Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə5/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   2   3   4   5   6   7   8   9   ...   16

Matəmimin ikinci ili, qırx iki yaşında, vaxtımı necə düşsə keçirmək, əzabverici 

təklikdən bir az xilas olmaq üçün mart ayında gəlib Monte-Karloya çıxdım. 

Doğrusu, mən tənhalıqdan, ürəkbulandırıcı, üzücü mənəvi boşluqdan, ruhi 

yalqızlıqdan bezikmiş halda gəlib oraya çıxdım, heç olmasa, kiçik, əhəmiyyətsiz 

təəssüratla əylənmək istədim. Mənim ruhi süstlüyüm nə qədər güclənirdisə, bir o 

qədər də həyat çarxının sürətlə hərləndiyi yerlərə can atırdım: o yerlərə ki orada 

adamların heç bir dərd-qəmi yoxdur, özgəsinin ehtirası, gümrahlığı, teatr, yaxud 

musiqi kimi istər-istəməz adamda müəyyən dərəcədə ruh yüksəkliyi doğurur. 

Ona görə də mən tez-tez kazinoya gedirdim, qumar oynayanların sevincinə, 

pərtliyinə tamaşa etmək mənə xoş gəlirdi. Onların həyəcanları və təşvişləri məni də 

bürüyür, əzabverici qəm-qüssəmin, heç olmasa, bir hissəsini dağıdırdı. Axı mənim 

ərim peşəkar qumarbaz olmasa da, elə-belə, hərdənbir, yeri düşəndə həvəslə 

kazinoya gedərdi. Mən indi, ərimin vaxtı ilə oyun zamanı vərdiş etdiyi hərəkətləri 

qeyri-iradi bir pərəstişlə xəyalımda canlandırıb, ona sadiq qalmağa çalışırdım: hər 

hansı bir qumardan daha əyləncəli olan, mənim həyatıma uzun illərdən bəri qara 

kabus kimi daxil olan o iyirmi dörd saat bax belə günlərin birində baş verdi. 

Həmin gün mən öz qohumum hersoginya M. ilə şam etdim, yeməkdən sonra o 

qədər də yorulmadığımı hiss edib yatmadım. Durub kazinoya getdim, özüm 

oynamırdım, masalar arası ilə obaş-bubaşa gəzişir, xüsusi bir üsulla adamlara 

tamaşa edirdim. Mən “xüsusi üsul” dedim, bu üsulu mənə vaxtilə mərhum ərim 

öyrətmişdi. Mən bir dəfə bezikmiş halda şikayətlənmişdim ki, bu hər gün 

gördüyüm sifətləri dönə-dönə müşahidə etmək məni tamam zinhara gətirir: 

cəsarətə gəlib bir jeqon almaq üçün saatlarla burada əyləşmiş o qırışmış qarılarda, 

təsadüfi hallarda uduzan o peşəkar qumarbazlarda, özünü satan o küçə qızlarında, 

bu şübhəli, bu müxtəlif cildli camaatda, şəhvətli eşq macəralarında fleur 

d’elegance  kimi təsvir olunan bu Avropa kübar aləmində axı romantik, maraqlı nə 

var, nə? Həm də unutmaq lazım deyil ki, iyirmi il bundan əvvəl burada əsl qızılın 

bərq vurduğu, banknotların  xışıldadığı, qızıl napoleonların cingildədiyi, frank 

beşliklərinin taqqıldadığı zamanlar kazino daha cəzbedici bir yer idi, indi isə bura 

düşkünləşmiş turistlərin öz dəyərsiz jetonlarını təzə moda üzrə təmtəraqlı 

düzəldilmiş masaya həvəssiz-məqsədsiz tulladıqları oyunçuların yeknəsəq, laqeyd 

sifətləri məni az əyləndirirdi. Ancaq mənim ələ baxıb fal açmaqla maraqlanan ərim 

isə özünün xüsusi müşahidə etmək üsulunu mənə öyrətdi. Bu üsul doğrudan da 

oyunu, sadəcə olaraq, izləməkdən qat-qat maraqlı, heyrətləndirici və əyləncəli idi. 




Sən demə, üzlərə heç də tamaşa etmək lazım deyilmiş, yalnız masanın dörd 

küncünə, özü də oyunçuların düz əlinə, onların xüsusi davranışlarına baxmaq lazım 

imiş. 

Bilmirəm, ortasında diyircəyin sərxoşlar kimi otərəf-butərəfə yelləndiyi yaşıl 



masanın üstünə tamaşa etmişsinizmi, kvadratlara bölünmüş lövhənin üstündə 

kağız, qızıl, gümüş pulların necə də qum kimi ələnib yığıldığına baxmısınızmı? 

Görmüsünüzmü ki, qumarbaşı öz kürəyi ilə sərt bir hərəkətlə bütün uduşu necə də 

süpürüb qarşısına yığır, yaxud bir hissəsini bəxti gətirmiş oyunçuya tərəf necə 

itələyir? Belə bir gəlirli şəraitdə yaşıl masa dövrəsində canlı görünən yalnız əllərdir 

– çoxlu əllər, o ağ, o qıvraq, o sayıq əllər! Onlar, öz yuvasından atılmağa hazır olan 

vəhşi heyvanlar kimi, kostyumun qollarından boğazlarını uzadırlar, tamam başqa-

başqa görkəmdə, başqa-başqa çalarda. Bəzisi çılpaq, bəzisi bilərzik və üzüklü, 

cingildəyən zəncirli, bəziləri vəhşi heyvanlar kimi tüklü, bəziləri isə hədsiz 

səbirsizlikdən gərgin və əsəbi halda bir yerdə qərar tuta bilməyən əllər!  

İstər-istəməz mən qızmış atların, müəyyən edilmiş vaxtdan əvvəl irəli atılmaması 

üçün güclə dartılıb saxlandığı cıdır meydanını xatırladım: onlar da beləcə sakit 

dura bilmir, irəli sıçramağa can atır, ayaqları üstə şahə qalxırlar. Bu əllərdən hər 

şeyi ayırd etmək olar; onların necə dayanıb gözləməsindən,  necə 

qarmalamasından,  necə toxtayıb  səngiməsindən; hərisliyi qarmaq kimi əyilmiş 

barmaqlardan, bədxərcliyi laqeyd, soyuq hərəkətlərdən, qənətcilliyi  biləyinin 

təmkinli davranışından,  ümidsizliyi aramsız titrəyən barmaqlardan. Bu əl 

hərəkətlərində minlərcə əhvali-ruhiyyə, xasiyyət özünü ildırım sürətilə büruzə 

verir. Bu, əlinə pulu necə götürməkdə, onu gecə bürmələməkdə, didişdirməkdə, 

yaxud üzülüb taqətdən düşmüş halda barmaqlarını açıb oyunu ötürəcək, masanın 

üstünə qoymaqda özünü göstərir. İnsan oyun zamanı öz daxili hisslərini büruzə 

verir, bu məlum həqiqətdir, mən də bunu bilirəm, ancaq mən onu demək istəyirəm 

ki, insanın daxili hisslərini oyun zamanı onun öz əlləri daha aydın, daha aşkar 

büruzə verir. Çünki bütün, yaxud əksər oyunçular öz üzlərini idarə etməyi tez 

bacarırlar, onların ağ yaxalıqdan yuxarıda gəzdirdikləri yalnız soyuq impassibilite  

maskadır – onlar ağzın kənarlarında qırışları boğur, həyəcanı kilidlənmiş dişlərin 

arxasında gizlədir, gözlərin vahiməsini ört-basdır edir, üzün gərginləşmiş 

əzələlərinə sünilik verir, sifətinə saxta laqeydlik gətirir. Məhz onlar bütün 

bacarıqları ilə üzlərini idarə etməyə çalışdıqları üçün əllərini unudurlar, ona görə 

ki, bəzi adamlar onların əllərini müşahidə edərək dodaqlarındakı süni təbəssümlə, 




baxışlardakı saxta təmkinlə gizlətmək istədikləri hər şeyi açıq-aydın duyurlar. 

Buna baxmayaraq, əllər ən gizli sirləri çəkinmədən büruzə verir, çünki gözlənilən 

elə bir an gəlib çatır ki, gücdən düşüb, aramla sakitləşən barmaqlar diyircəyin 

deşiyə düşməsi, qumarbaşının nömrəni çağırması ilə yenidən oyanır, həmin an 

yüzlərcə əl istər-istəməz hər kəsin özünəməxsus instinktilə canfəşanlığa başlayır. 

Əgər ərimin şövq ilə mənə öyrətdiyi bu cür tamaşaları müşahidə etmək 

qabiliyyətinə tamamilə yiyələnsən, müxtəlif belə çoxcəhətli təzahürlər səni 

teatrdan, yaxud musiqidən daha çox cəzb edəcəkdir. Mən hətta oyunçuların 

əllərinin bu qədər müxtəlif olduğunu təsvir etməkdə acizlik çəkirəm. Bu barmaqlar 

vəhşi heyvanlar kimi qıllı, qarmaqvari, hörümçək ayaqları kimi sallaq, qızılı 

qarmalayan, möhkəm, əsəbi, titrək, bəyaz dırnaqlı, cəsarətə gəlib pula tərəf uzanan, 

alicənab və alçaq, kobud və qorxaq, hiyləgər və eyni zamanda qətiyyətsizdir, ancaq 

hərəsi bir cür hərəkət edir, çünki bu dörd-beş cüt əlin hər biri bir insan ifaçısıdır, 

yalnız qumarbaşılara məxsusdur. Bunlar əsl avtomatlardır, hesablayıcı maşının 

polad sürgüsü kimi işləyir və həmişə laqeyd və işgüzardır, ancaq, hətta bu ayıq-

sayıq əllər öz tamahkar, həris həmkarlarına nisbətən təzadlı şəkildə qeyri-adi təsir 

bağışlayır. Mən deyərdim ki, onları haray-həşir qoparan həyəcanlı qalmaqal 

içərisində özünü dartıb dayanmış mundirli polis işçilərinə bənzətmək daha uyğun 

olardı. 

Bu əlləri vərdişlərindən və adətlərindən tanımaq adama xüsusi ləzzət verirdi; iki-üç 

gündən sonra artıq onların arasında mənim xüsusi tanışlarım var idi. Mən də onları, 

insanları fərqləndirdiyimiz kimi, bir-birindən seçirdim: xoşagəlimləri bir, çirkinləri 

isə bir yerə. Bəzilərindən isə daim boş-boşuna vurnuxmasına, xəsisliyinə görə elə 

zəhləm gedirdi ki, baxan kimi nəzərlərimi, elə bil, iyrənc bir şeydən qoruyan kimi 

kənara çəkirdim. Masa üzərində görünən hər bir yeni əl məndə təzə bir təəssürat

çox vaxt təzə bir maraq oyadırdı; mən satqın barmaqları müşahidə edərkən 

smokinqin  kraxmallı yaxalığından, yaxud sinələrindəki parıltılı brilyantlardan bir 

az yuxarıda güclə işaran soyuq, kübar maskası taxmış üzlərə baxmağı belə 

unudurdum. 

Mən həmin axşam qumarxanaya girib, tamam tutulmuş iki iri masanın yanından 

keçərək üçüncüyə yanaşdım, bir neçə qızıl pul çıxarmışdım ki, birdən qulaqbatırıcı, 

o dəhşətli sakitlik içində düz qarşı tərəfimdə oynaqların   qırılmasına bənzər   

qəribə bir gurultu, şaqqıltı və xırıltı eşitdim. Qeyri-ixtiyarı olaraq həmin səmtə 

baxdım. Gördüm, həm də dəhşətə gəldim ki, indiyə qədər burada təsadüf 




Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə