Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə8/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   4   5   6   7   8   9   10   11   ...   167

 26 

Dəniz: Dalğalar az qala qayığı çevirəcək. Dəniz dalbadal iki 

qayığı sahilə  vıyıldadıb atır. Adamlar qayıqlara tərəf cumurlar, 

balıqçılara sahilə çıxmağa kömək edirlər.  

İndi dənizdə ikicə qayıq qalıb. Gülsüm dəhşətlə sahilə atılan taxtalara 

baxır — bu qayığın qırıqları və avar parçalarıdır. 

Qadınlardan biri dəhşətlə qışqırır: 

—Bu mənim ərimin qayığıdır. Mən tanıyıram. Ərimin qayığıdır.  

Onun qışqırığına başqalarının səsi də qarışır. Arvadların ağlaması 

dənizin nərəsinə qarışıb itir.  

Gülsüm ağlayır. Sahildə o yan bu yana qaçır. 

İri bir dalğa  Əligilin qayığını amansızcasına sahilə  tərəf aparır. 

Biz nəhəng müdhiş bir qayanın qayığa yaxınlaşdığını görürük. Bizə 

elə gəlir ki, qayıq qayanın deyil, qaya özü qayığın üstünə gəlir. Sanki 

qaya bütün ağırlığı  və  zəhmiylə qayığın üstünə  yıxılır. Dəhşətli bir 

zərbə. Qayıqdan yalnız taxta-tuxta parçaları qalır. Sahildəki adamlar 

dənizə girib balıqçıları xilas etməyə çalışırlar. Budur, balıqçılardan 

birini çıxarırlar.  

Gülsüm:  Oğlum ordadır. Kamil, — deyə  dəli kimi çığırır. 

Yalvarıram, ayağınızın altında ölüm, qurbanınız olum, qurtarın. 

Onları, Kamili… Əlini… Muradı…  

Əlini sahilə  çıxarırlar. O, huşunu itirmişdir. Başqa bir balıqçı 

çətinliklə sahilə çıxır. Ətrafına boylanır və yoldaşlarına kömək etmək 

üçün təzədən dənizə atılır.  

Onu qayalara çırpmaq istəyən dalğalarla çarpışaraq Muradı  və 

Kamili axtarır.  

Murad bir əliylə qayanın ucundan sallanıb qalıb. O biri əliylə 

Kamili sallayıb. Hiss olunur ki, son qüvvəsi tükənməkdədir. Balıqçı 

onlara tərəf atılır.  

Murad son gücünü yığıb Kamili balıqçıya tərəf uzadır və  həmin 

anda qayadan dənizin girdabına yıxılır, dalğaların altında qalıb 

görünməz olur, itir.  

Balıqçı çətinliklə üzə-üzə Kamil sahilə çatdırır. Sahildəki adamlar 

onun köməyinə çatırlar.  

—Kamil, qurbanım olum, bala, — deyə Gülsüm oğluna tərəf 

atılır. Qurban olum sənə — deyə balıqçıya tərəf dönür.  



Balıqçı: — Onu Murad saxlamışdı. Murad orda qaldı, deyə dənizi 

göstərir və yenidən dənizə atılır.  

Gülsüm Kamili qucaqlayır, bağrına basır, öpür. Kamilin bərk-



 27 

bərk sıxılmış yumruğunun içində alışqan…  

Balıqçılar qayaların ətrafında Muradı axtarırlar.  

…Bəlkə bir saat keçib. Bəlkə daha artıq. Adamlar əvvəlki kimi 

sahildə dayanıblar. Arvadlar, bərkdən ağlayır. Əli də başqa kişilərlə 

birlikdə dənizdə Muradı axtarırlar. 

Gülsüm Kamili bərk-bərk bağrına basıb dənizdən qoruyur. 

Dənizdən kişilər çıxırlar. Onlar ağır-ağır başlarını yelləyirlər. 

Daha heç bir ümid yoxdur.  

Gülsüm: Yox, yox… Xaraba qalsın bu dəniz… Görüm onun 

suyu qurusun. Dünya dağılsa da qoymaram bir də səni bu dənizə…  

Sahil. Donub qalmış adamların kədərli görkəmləri — balıqçılar, 

arvadlar, Əli, Gülsümlə Kamil.  

Hamıdan bir qədər kənarda kiçik bir fiqur — donub qalmış 

Solmaz…  

…Aydın günəşli bir gün. Sakit dəniz. 16 il keçib. Dəniz xeyli 

çəkilib, vaxtilə qayığın toxunub parçalandığı o dəhşətli qaya indi 

quruda ləpədöyəndən çox uzaqda bir məsafədə sakit-sakit dayanıb.  

Sahildə 23 yaşında  şümal boylu qız dayanıb. Bu Solmazdır. O, 

həyacanla dənizə baxır.  

Kamera onun baxışlarının istiqamətində baxır… və biz dənizin 

uzağında gah görünən, gah itən kiçik bir nöqtəni görürük. Kamera 

bizi bu "nöqtəyə" yaxınlaşdırır və biz dənizdə çimən gənci indi 

yaxından görürük. Bu, 23 yaşlı Kamildir.  

O, üzüb çox uzağa getmişdir. Buradan sahildə dayanmış Solmazı 

görmək olmur. İndi Solmaz da Kamili itirir və həyəcanla qışqırır.  

—Kamil, ay Kamil, Kamil hey!… 

Bəlkə Kamil bu səsi eşitdi. Bəlkə də yox, hər halda indi o sahilə 

tərəf üzür. 

Sahilə çıxır, təəccüblə Solmaza baxır.  

—Sən burda neylirsən? 

—Niyə belə uzağa gedirsən? Elə qorxurdum ki.. 

Kamil  (bədənini dəsmalla silərək): Sakit havadır, nə olub ki… 

Dalğa-zad yoxdur.  



Solmaz (yavaşdan): Bu həmin o yerdir.  

Kamil: Yox əşi, gör dəniz nə yaman çəkilib e.  

Solmaz: Qayıq bax bu qayayla toqquşmuşdu. Mən lap yəqin 

bilirəm.  

Kamil başını qaldırıb qayaya baxır. Qayanın üstündəki rəsm: 



 28 

avarçılar qayıqda: Və birdən sahildəki bu dinc qaya gərgin musiqi 

akkordlarının sədası altında yenidən nə isə  dəhşətli və müdhiş 

görünür. Sanki o indicə Kamilgilin başına uçub onları xurd-xəşil 

edəcək, əzəcəkdir.  

Kamil  (yavaşdan):  Hə, yadımdadır. Deyəsən bax, bu yerdən 

yapışmışdı.  

Kamil başını qaldırır və birdən qayanın təpəsində oturub şəkil 

çəkən qızıl görür.  

Kamil təəccüblə qıza baxır. 

Solmaz: Hər il bu gün bu qayanın yanına gəlirəm. Başqa adamlar 

qəbiristanlığa gedən kimi. 

Solmaz birdən diqqət edir ki, Kamil onu dinləmir.  

Kamil: Kimdir bu?  

Kim? Hə, o qızı deyirsən… Rəssamdır. Yayı bura gəlib işləməyə. 

Dənizi çəkir. Gedək evə. 

—Gedək. 


Əlinin evi. 

Gülsüm eyvandadır.  Əli gəlir. O yorğun və  qəmlidir.  Əlindəki 

zəmbil bom-boşdur.  

Əli: Yenə bir şey çıxmadı. Bilmirəm mən qocalmışam, ya balıq 

yoxa çıxıb.  



Gülsüm: Yox, bu il hamı  sənin günündədir. Qonşunun arvadı 

deyir ki, əri… 



Əli: Balıqçün indi gərək uzağa gedək. Mənim bu köhnə 

qayığımla hara çıxacağam.  

Solmazla Kamil kənd küçələriylə evə sarı gedirlər.  

Solmaz: Axı sən niyə razılıq verdin?  

Kamil:  Ay  hay,  razılıq verdim? Əşi, mən özüm yalvarıb-

yaxarırdım. Dənizdə quyu qazmaq heç bilirsən nə deməkdir? 

İnstituta girəndən istəyim-arzum elə bu idi də..  

Kamil həmin alışqanı çıxarır, papirosunu odlayır.  



Solmaz  (Baxışlarını alışqandan ayırmadan, yavaşdan): 

Rəhmətlik atam da dəniz neftçisi olmaq istədi.  



Kamil: Hə, yazıq… 

Solmaz  (köksünü ötürür):  İki-üç günə  mən də gedirəm.  (Pauza) 

Bilirsən təklif eləyirlər ki, qalıb buradakı xəstəxanada işləyim.  

Kamil papirosunu sümırür. 

Solmaz:  Mən bilmirdim ki, sən də  işləməyə bura gələcəksən 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə