Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə6/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   2   3   4   5   6   7   8   9   ...   167

 19 

adamlara, qazılmış qəbrə, torpaq təpəciyinə. 

Meyidi qəbrə salırlar. Arvadların vay-şivəni güclənir. 

Ağca xalanın qızı özünü qəbrin üstünə atır: 

—Yox, yox, yox, yox… qoymaram… Məni də onunla basdırın, 

məni də… 

Arvadlar bir təhərlə onu kənara çəkirlər. 

Kişilər bel götürüb qəbrə torpaq tökürlər. 



Kərim baba (Kamili görüb): sən burda neyləyirsən? Çıx get evə. 

Bura uşaq yeri deyil. Gəl bura, yaxşı, mən də gedirəm. 

Kamilin əlindən tutub qəbristanın içiylə gedirlər. 

Qəbirlərin birinin yanında Kərim baba dayanır. Fikirli-fikirli 

qəbrə baxır, sonra Kamilə müraciət edir: 

—Nənən rəhmətliyin qəbiridir. Nənən yadına gəlir, Kamil? 

Kamil cavab verməmiş özü cavab verir: — Amma  hardan yadına 

gələcək. O vaxt iki yaşın olardı  (köksünü ötürür) Eh, deyir, "daş 

olsaydım, əriyərdim, torpaq idim dayandım". Gedək bala. 

Adətən az danışan Kərim baba bu gün nədənsə söhbətcil olub. 

Ağca nənənin ölümü ona görünür, çox ağır təsir edib və indi Kamillə 

danışarkən o sanki müsahibinə müraciət etməkdən artıq özü-özünə 

danışır, qayğılarını, dərdi-qəmini öz-özünə danışır. 

Kərim: 

—Hamımızın axırı bax, bu qara torpaqdadır. Hamımız ölüb bura 

gələcəyik. 

Pauza. 


Kamil: 

—Baba, hamı öləcək? 

—Hamı, bala, hamı. Yer üzündə nə qədər məxluq var hamısı. 

—Bəs niyə? 

—Onu bir yaradan bilir, bala (Pauza). 

—Baba, mən də öləcəm? 

Kərim baba sanki fikirlərindən ayrılır, müsahibinin kim olduğunu 

xatırlayır və dərhal ayrı tərzdə deyir: 

—Yox, sən ölməyəcəksən. 

—Niyə? 


—Sən böyüyənəcən elə bir şey tapılacaq ki, adamlar ölməsin. 

(Pauza) 

—Baba, bəs sən öləcəksən? 

—Mən öləcəm, bala, öləcəm. 




 20 

—Bəs deyirsən elə şey tapılacaq ki, adamlar ölməyəcək. 

—Ona mənim yaşım çatmaz, bala. Onu tapanacan mən ölərəm. 

Amma sən hələ balacasan. Bütün ömrün irəlidədir. Sən böyüyənə bir şey 

tapılar. Mənim ömrümə az qalıb. Lap az… 

Onlar gedirlər. Qəfildən Kamil qəbir daşlarının birinin üstündə 

şəkil görür (məlum olduğu kimi Qobustan kəndlərinin birinin 

qəbiristanlığında qəbir daşlarının üstündə  şəkillər çəkilmişdir. 

Samovar şəkli, at şəkli, tikiş maşınının şəkli və s.). 

Kamil bu şəkillərə böyük maraqla baxır. 

—Baba, bəs bunlar nədir? 

Kərim: 

—Bunlar  şəkillərdir. Bizim kənddə belə adət var. Qəbir daşının 

üstündə şəkil çəkirlər. 

—Bəs bu nədir? 

—Özün görmürsən? Atdır. Bu, Zülfüqar kişinin qəbiridir. 

Rəhmətlik mehtər idi. 

—Bəs bu nədir? 

—Bu, çayçı Məmmədin qəbiridir. Görürsən, samovar çəkiblər. 

—Bəs bu? 

Bu, tikiş maşınıdır. Bir zinger Sadıq vardı. Dərziydi. Paltar 

tikərdi. Onun qəbridir. 

Söhbət  əsasında biz qəbir daşları üstündəki bu deyilən və başqa 

şəkilləri görürük. 

Ağca xalanın qəbri tərəfindən ağlaşma səsi güclənir. Qəbir 

torpaqla doldurulub. Adamlar dağılışır. 

Kamil: 

—Baba, bəs Ağca nənənin qəbrində nə çəkəcəklər? 

—Nə bilim, ay balam. Bəlkə çörək  çəkdilər. Axı o çörək 

bişirirdi. Torpağı sanı yaşasın, yaxşı arvad idi. 

Kamillə Kərim baba qəbirlərin arasıyla gedirlər. 

Kamil: 

(Şəkilsiz qəbir daşını göstərir) baba, bəs burda niyə heç nə 

çəkilməyib? 

Şəkilsiz qəbir daşları… Biri, ikisi, üçü, dördü… 



Kərim: 

—Yəqin bu elə adamların qəbiridir ki, onlar belə bir iş görməyib. 

Onların heç bir işi heç kəsin yadında qalmayıb. Yaşayıblar, ölüblər, 

vəssəlam, heç kəs də yadına sala bilməyib ki, axı bunlar neyləyib. 




 21 

Ölüb gediblər, vəssəlam… Ona görə  də bilməyiblər ki, nə 

çəksinlər… Qoyublar elə belə qalsın. 

Pauza 


Kamil: 

—Baba bəs sənin qəbrində nə çəkəcəklər? 

Kərim baba bir müddət susur, sonra çətinliklə deyir: heç nə… 

—Niyə? 


—Nə bilim… Belə  də… Axı  mən neyləmişəm ki… Axı  mən 

kiməm? Hə, kiməm… bağban? Nə olsun. Meynələr hələ babamdan 

qalıb, mən də elə onlara qulluq eləmişəm. Vaxtında yerini işləmişəm, 

kəsmişəm… Amma nə olsun ki… 

Susaraq addımlayırlar. Sonra Kərim baba yenə sözə başlayır. 

—Bax, o alma ağaclarını gətirmişəm ha, allah eləsin onlar tutsun. 

Böyüsün, çiçək açsın, sonra vallah ölümdən də qorxum yoxdur. 

(Pauza) Allah rəva bilsə, almalar böyük ağac olsalar, onda qəbrimdə 

onların şəklini çəkərlər. 



*** 

İlin fəsilləri dəyişir. 

Payızın sarı yarpaqları tökülür. Meyvələr çılpaqlaşır. 

Qışdır. Qar yağır. Ətraf ağa bürünür. 

Sonra qarlar əriyir. Hələ yaz deyil, amma yazın ərəfəsidir. 

Kərim baba alma ağacının yanında dayanıb, əlində iri qayçı var, 

ağacların artıq budaqlarını kəsir. 

Kamil: 

—Baba, bunları niyə kəsirsən? 



Kərim: 

—Bu bəhərsiz budaqlardır, bala. Bunları  kəsib atmaq lazımdır ki, 

ağac yüngülləşsin, yaxşı böyüsün. Bax, bunu kəsmək lazımdır, 

(kəsir). Bir də bax, bunu. (Qayçını Kamilə uzadır). Al, bunu sən kəs, 

öyrən yavaş-yavaş. 

Kamil qayçını götürüb kəsmək istəyir. 

Kərim: 

—Yox, yox, belə yox. Yavaş ki, tumurcuğu kəsərsən, bax hə, 

tumurcuğu kəsmə. Tumurcuğu kəssən ağac quruyar. Görürsən bu 

tumurcuğu, bu ağacın canıdır. Qoy yaz gəlsin, allah qoysa bunlar 

hamısı açılacaq. (Qürurla ağaclara baxır). Deyəsən tutdular. 

… Kərim baba çarpayıda uzanıb. Xəstədir. 

Həkim onu müayinə edir. Əli də burdadır. Kamil qapının dalından 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə