Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə7/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   2   3   4   5   6   7   8   9   10   ...   167

 22 

baxır. 


Həkim Əlinin qolundan tutub həyətə düşür. Kamil onların dalınca 

gəlib söhbətlərini dinləyir. 



Həkim: 

—Halı ağırdır, səndən nə gizlədim. Yaza çətin çıxa. Mən dərman-

zad verərəm, nə lazımdır eləyəcəm. Amma… (başını bulayır, 

köksünü ötürür) yazıq kişi  əməyinin bəhrəsini görə bilmədi. 

Ağaclara bu qədər qulluq elədi, üzdü özünü. İndi  bu tumurcuqlar 

açanda ölüb gedəcək… Eh dünya, dünya. 

Kamil son cümlələrə diqqət yetirir. Nə barədə isə gərgin düşünür. 

Sonra babası yatan otağa gedir. Çarpayıya yanaşır. Kərim baba 

çətinliklə  əlini qaldırıb Kamilin başını  sığallayır. Kamil pəncərəyə 

yanaşır, nə isə götürür, həyətə düşür, alma ağaclarına yanaşır.  O yan 

bu yana baxır. Sonra əlindəki qayçı ilə alma ağacının tumurcuqlarını 

kəsməyə başlayır. 

Arxadan Əlinin yanaşdığını hiss etmir. 



Əli: 

(təəccüblə) Neylirsən, Kamil? 

Kamil diksinib sıçrayır, atasına tərəf çevrilir: — Tumurcuqları 

kəsirəm. 

—Niyə? 

—Ki… babam ölməsin  (əlinin anlamadığını görüb izah edir) 



həkim  əmi dedi ki, tumurcuqlar açanda babam öləcək, mən onları 

kəsəcəm ki, açılmasınlar, babam ölməsin. Mən istəyirəm ki, babam 

ölməsin. 

Əli Kamilin başını sığallayır. Qayçını ehtiyatla ondan alır. 

—Yox, ay bala, sən düz başa düşmədin. 

Bax, sən bu tumurcuqları  kəssən, onda baban ölər, amma 

kəsməsən ölməz. Sən həkimə inanma, baban ölməyəcək. Amma, sən 

də bunları  kəsmə. Qoy açılsınlar. Qoy ağaclar çiçəkləsinlər. Onda 

baban heç vaxt, heç, heç vaxt ölməz. Başa düşdün? 

—Hə. 


—Ay sağ ol. Gəl gedək eyvana qalxaq. 

Kamili qucağına alır, öpür. Nərdivanla ikinci mərtəbədəki yeni 

eyvana qalxırlar. Əli dənizi göstərir. 

—Ora bax, dənizi görürsən? 

Kamil və Əli dənizə tərəf baxırlar. 

Uzaq üfüqdən dəniz get-gedə yaxınlaşır, bütün ekranı tutur. 




 23 

Dənizin fonunda ekran da yazı görünür. 

 

 

Dəniz boyu 

 

Açıq dənizin hududsuzluğu. 



Yay günü. "Torpaq boyuUndakı hadisələrdən bir il keçib. 

Açıq dənizdə böyük balıqçı qayığı. Qayıqda torlar, duz torbası, 

balıqlarla dolu qutular. 

Qayıqda dörd balıqçı var. Onlardan biri Əlidir. Əli tordan böyük 

ağ balıq çıxarır. Üç cüt avar suları yarır. 

Çılpaq adamsız sahil. Qumlar. Böyük qayalar. Sahildə kiçik bir 

fiqur. Bu, Kamildir. Kamil üfüqə tərəf baxır. Qayığı gözləyir. 

Qayıq sahilə yaxınlaşır. 

Kamil (sahildən qışqırır): Dədə, ay dədə. Murad dayımgil gəlib. 

Qayıq sahilə yan alır. Balıqçılar sahilə  çıxırlar, qayığı dartıb 

quruya çəkirlər, boşaltmağa başlayırlar. 

Əliylə Kamil evə  tərəf addımlayır.  Əlinin çiynində balıqla dolu 

qutu var. 

Balıq böyük tavanın içində. Gülsüm balıq qızardır. 

—Gəlin yeməyə — deyə çağırır. 

Hamı masanın ətrafında əyləşib. Masanın üstündə tavanın içində 

qızardılmış balıq. 

Murad: 

—Əli, deyirəm vallah, dünyada başqa belə dəniz tapılmaz ki, bu 

cür balığı olsun. Can dərmanıdır. Mən ölüm, elə deyil? 

Əli: 

—Elə olmağına elədir. Amma heyf ki, (balığı göstərir) bunun da 

axırına az qalıb. 

Murad: 

(Təəccüblə) Niyə? 

Əli: 

—Özün demirdin ki, Moskvanın, Bakının böyük-böyük alimləri 

dənizin dibində neft axtarırlar. 

Murad: 

—Hə, hə. Nə olar ki? 



Əli: 

—Neftlə balığınkı tutmaz. Neft çıxan kimi balıq tələf olub 




 24 

gedəcək. 



Murad: 

—Əşi nə danışırsan? Dənizdən neft çıxarmağın fəndini 

tapmayacaqlar? 

Əli: 

—Nə bilim? Mən bir təhər başımı girrəyib, ailəmi dolandıracam. 

Amma bax, buna hayıfım gəlir (qutudan nərə balığı çıxarır). Dünya 

gözəldi e… İnişil Moskvadan bir adam gəlmişdi. Balıqlardan kitab 

yazıb. Deyir, bilirsiz bu nədir. Dünyada ən qədim balıqdır, deyir. 

Belə balığı tutanda adamın ürəyi dağ boyda olur. 



Murad: 

—Yadındadır, keçən yay söz vermişdin ki, məni də özünlə dənizə 

aparacaqsan.  

Əli: 

—İstəyirsən lap sabah çıxaq… 



Kamil: 

—Mən də, mən də… 



Gülsüm: 

—Otur yerində, sən hələ balacasan… 



Murad: 

—Niyə? Daha yekə kişidir, maşallah… 



Kamil: 

—Hə. 


Əli: 

—Bu saat bilərik. Bura gəl görüm (qutudan iri  bir balıq çıxarıb 



Kamilə uzadır). Qaldır bunu başının üstünə. 

Kamil bir qədər  çətinliklə də olsa, balığı başından yuxarı qaldırır. 



Əli: 

—Bir də. 

Bu dəfə daha böyük çətinliklə qaldırır. 

—Bir də. 

Kamil hiss edir ki, bu son sınaqdır, var gücünü  toplayıb, balığı 

lap yuxarı qaldırır, bir müddət bu vəziyyətdə donub qalır. 



Əli: 

—Hə, oldu. İndi səni dənizə çıxarmaq olar. 

Kamil Solmazın yanında qürrələnir. 

Səhərin erkən çağı. Əli, Murad, Kamil başqa balıqçılarla birlikdə 

iri qayıqda açıq dənizə çıxırlar. Sahildən iki başqa qayıq da aralanır. 



 25 

Murad: 

(Əliylə) Deməli, sən də balıqçı olacaqsan. 



Kamil:  

—Hə. 


Əli gülür. 

Qayıq açıq dənizdədir. Avarlar aram-aram suyu yarır. Göz 

işlədikcə işləyən açıq dəniz, əngin səma. Açıqlıq, sakitlik, genişlik… 

Kamil ovcundakı alışqanı gizlincə Murada göstərir. 



Murad: (Təəccüblə) hələ itirməmisən? Ay sağ ol. Özünlə dənizə 

də götürmüsən.  



Əli (Ayağa durur): Yaxşı vaxtdır. Toru sağdan atın.  

Balıq ovu başlayır.  Əsas işləyən  Əli və iki başqa kişidir. Murad 

onlara kömək edir. Kamil maraqla tamaşa edir.  

Balıqçılar toru çəkirlər, balıqları iri qutuya boşaldırlar.  

Taxta qutuda saysız-hesabsız xırda balıqların sayrışan gümüşü 

pulcuqları. Onlar hələ çabalayırlar, gümüşləri günəşin şüaları altında 

bərq vurur. Balıqçılardan biri duz torbasının ağzını açır.  İki  əliylə 

duz götürüb ovuc-ovuc qutuya səpir. Və  dərhal da qutunun içində 

çırpınan, çabalayan həyat əbədi bir hərəkətsizliyə, yoxluğa qərq olur

yatır… 


Sahil: Gülsüm evdədir.  

Qəflətən külək qopur. Gülsüm eyvana çıxır. Külək  şiddətlənir. 

Gülsümün gözlərində həyəcan artır, güclənir.  

Dəniz: Şahə qalxmış dalğalar qayığı adicə bir taxta parçası kimi 

ora-bura atır.  

Balıqçılar mətanət və  təmkinlə avar çəkir, sahilə çatmağa cəhd 

edirlər.  

Kamilin halı lap xarabdır. Murad bir əliylə onu sinəsinə sıxıb, o 

biri əliylə avar çəkir.  

Külək get-gedə şiddətlənərək əməlli-başlı fırtınaya çevrilir. 

Qadınlar, uşaqlar, qocalar, dənizdəkilərin ailələri axışıb sahilə 

tərəf gəlirlər. Gülsüm də sahilə tərəf tələsir.  

Qayıqda balıqçılar nəhəng dalğaları yarıb keçməyə çalışırlar. 

Çılpaq sahil. Güclü dalğalar zərblə qayalara çırpılır, çiling-çiling 

olub dağılırlar. Qaya üstündəki rəsm aydın görünür: avarçılar 

qayıqda. Qumlar havaya sovrulub.  

Sahildə adamlar həyəcanla dənizə tərəf baxırlar. Külək qadınların 

çadralarını dartıb aparmaq istəyir, saçlarını qarışdırır.  



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə