Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə5/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   2   3   4   5   6   7   8   9   ...   167

 16 

(Balaca göyərçinləri göstərir) bunlar da uçacaqlar, hə? 



Murad: 

—Lap yəqin. Bir vaxt gələcək siz də uçacaqsız. 



Kamil: 

—Biz? 


Murad: 

—Hə, siz. Belə maşınlar düzəldiblər, təyyarə deyirlər onlara. 

Adamlar onlara minib qalxırlar göyə. Hələ onlar azdır, tək-tük. Get-

gedə çoxalacaq, onda hamı uçacaq. 

—Bəs onlar haçan çoxalacaq? 

—Benzin çox olanda. 

—Benzin? 

—Bəli, benzin. Onlar benzinlə uçur. Benzini də neftdən 

düzəldirlər. Mən dedim də  sənə, dünyada hər  şeyin  əsli, bax, bu 

torpağın altındakı neftdir. Onu ordan, torpağın altından çıxartsaq, 

onda biz də bax ora, göyün üzünə qalxacayıq. 

Hər üçü başların qaldırıb səmaya, pərvaz edən göyərçinlərə 

baxırlar. 

…Ayrılıq günü. Muradgil yola düşürlər. 



Murad: 

—Di salamat qalın. Gələn yay yenə gələcəyik. 

Gülsüm 

(Birdən) vay, vay, başıma xeyir, lap yadımdan çıxmışdı. Sən 

allah, bir ayaq saxlayın. Kamil qurban olum, qaç bir su gətir. 



Murad: 

—Əşi, yaxşı sən də. 



Gülsüm: 

—Yox, yox, dünyasında qoymaram. 

Quyu başında. 

Arvadlar növbədə dayanıb. Ağca xala yuxa bişirir. Kamil sərniclə 

qaçaraq gəlir. 

Ağca: 

—Ay sənin qadanı alım, yenə vaxtında gəlməmisən. Yuxam hazır 

deyil. Bir azdan gəl, sənə  təptəzə yuxa verim. Gözlərinin qadasını 

alım, niyə belə töyşüyürsən? 



Kamil: 

—Dayım gedir. Anam dalınca su atmaq istəyir. Növbədəki qadın: 

Gətir bura qabını (vedrəsindən su tökür)



 17 

Gülsüm qonaqların dalınca su atır. Muradgil gedir. Darvaza 

bağlanır. Adi həyat davam edir. 

Gülsüm: 

—Kamil, al bu çayniki, su gətir. 

Kamil çayniki götürüb quyu başına gəlir. 

Ağca nənə yuxa bişirir, qızı ona kömək edir. 



Ağca: 

—Hə, indi əsl vaxtında gəlmisən. Al bu yuxanı.  İsti-isti vur 

bədənə. 

—Yox istəmirəm. 

Əşi, götür deyirəm sənə. Mən özgəsi deyiləm ki. Nəvazişlə 

Kamilin başını sığallayır. Kamil dolu çayniklə evə qayıdır. Gülsüm 

çayniki odun üstünə qoyur. 

Gülsüm: 

—Nədi o elə əlindəki? 

—Yuxadır. Ağca nənə verdi…  Mən istəmirdim… — Güclə 

verdi. 


—Nə olar, Ağca xala özgə deyil ki? Bəs niyə yemirsən? 

—İstidir. 



Gülsüm: 

(əlini vurur) A, doğrudan lap istidir. 

Kamil yuxanın bir tərəfindən dişləyib çeynəməyə başlayır. 

Qışqırıq səsi gəlir. 

—Gülsüm bacı, ay Gülsüm bacı! 

Ağca nənənin qızı qaça-qaça gəlir. Rəngi qaçıb, dili-dodağı əsir. 

—Anamın halı xarab oldu. 

Gülsüm, Ağca xalanın qızı, onların dalınca  Əli və  Kərim baba 

Ağca xalanın evinə  tərəf qaçırlar. Kamil yuxanı  əlində  bərk-bərk 

tutub, ağzındakı tikəni çeynəyə-çeynəyə onların dalınca qaçır. 

Ağca xalanın eyvanına tərəf arvadlar axışıb gəlir. Eyvanda rəngi 

ağappaq olan Ağca xala, daha doğrusu onun meyiti. 

Arvadlardan biri Ağca xalanın qızını görüb bərkdən qışqırır. 

—Gəl ay yazıq, gəl anasız qalan yazıq, getdi anan ey, yetim qalan 

canına qurban olum sənin, ey… Ağca getdi əlimizdən, ey… 

Vay-şivən qalxır. Arvadlar ağı deyib ağlayır. 

Arvadlardan biri yalın ayağını bilmədən qızmar sacın üstünə 

basır, ayağını yandırıb: — Uf-uf — deyə qışqıraraq kənara sıçrayır. 

Kamil bir kənarda mat-məətəl donub qalmışdır.  Əlində yuxanı 



 18 

bərk-bərk sıxır. Özü belə hiss etmədən mexaniki olaraq yuxanı 

dişləyib çeynəyir.  

Kərim: 

—Eh, ölüm gözlə qaş arasındadır. 

Vay-şüvən güclənir. 

(Bu epizod çox mühümdür. Əgər əvvəlki epizodlarda Kamil dünya 

haqqında, həyat haqqında müxtəlif  şeylər öyrənir, mənimsəyirdisə, 

bu epizodda o ilk dəfə ölümlə üz-üzə  gəlir. Uşağın ölümlə ilk dəfə 

rastlaşması həmişə sarsıdıcı olur. Bu gözlənilməz qəfil ölüm, "göz ilə 

qaş arasında olan ani ölüm Kamili xüsusilə sarsıtmışdır. Axı beşcə 

dəqiqə bundan qabaq o, Ağca xalanı sağ və salamat görmüşdü. Axı o 

Ağca xalanın indicə verdiyi hələ soyumamış yuxanı çeynəyir. Ağca 

xala isə artıq yoxdur. Ağca xalanın indicə üstündə yuxa bişirdiyi sac 

hələ  qızmardır, hələ yalın ayağı yandıra bilir. Ağca xala isə artıq 

yoxdur). 

Kamil öz evlərinin eyvanında oturub, düşüncəyə dalıb, hələ sona 

qədər anlaya bilmədiyi hadisənin təsiri altındadır. Hava qaranlıqlaşır. 

Arvadların ağlayıb-zarıdıqları uzaqdan eşidilir. Kamil durub gəzişir

bağa düşür, bağdan çıxıb qayalığa tərəf gedir. Ancaq bu səslərdən, 

ağılardan, oxşamalardan qaça bilmir. Bu səslər, bu sözlər onun 

qulaqlarını, qəlbini, içini doldurmuşdur. Qaya rəsmləri, yas 

mərasimlərinin rəsmi, əllərini göyə qaldırmış qadın rəsmləri fonunda 

ucadan ağı deyən qadın səsi: 

Mən ölsəm sənə qurban, 

Sən ölmə yazığam mən. 

…Səhərdir. Ağca xalanın meyidi qara kəcavə üstündə. Kəcavə 

kişilərin çiynində. Dəfn mərasimi. Qabaqda ağır addımlarla qara 

geyimli, qara qapalı kişilər gedir. Başlarını  aşağı sallamışlar. Kişi 

molla avazla oxuyur. Kişilər onun səsinə səs verirlər. Arxadan qara 

çadralı arvadlar gəlir. 



(Həyatın gündəlik axınına daxil olmuş  rəng kontrastlarıyla da 

verilməlidir… Bozumtul, əhəng-kül rəngli kəndin küçələri, divarları, 

evləri fonunda zil qara dəfn mərasimi — qara kəcavə, qara geymiş 

adamlar). 

Kənd qəbiristanlığı. Əyri-üyrü, müxtəlif biçimli, müxtəlif rəngli, 

müxtəlif "yaşlı" baş daşları. Yenicə qazılmış qəbrin müdhiş çuxuru. 

Qəbrin yanında təzə topaq təpəciyi. 

Kamil diqqət və maraqla bütün bu şeylərə baxır… küçələrə



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə