Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
  1   2   3   4   5   6   7   8   9


Hədəf 

STEM

 

Liseyi



Hədəfi böyük olanların

 

liseyi



STEM Mərkəzli Təhsil


Hədəfi böyük 

olanların liseyi

S T E M   M ə r k ə z l i   T ə h s i l

Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə 

vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazasında təsis 

edilmiş təhsil müəssisəsidir. Liseyin məqsədi, STEM qısaltmasının 

təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat 

disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” 

prinsipinə əsaslanaraq tədris edilməsidir! 

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

2



Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların 

inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin 

yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti 

cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, 

STEM konseptini əsas götürür.

3

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Özünüdərk

 

İnsanın özünüdərk prosesi dəyərlərə sevgisindən başlayır. Bu dəyərlər 

humanitar, milli və ekoloji dəyərlərdir. Hədəf konseptinə görə, özünü 

dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, 

çalışqan və daima özünü təkmilləşdirən insandır. Azadlıq, cəsarət, 

güc, novatorluq və özünəinam hisləri özünüdərk prosesi nəticəsində 

formalaşır.

Sağlamlıq

 

Sözün geniş mənasında sağlamlıq, 



yetişdirdiyimiz müasir insanın əsas 

xüsusiyyətlərindən biri olacaq. Sağlam bədən, 

sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil 

və sağlam mühit, millətin və dövlətin, eləcə 

də bəşəriyyətin inkişafı üçün vacib amillərdən 

olduğuna görə biz təhsilimizdə bu faktorlara 

xüsusi diqqət yetirir, “Sağlam təhsil, sağlam 

millət” şüarını əsas tuturuq.



Hədəf Konseptinin məqsədi yaxın 

gələcəyin milli və bəşəri dəyərlərini 

mənimsəmiş sağlam, bacarıqlı, 

yaradıcı və BİLGƏ İNSANlarını 

yetişdirməkdir!

Bacarıq

Dünyanın dünəni də, bu günü də bacarqlı 

insanın sayəsində qurulub, sabah da bacarıqlı 

insan quruculuq fəaliyyətinə davam edəcək. 

Özünü dərk etmiş sağlam insan bacarıqlı 

olduqda onun əlavə dəyər yaratma imkanları 

daha da artır. Yaratdığı əlavə dəyərlərlə özünə 

və insan yoldaşlarına keyfiyyətli həyat təmin 

edir.

Yaradıcılıq

 

Biz yaradıcılıq ruhundan bütün insanların 



pay aldığını düşünürük. Yaradıcılıq meylinin 

estetik, bədii, texniki və ya elmi yönümlü 

olmasını müəyyən edib onu inkişaf etdirən 

insan, problemlərə yeni gözlərlə baxıb orijinal 

həllər tapan insandır. Biz insanlarımızın 

yaradıcılıq potensialını ortaya çıxarıb daha 

da inkişaf etdirmələri üçün uyğun şərait 

yaradırıq.



Bilik

 

Özünü dərk etmiş, sağlam, bacarıqlı və 



yaradıcı insan, obyektiv dünyada fəaliyyətini 

düzgün qurmaq üçün elmi biliklərə ehtiyac 

duyur. Bilik araşdırmadan, araşdırma 

maraqdan yaranır. Bilikli insan biliyini 

araşdırarkən, sorğularkən, fərqindəliyini 

artırarkən qazanır, onu problemlərin həllinə 

tətbiq edir. Bu gün biz istənilən sahədə ağıllı 

qərarlar vermək üçün elmin, iqtisadiyyatın, 

menecmentin qanun və prinsiplərinə müraicət 

edirik. Bilik digər bacarıqlarımızın effektiv 

ola bildiyi zəmindir. Bilgi çağında bilgili 

olmaq və bu bilgini bəşəri və milli dəyərlərin 

qorunması və inkişafı, həmçinin həlli vacib 

problemlərin aradan qaldırılması üçün istifadə 

etmək bir insanlıq vəzifəsidir.

Hədəf Konsepti

Fəaliyyətimizdə bizə yol göstərən Hədəf Konseptinin əsas məqsədi milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü və 

dövrün tələblərinə cavab verən çevik zəkalı insanlar yetişdirməkdir. Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə 

istinad edir: Özünüdərk, Sağlamlıq, Bacarıq, Yaradıcılıq, Bilik.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

4



5

Hədəf LİSEYİ

STEM MƏRKƏZLİ TƏHSİL



Bu günün dünyasında elm və texnologiya elə 

sürətlə inkişaf edir ki, bəzən nəinki bu inkişafa 

çatmaq, hətta onu izləmək belə çətin görünür. 

Ancaq bu dəyişikliyin mühərrikinin elə insanın 

özü olduğunu da bilirik.Dinindən, dilindən, 

cinsindən asılı olmayaraq elmi təfəkkürə sahib, 

məntiqli mühakimə yürüdə bilən, qıvraq xəyal 

gücü ilə zamanı qabaqlaya bilən insan.

Biz sənədli filmlərdə və texnologiya 

xəbərlərində Marsa enmiş kosmik zondu 

izlərkən, istifadə etdiyimiz ağıllı telefonların 

yeni funksiyalarını kəşf edərkən, genetik 

tibbdəki yeniliklərdən xəbər tutarkən, çağdaş 

bir memarlıq abidəsinə heyranlıqla baxarkən, 

yüzlərlə insanı bir neçə saat ərzində dünyanın 

bir tərəfindən digərinə daşıyan hava gəmiləriylə 

uçarkən istər-istəməz “bunu yaradan dahidir”, 

“bu bir möcüzədir” deyə düşünür, həmin 

texnologiya möcüzələrini yaradan şəxslərin 

adlarını bilməsək belə, içimizdə onlara təşəkkür 

edirik.

Qurucumuzdan

Şəmil Sadiq 

/ Filologiya üzrə fəlsəfə doktoru




Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə