Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

Bəlkə də, bu icadları və kəşfləri edənlərə minnətdarlıq 

hiss etməklə bərabər, onlara qibtə edir və bu kəşfləri 

ancaq “xüsusi” insanların edə biləcəyini düşünürük. 

Ancaq belə düşünmək təhlükəlidir: “bizlik deyil, biz 

bacarmarıq” deyə dəyər yaratmağa heç cəhd etməmək 

texnologiyanın passiv istifadəçiləri olaraq qalmaqla 

nəticələnə bilər. Tariximizə baxsaq, dünya elminə bizim 

də töhfə vermiş olduğumuzu görərik. Nəsirəddin Tusi, 

Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfi Zadə, 

Xudu Məmmədov kimi alimlərimiz nəzəri və praktik 

elmin müxtəlif sahələrinə orijinal töhfələr veriblər. 

Bunu əvvəllər etmişiksə, yenə edə bilərik. Sadaladığımız 

alimlər bizə bu yolda özünəinam aşılayan nümunələr və 

rol modelləridir. Obrazlı desək, biz robot istehsal edə 

bilməsək, robotların idarə etdiyi insanlara çevriləcəyik.

BSadəcə Samsung, Apple, Facebook, Microsoft, Amazon 

kimi şirkətlərin büdcəsini bir çox dövlətin büdcəsi ilə 

müqayisə etməklə, bilgi və texnologiyanın yaratdığı 

iqtisadi gücün böyüklüyünü  asanlıqla təsəvvür etmək 

olar. Sizi, əvvəlcə bu şirkətlərin yaranma tarixçələri, 

bügünkü fəaliyyət miqyasları və iqtisadi imkanları ilə, 

sonra isə bizim hədəflərimizlə tanış olmağa və Hədəfli bir 

şagirdin valideyni olmağa dəvət edirik.

Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri 

bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə 

sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc 

isə elm olmadan mümkün olmaz. Müasir dünyanın 

bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə 

alaraq, 

hədəfimiz XXI əsrin BİLGƏ Azərbaycanlısını 

yetişdirməkdir.

      BİLGƏ Azərbaycanlı:

•  Milli duyğularını itirmədən insanlığı sevir və bəşəri 

dəyərlərə açıqdır;

•  Azad düşünür və düşüncəsini etik qaydalarla və 

sərrast ifadə edir;

•  Təbiətə dəyər verir, sevgisiylə onu qoruyur;

•  Biliyi əldə etməyin və bacarığa yiyələnməyin yolunu 

bilir;


•  Əldə etdiyi bilgi və bacarığı tətbiq edir;

•  Xəyallarını reallaşdırmaq arzusundan heç vaxt əl 

çəkmir;

•  İnsanın yaradıcılıq imkanlarının sərhədsiz olduğuna 



inanır;

•  El-obasını və dünyanı sevib, ona sahib çıxmağı 

bacarır.

7

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Biz tədris proqramımızı milli kurikulumla beynəlxalq 

kurikulumların vəhdətindən yaradıb, öz konseptimizlə 

zənginləşdirmişik. İnteqrasiya olunmuş təlimlər 

proqramının əsas məqsədi şagirdlərin elmi, texnologiyanı, 

riyaziyyatı və mühəndisliyi əzbərləmələri deyil, sənaye və 

istehsalatla qarşılıqlı şəkildə liseyin laboratoriyalarında 

toxunaraq öyrənmələridir.

Hədəfimiz, hər bir şagirdin əvvəlcədən hansı ixtisasa 

yiyələnəcəyinə qərar vermək deyil, liseyin disiplinlərarası 

təhsilinin və təlim, praktika, özfəaliyyət və diskussiya 

mühitinin şagirdlərin xüsusi istedadlarını ortaya 

çıxarmasına nail olmaq və onların düzgün istiqamət 

seçmələrinə dəstək verməkdir. Məhz bu halda gələcəyin 

işini sevən həkimini, alimini, texnoloqunu, dizaynerini, 

proqramçısını və mühəndisini yetişdirə bilərik.

Biz,  XXI əsrdə dünyanın elm və texnologiya sahəsindəki inkişaf istiqamətlərini və maraqlarını 

nəzərə alaraq, profilimiz olaraq elm, texnologiya, mühəndislik və riyaziyyatı tədris etməyi seçdik. 

Beynəlxalq ədəbiyyatda STEM və ya STEM+A kimi qısaltmalarla tanınan proqramı tədris etməklə  

ölkəmizdə bir ilkə imza atmağı qarşımıza hədəf qoymuşuq.

Bilgi yaradan insanlar digər insanların dünyanı 

anlamalarına və onların rifahının artmasına kömək 

edirlər. Elm, bəşəri fəaliyyətdir.



Bizə görə, “humanizm və elm qoşa qanaddır!”

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

8



Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə 

töhfə vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazası 

əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM 

qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik 

və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq 

öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi 

daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi 

beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. 

Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin 

yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan 

Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin 

inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM 

konseptini əsas götürür.

Haqqımızda

STEM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır 

və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil 

sistemlərində STEM təhsilinin təşviqi və dəstəklənməsi 

üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair 

hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar 

inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin 

inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və 

yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən 

faktor olduğu və olacağı bildirilir. Biz, ölkəmizin STEM təhsili 

verən ilk liseyini qurmaqla, ölkəmizin və dünyamızın inkişafı 

üçün yaradıcı düşünən və elmi, mühəndisliyi, texnologiya və 

riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı 

XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməyi 

hədəfləyirik.



Hədəf Kursları təsis olunduğu gündən 

etibarən təhsil və maarifçilik sahəsində 

nümunəvi fəaliyyəti ilə fərqlənməkdədir. 

Qrupun nəzdində yaradılmış ilk şirkət olan 

Hədəf Kursları tanınmış pedaqoq, filologiya 

üzrə fəlsəfə doktoru Şəmil Sadiqin 

təşəbbüsü ilə Vüqar Tarquliyevlə birgə təsis 

edilmişdir. Hədəf Kursları 2008-ci ilin may 

ayının 12-də dövlət qeydiyyatından keçmiş 

və həmin tarixdən etibarən fəaliyyətinə 

başlamışdır. Kursumuz qısa müddət ərzində 

milli təhsil brendinə çevrilməyi bacarmış 

və bir çox uğura imza atmışdır. Təsisindən 

bu günə qədər keçən zaman ərzində Hədəf 

Kursları daima inkişaf etmiş və yeddi filial 

(Nizami, Xırdalan, Neftçilər, Azadlıq, 

Sumqayıt, Əhmədli və 20 Yanvar filialları) 

açmışdır. Eyni zamanda Hədəf Şirkətlər 

Qrupu da öz fəaliyyətini genişləndirmiş 

və qrup nəzdində maarifçilik sahəsində 

fəaliyyət göstərən bir neçə şirkət təsis 

olunmuşdur. Hal-hazırda Hədəf Şirkətlər 

Qrupuna səkkiz şirkət – Hədəf Kursları, 

Hədəf Nəşrləri, XAN nəşriyyatı, 

Kitabevim.az kitab mağazası, Hədəf 

Multimedia Mərkəzi, Hədəf Global və Hədəf 

İdman Klubu daxildir.

Hədəf Liseyinə

Kursun yaradılmasında əsas məqsəd 

şagirdlərimizə ali məktəbə gedən yolda 

hədəflərini gerçəkləşdirmək üçün səmərəli 

bilik vermək və düzgün seçim etmələri 

üçün onlara müasir inkişaf istiqamətlərini 

göstərməkdir. Ulu Öndər Heydər Əliyevin 

“Təhsil millətin gələcəyidir” şüarını 

rəhbər tutaraq xalqımızın övladlarını 

maarifləndirmək və Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin təhsildə apardığı 

mütərəqqi islahatlara dəstək olmaq üçün biz, 

bu proseslərdən ruhlanaraq Hədəf Kurslarını 

təsis etdik. Qısa müddət ərzində hədəfimizi 

reallaşdırdıq və milli təhsil brendi olaraq bir 

çox uğura imza atdıq.

gedən yol

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

10



Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə