Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə1/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16


STEFAN ŞVAYQ 

BİR  QADININ  HƏYATINDAN İYİRMİ  DÖRD  SAAT. 

 

 

O zaman, hələ müharibədən on il əvvəl yaşadığım Riverdəki pansionatda bir dəfə 



süfrəmizin başında qızğın bir mübahisə düşdü. Mübahisəmiz elə kəskinləşdi ki, az 

qala, kinli hədələr, hətta dalaşma ilə bitəcəkdi. Adamların çoxu zəngin təsəvvürlü 

adamlar deyildi. Haradasa kənarda onlara bilavasitə aid olmayan, onları təngə 

gətirib, zəhlələrini tökməyən bir hadisə baş verirsə, bu onların hisslərinə heç 

toxunmur, onları narahat etmir. Yox, əgər əhəmiyyətsiz bir hadisə düz onların 

burunlarının ucunda baş verirsə, heysiyyətlərinə toxunursa, o saat mənlikləri cuşa 

gəlir. Belə hallarda adamların bir növ səbir kasaları dolur, qarşısıalınmaz, özü də 

lüzumsuz mübahisələr baş verir. 

Bizim o mötəbər məclisimizdə bu dəfə də eynən beləcə oldu; biz nahar zamanı 

adətən small talk* edər, bir-birimizə yüngülcə sataşar, zarafatlaşıb gülüşər, 

xörəkdən sonra isə qalxıb müxtəlif səmtlərə ayrılardıq: alman öz arvadı ilə 

fotoaparatını götürüb gəzməyə gedər, mehriban danimarkalı cansıxıcı balıq ovuna, 

ingilis xanımı kitablarının yanına, italiyalı ər-arvad Monte-Karloya şənlənməyə 

yollanar, mən isə heç yana getməyib tənbəl-tənbəl avaralanardım; gah həsir 

kresloda yellənər, gah da oturub işləyərdim. Amma bu dəfə amansız bir dəyişmə 

baş verdi; hərgah birisi sıçrayıb dururdusa, bu durmaq nəzakətlə xudahafizləşmək 

üçün deyil, əvvəlcə dediyim kimi, son dərəcə ciddi şəkil alan, bu od-alova yenidən 

atılmaq üçün idi. 

Bizim balaca masamıza belə bərk çaxnaşma salmış bu hadisə, əlbəttə, çox qəribə 

hadisə idi. Yeddimizin yaşadığı bu qonaq evi xarici görkəmindən xüsusi    villanı 

xatırladırdı – pəncərədən görünən sahil qayalıqlarının mənzərəsi necə də gözəldi! 

Əslində isə bura böyük «Palas-otel» mehmanxanasının əlavə bir tikilisi idi, 

aralarındakı bağ vasitəsilə bir-birinə birləşirdi, belə ki, biz ayrı yaşasaq da, həmişə 

görüşürdük. Bir neçə gün bundan əvvəl otelimizdə böyük bir qalmaqal oldu. 

Günorta saat on iki iyirmi dəqiqə qatarı ilə (mən vaxtı dəqiq göstərməyə 

məcburam, başqa cür mümkün deyil, çünki bu mövzumuz və eləcə də olmuş 




hadisə üçün vaxtın dəqiqliyi xüsusi əhəmiyyət kəsb edir) gənc bir fransız gəldi və 

oteldə üzü dənizə bir otaq tutdu; təkcə bu faktın özü göstərirdi ki, oğlan çox 

varlıdır. O, təkcə səliqəli geyimi ilə deyil, həmçinin yaraşıqlı görkəmi və qeyri-adi 

gözəlliyi ilə də hamının nəzər-diqqətini cəlb etdi: onun qızlara məxsus zərif, 

uzunsov sifəti, ipəkvari açıq-sarı bığları, xoşagələn dodaqları, dalğalı və şabalıdı 

yumşaq saçları,  ağ alnına tökülmüş qıvrım telləri, nəvazişli, məhzun baxışlı 

gözləri vardı; – onun hər yeri gözəldi. Sifəti nəsə yumşaq, həlim bir məsumluqla 

əhatə olunmuşdu. Duruşunda  qurubəylikdən və ədabazlıqdan  əsər-əlamət belə 

yox idi. Uzaqdan və ilk baxışdan bu oğlan moda mağazalarının vitrinlərində əlində 

şux çəlik tutmuş və məğrur-məğrur özünü şüşə arxasından nümayiş etdirən, kişi 

gözəlliyinin ideal timsalı olan müqəvvaları xatırlatsa da, ona yaxınlaşdıqca bu 

təəssürat tamamilə yoxa çıxırdı, çünki onun sifətinə çökmüş sabit səmimiyyət 

(əlbəttə, bu nadir haldır!) təbii və sanki, anadangəlmə idi. Onun hamını səmimi və 

ciddi tərzdə salamlaması, hər bir hərəkətindəki sərbəstliyi və sadəliyi, ehtiram və 

nəzakəti  adama xoş təsir bağışlayırdı. Əgər bir xanım qarderoba yaxınlaşırdısa, o, 

qadının paltosunu tutmaq üçün cəld irəli gedir, gördüyü hər uşağın qəlbini 

mehriban bir baxışla oxşayar, yaxud atmaca sözlərlə dindirib, könlünü alardı, 

özünü xoşrəftar, eyni zamanda, təmkinli aparardı. Sözün qısası, o, öz aydın sifəti 

və gənclik lətafəti ilə hamını özünə əsir etdiyinə əmin olan xoşbəxt gənclərdən idi, 

belə gənclər bu inamı sonralar cazibə qüvvəsinə çevirirlər. Bəli, o, belə bir xoşbəxt 

gənclərdəndi. Onun gəlişi otelin yaşlı və xəstə adamlarına (belələri isə burada 

əksəriyyət təşkil edirdi) xoş təsir bağışladı. Öz təzə-tərliyi, həyatsevərliyi, gənclərə 

məxsus təravətli təbəssümü ilə hamının rəğbətini qazandı. 

Gələndən ikicə saat sonra o, artıq Liondan gəlmiş varlı fabrikantın qızları – on üç 

yaşlı Blanş ilə tennis oynayırdı. Onların anası incə, zərif və çox təmkinli madam 

Anriet isə yüngül bir təbəssümlə hələ pərvazlanmamış quşcuğazlarının bu yad 

oğlan qarşısında necə də əzilib-büzüldüklərini  süzürdü. Axşam o, təxminən, bir 

saat bizim şahmat oynamağımıza tamaşa etdi, arabir də əyləndirici tərzdə bir çox  

məzəli lətifə söylədi, sonra şən qəhqəhələr içində madam Anriet ilə gedib sahildə 

uzun müddət obaş-bubaşa gəzişdi. Həmin vaxt madam Anrietin əri isə, həmişəki 

kimi, öz tanışı ilə domino oynayırdı; axşamdan xeyli keçmiş mən onun otelin 

katibəsi ilə qeyd bürosunun qaranlığında gizli-gizli mırt vurduğunu eşitdim. Ertəsi 

gün səhər o, mənim otaq yoldaşım danimarkalını balıq ovuna yola saldı, eyni 

zamanda öz valehedici biliyini nümayiş etdirdi, sonra qayıdıb, Liondan gəlmiş 




həmin fabrikantla siyasətdən uzun-uzadı söhbət etdi, görünür, burada da özünü ən 

maraqlı söhbətcil kimi tanıtmışdı, belə ki, səs-küy içərisindən arabir şişman 

cənabın  qəhqəhəli gülüşü eşidilirdi. Nahardan  sonra (mənim hər bir epizodun vaxt 

bölgüsünü belə dəqiq qeyd etməyimin əsas məqsədi vəziyyəti daha aydın təsəvvür 

etmək üçündür) o, yenə də bir saata qədər madam Anrietlə bağda əyləşib, qara 

qəhvə içdilər, sonra Anrietin qızları ilə tennis oynadı, otelin vestibülündə alman ər-

arvadla bir qədər söhbət etdi. Saat altıda məktub salmağa gedəndə isə mən onu 

vağzalda gördüm. O, tələsik mənə sarı yüyürüb, üzr istəyirmiş kimi, dedi ki, onu 

təcili geri çağırıblar, ancaq iki gündən sonra qayıdıb gələcəkdir. Axşam yeməyində 

o, doğrudan da, salonda yox idi, lakin özü olmasa da bütün masalarda yalnız ondan 

danışırdılar, hamı onun xoşagəlim, xasiyyətcə şən olduğunu deyirdi. Gecə saat on 

bir radələrində otağımda əyləşib oxuduğum kitabı qurtarmaq istədiyim vaxt birdən 

bağçaya baxan açıq pəncərədən bağırtı və haray eşitdim, oteldə qəribə bir haray-

həşir qalxmışdı. Güclü maraqdan doğan hədsiz narahatlıqla həmin saat aşağı endim 

və əlli addım getməmiş qonaqları və otelin işçilərini qeyri-adi çaxnaşmada 

gördüm. Əri öz namürlü  tanışı ilə, dəqiq müəyyən edilmiş vaxtda əyləşib, domino 

oynadığı zaman, adəti üzrə, hər axşam sahil gəzintisinə gedən Anriet bu gün 

gəzintidən geri qayıtmamışdı, camaat, yəqin ki, bədbəxt bir hadisə baş verdiyini 

güman edib, vahiməyə düşmüşdü. Anrietin, adətən, ağır yerişli əri indi nəhəng 

öküz kimi sahil boyu sürətlə otərəf-butərəfə yüyürür, qaranlıqda «Anriet!» – deyə 

bağırırdı, onun həyəcandan boğuntulu səsi ölümcül yaralanmış iri, vəhşi bir 

heyvanın dəhşətli böyürtüsünü xatırladırdı. Aşxana xidmətçiləri və uşaqlar 

həyəcanla pilləkənlə yuxarı-aşağı yüyürür; hoteldə yaşayanların hamısını oyadıb, 

jandarm idarəsinə zəng vururdular. Kök kişi isə jiletinin düymələri açılmış halda, 

durmadan fır-fır fırlanır, üzünü qaranlığa tutub, mənasız olaraq elə hey «Anriet!», 

«Anriet!» səsləyirdi. Bu hay-haraya qızlar da oyanıb, gecə köynəklərində 

pəncərənin önündə dayandılar, analarını çağırmağa başladılar, ataları onları 

sakitləşdirmək üçün tez yuxarı yüyürdü. 

Elə bu zaman dəhşətli bir hadisə də baş verdi, elə bir hadisə ki, onu qələm və fırça 

ilə təsvir etmək qeyri-mümkündür, çünki hədsiz dərəcədə gərgin ruhi əzablar 

zamanı insanın sifətində çoxlu qarma-qarışıq cizgilər toplanır. Kök kişi 

ağırlığından ayağı altında əyilən pillələrlə tamam dəyişilmiş, hədsiz dərəcədə 

yorğun, əzgin, həm də qəzəbli halda qayıtdı. O, əlində bir məktub tutmuşdu. O, 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə