 

Kamil: 

—Niyə? 


Murad: 

—Niyə? Çünki biz bu saat hər yerdə neft tapırıq. Bütün bu bağlar 

da gedəcək gurupbultuyla. Hər yan neft olacaq, neft. 

Kamil: 

—Neft nədir? 

—Eh, bilmirsən neft nədir? Neft… bax, bu torpağı görürsən, 

bunun altı dolu neftdir.  

Murad çöməlib onların yanında oturur və gülümsünərək tez-tez 

torpağı qazmağa başlayır. 

—Bax, bu saat buranı qazacam, neft çıxacaq. 

Kamilin gözləri bərələ qalıb. Gah Murada, gah onun əllərinə, gah 




 14 

qazılıb dərinləşən "quyuya" baxır. Kamilin üzündə  təəccüb ifadəsi 

təlaşla, nigarançılıqla  əvəz olunur. "Quyu" get-gedə  dərinləşir. 

Kənara atılan topraq təpəciyi böyüyür. Murad indi üzüqoyulu uzanıb 

qalır. 

Birdən Kamil hönkürüb yerindən sıçrayır, ağlaya-ağlaya evə tərəf 



qaçır. 

—Ana, ay ana. — Gülsümün üstünə atılır. 

İstəmirəm… mən istəmirəm… neft… mən qorxuram. 

Murad bu gözlənilməz hərəkətdən özünü itirən kimi olur. Pərt-

pərt gülümsəyərək onlara yaxınlaşır. Kamil anasına sığınır. 

Murad: 

—Ay axmaq, nədən qorxursan? Neftin nəyindən qorxursan? Bax. 

Cibindən kiçik alışqan çıxarır, yandırır. Kamil hələ  də  ağlaya-

ağlaya eyni zamanda maraqlanır. 



Murad: 

Görürsən?  (Söndürür, yandırır) Bilirsən bu niyə yanır? Çünki 

burda benzin var. Benzini də neftdən düzəldirlər. Başa düşdün, hə, 

daha onda ağlama. 

Kamil Muradın  əlindəki alışqanın alovuna baxır. Odun musiqi 

teması səslənir. 

Murad odu söndürüb alışqanı Kamilə uzadır: 

—Al, ancaq itirmə… Al, al, yoxsa bax, vermərəm. 



*** 

Kamil qayalıqlara tərəf gedir. Qaya rəsmləri: ov səhnələri, yallı, 

avarçılar. Kamilin əlində  səbət var. Kamil qayaların arasıyla gedir, 

diqqətlə qayaların altına baxır, nə isə axtarır. Birdən qayanın 

ardından gələn Muradla Solmazı görür. 

Murad: 

(Təəccüblə) Neylirsən burda? 

—Anam məni yumurta almağa göndərib bazara. 

Murad: 

—Bazar ki, o tərəfdədir. 



Kamil: 

—Bazarda yoxdur yumurta. Amma burda mən özüm  o gün 

görmüşdüm. Qayanın altında.  İndi tapa bilmirəm…  (Axtarır və 

birdən sevincək) hə, budey! 

Murad:  

(Onun  əlini tutur) Dayan görüm. Ədə, bu göyərçin 




 15 

yumurtasıdır. Dəymə bunlara. Bunlardan göyərçinlər çıxacaq, 

uçacaqlar göyə. Yavaş, bastalama. Ay səni, görmürsən göyərçin 

yumurtalarıdır. 

Solmaz pıqqıldayıb gülür. 

Kamil: 

—Onda bir dənəsini götürürəm. 



Murad: 

—Dedim ki, olmaz. Sən indi bir yumurtanı götürüb sındırsan, 

sonra göydə göyərçinlərin biri az olacaq. Bildin? 

Solmaz: 

—Ata, bu yumurtalardan quşlar çıxacaq? 



Murad: 

—Hə, qızım. Yumurtaları  sındırıb çıxacaqlar, sonra da uçub 

gedəcəklər, ey… bax, ora. Eşitməmisən, deyirlər ki, çox yerdə yatan 

yumurtalar göydə uçan quş olub. Yaxşı, gedək evə. 



*** 

Kərim baba ağacları sulayır. 



Murad: 

—Kərim kişi, deyirsən yəni bunlardan bir şey çıxacaq? 



Kərim: 

(çiynini çəkir) nə deyim, vallah, hər şey allahın ixtiyarındadır. 

—Yaxşı, neçə ildən sonra məhsul verər? 

—Nə deyim, on ildən — on beş ildən. 



Murad: 

(sükutdan sonra) Neçə yaşın var Kərim kişi. 

—Yetmişi keçmişəm  (dik Muradın gözlərinin içinə baxır)

Eşitmisən: əkiblər yemişik, əkək yesinlər. 



*** 

Murad, Kamil və Solmaz qayalığa tərəf gedir və… sınmış 

yumurtaları görürlər. 

Murad: 

—Baxın. 


Yumurtadan təzə  çıxmış balaca göyərçinlər güc-bəlayla hərəkət 

edirlər. Bu zaman qayanın dibindən ana göyərçin və başqa 

göyərçinlər havaya uçurlar. Onlar get-gedə yuxarı uçurlar. Göyün 

açıq fonunda görünürlər. Səmanın musiqi teması səslənir. 

İnsanlar — Kamil, Solmaz, Murad həsədlə göyərçinlərə baxırlar. 

Kamil: 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə