Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə9/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   5   6   7   8   9   10   11   12   ...   167

 29 

(Pauza).  Mən nə isə Bakıya alışmışam.  Ancaq həkim burda da 

lazımdır da… (Pauza) Necə bilirsən, bəlkə  mən razı olum, qalım 

burada işləyim.  

Kamil: Nə deyim, vallah… hər halda özün necə istəyirsən elə et.. 

Əlbəttə, bura Bakı deyil, amma… 

Açıq dənizdə  kəşfiyyat buruğu. Dənizi buruğun metal haçaları 

arasından görürük.  

Kamil və dörd fəhlə buruqdadırlar.  

Kater buruğa yaxınlaşır. Katerdə ikinci növbənin işçiləri gəlir.  

İkinci mühəndis (katerdən): Bir şey var? 

Kamil yorğun-yorğun başını bulayır.  

Növbə dəyişir, Kamil katerə atılır. Kater sahilə tərəf üzür.  

Əlinin evi, Kamil çarpayıda uzanıb papiros çəkir.  



Gülsüm: Uşaq lap üzülüb. 

Əli dinmir.  



Gülsüm: Əli, dilim-ağzım qurusun, elə bil uşağa cadu eləyiblər. 

Elə bil bu buruq zəhrimardan başqa heç nə görmür, heç nə eşitmir.  



Əli: Babasına çəkib. Babası rəhmətlik yadında  deyil. 

İşə uyanda dünyayi-aləm gözündə olmazdı.  



Gülsüm: Solmazı da ki, deyəsən heç görmür.  

Əli: Min kərə demişəm sənə, o məsələni birdəfəlik başından 

çıxar. Tutan iş deyil. Uşaqlıqdan bacı-qardaş kimi böyüyüblər. Ona 

bacı gözüynən baxıb. İndi onu ala bilər?  

Gülsüm: Bəs axı qız yazıq necə olsun? Görmürsən şama dönüb. 

Kamil otaqdan çıxır, Gülsüm dərhal susur.  

…Axşamdır. Kamil, Solmaz, Əli və Gülsüm eyvandadırlar.  

Gülsüm: Axır ki, hamımız bir yerə yığıldıq… 

Kamil  (yorğun):  Dədə, sənin işlərin necədir? Dənizdə bir şey 

tapırsan?  



Əli:  Dəniz daha mənim deyil ay bala. İndi sizindi o. Buruqları 

düzmüsüz yan-yana, balıq hardan qalacaq? Hamısı başını götürüb 

qaçıb uzağa. (Pauza) Əjdər kişiynən danışmışam, qayığımı satıram.  

Gülsüm: Yəni lap axır sözündür?  

Əli: Bəli. Daha neynirəm o qayığı? Goruma aparmayacağam ki? 

Dənizdən də bir şey çıxmır (Kamilə tərəf işarə edir). İndi də neftin 

dövranıdır. Çöl-biyaban bəs eləmədi. Deyir indi dənizin dibindən də 

gərək nöyüt çıxardaq.  



Kamil:  Bəli tapacayıq da, çıxardacağıq da. (Əliylə  ətrafı 


 30 

göstərir). Buranın altı qızıldır. Hər yerdən neft çıxardacağıq. 

Gülsüm: Ay bala, avazın yaxşı  gəlir, meynələr, ağaclar nə 

olacaq? Neft çıxsa bunlar zay olub gedəcək axı. 



Kamil: Olur-olsun. Neft bilirsən nə deməkdir? Qızıldır neft, 

qızıla bərabərdir. Meynə-zad nədir onun yanında?  



Əli: Belə çıxır ki, bunlar bu əbavü-əcdadımızın əməyi puç imiş, 

bütün bunlar nahaq yerə əkib yetirilib.  



Kamil: Əbavü-əcdad! Ə kişi, heç əbavü-əcdadın yeridir? Nə gün 

görüb sənin  əcdadın ki, hələ bir danışırsan da… Bu daxmamızdan 

başqa nə görüblər? Eh kaş geoloqların sözü düz çıxaydı. Neft çıxsın, 

gör bura necə dəyişir? Yollar, evlər, əsil şəhər… Tamam başqa aləm 

olacaq.  

Gülsüm: Görürəm sənin aləmini. Odey arvadlar danışır ki, 

Qumluyurdda neft tapılıb, indi mazut əlindən dənizdə paltar yumaq 

da olmur.  

Kamil: Neft çıxan yerdə mazut da olacaq, məlum məsələdir.  

Solmaz: Demək burda da neft çıxsa dənizdə çimmək olmayacaq. 

Lap yaxşı olar. Lap əntiqə.  



Əli: Bəli… bəli… Əntiqə günlərimiz hələ qabaqdadır.  

Füsunkar Abşeron axşamı. Sakitlik, səssizlik, dinclik. Astadan, 

tələsmədən söhbət edirlər.  

Birdən bərkdən it hürür.  

Əli təəccüblə qaranlığa baxır.  

Kamil: Gedim görüm nə olub? (İti çağırır) Toplan.  

Kamil qaranlığa gedir. Dayanır. Boylanır. Dinləyir.  İt irəli 

cummaq istəyir. Qız səsi eşidilir.  

—Oy! — Görünür o əməlli-başlı qorxub. Kamil tez itin xaltasını 

çəkir.  

—Kimsən? 

Qız səsi: Deyəsən mən azmışam. Ağcanın evinə tərəf getməliyəm.  

Kamil: Dayanın bu saat.  

O səs gələn tərəfə gedir. Alışqanını yandırır. Onun işığında qızın 

sifətini görürük. Bu bayaq qayanın tərkində oturub şəkil çəkən qızdır 

(onun adı Sevdadır).  

Kamil: Sizsiz? 

Sevda: Siz məni tanıyırsınız ki?  

Kamil: Dünən görmüşdüm sizi. Qayanın üstündə oturub şəkil 

çəkirdiniz.  




 31 

Sevda: Hə… Mən də indi tanıdım sizi. Siz dənizdə çimirdiniz, uzağa 

getmişdiniz. Bir qız elə hey qışqırırdı, Kamil, Kamil… 



Kamil: Hə. 

Sevda:  Mən bu gün də işləyirdim, heç bilmədim qaranlıq haçan 

düşdü. İndi də deyəsən azmışam.  



Kamil: Bu saat mən ötürürəm sizi.  

Meynəliklərin sırasıyla gedirlər.  



Sevda: Bu gün dənizin qırağında qəribə bir şey tapmışam. Budey, 

bax, bu balıqqulağını. Alın bir qulağınıza qoyun.  

Kamil qəribə bir hərəkətlə (biz bu hərəkəti vaxtilə Kərim babada, 

sonra  Əlidə görmüşük) sağ  əliylə balıqqulaqlarını götürüb sol 

qulağına qoyur. Kamillə birlikdə biz də balıqqulağının içindən 

dənizin səsini eşidirik.  

Kamil: Dəniz səsi… 

Sevda:  Nə  qəribədir. Belə niyə götürürsüz. Bu biri əlinizlə 

götürün də. Axı belə narahatdır.  



Kamil: Mənə belə rahatdır.  

Sevda (Balıqqulağını alıb öz qulağına tutur): Siz Bakıdansınız?  

Kamil: Yox buralıyam. Bakıda oxumuşam.  İndi yenə burda 

işləyirəm. Neftçiyəm. Adım da Kamildir.  Tanış olaq da.  



Sevda: Olaq. Mənim adım Sevdadır.  

Kamil:  Gəlib çıxdıq.  Bu  da  Ağca nənənin evi. Gecən xeyrə 

qalsın. 


Sevda: Xeyrə qarşı. 

Kamil öz evlərinə  tərəf qayıdır. Ağcagilin evindən isə Sevdanın səsi 

eşidilir. Sözləri ayırmaq olmur, ancaq səsi, gülüşü eşidilir.  

Kamil eyvanda uzanıb, ancaq hələ yatmayıb. Gözləri açıqdır. Başı 

üstündəki ulduzlu səmaya baxır.  

Solmaz (pıçıltıyla): Yatmısan? 

—Yox. 


—Kim idi? Kimlə danışırdın? 

—Əşi, həmin o rəssam qız idi. Azmışdı.  

Kamil papirosunu odlayır. Sükut.  

Solmaz: Nə fikirləşirsən? 

—Heç, elə belə… 

—Denən də, nə olar, nə barədə fikirləşirsən axı?  

—Nə barədə? Deyirəm bax, bu cənub tərəfdə neft tapıblar. 

Şimalda da. Demək neft kəməri mütləq burdan keçir. Burda olmaya 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə