Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

RobotoTEXNİKA

Hədəf Liseyi robototexnika dərslərində  

şagirdlərin texnologiyadan istifadə, dizayn, elm 

və riyaziyyat sahəsində bacarıqlar qazanmalarını 

hədəf alır.

Robot texnologiyasından istifadə və robot dizayn 

edərkən şagirdlər bir alim, mühəndis və ya 

bir dizayner kimi düşünür, tədricən gündəlik 

həyatdakı problemləri araşdırmağa başlayır, bu 

problemlərə həll tapmaq bacarıqları əldə edirlər.



Robototexnikanın məqsədi şagirdlərə 

aşağıdakı bacarıqları qazandırmaqdır:

•  Orijinal, yaradıcı düşünmə;

•  Səbəb-nəticə əlaqəsi qura bilmə;

•  Xüsusi məqsədlərə nail ola biləcək modellər 

yaratma;

•  Müşahidə və ölçmə nəticələrinə əsaslanan 

alternativ fikirlərlə işləmə təcrübəsi 

qazanma;


•  Elmi araşdırma üçün müvafiq suallar verə 

bilmə;


•  Yeni ehtimallar xəyal edə bilmə;

•  Sistematik müşahidə və ölçmə aparma;

•  Sxemlər, şəkillər, cədvəllər və qrafiklərdən 

istifadə edərək məlumatları təqdimetmə;

•  Səs, işıq və hərəkət sensorları ilə çalışan 

robotlar və digər mexanizmlər hazırlama;

•  Hərəkətli maketlər dizayn etmə;

•  Əlilliyi olan insanlar üçün hərəkətə həssas 

məişət əşya və alətləri hazırlama.

11

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

12



Hədəf Liseyi, ölkəmizin 

STEM əsaslı təhsil verən ilk 

özəl liseyidir. STEM Elm

Texnologiya, Mühəndislik 

və Riyaziyyat (Science, 

Technology, Engineering, 

Math) sözlərinin baş 

hərflərindən yaranan 

qısaltmadır və bu fənləri 

inteqrasiya edərək 

tədris etməyi hədəfləyən 

disiplinlərarası və tətbiqi 

yanaşmanı əsas götürən 

təhsil fəlsəfəsinin adıdır.

13

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


UNESCO-nun müvafiq hesabatında mühəndisliyin 

sosial, iqtisadi və humanitar inkişafın mühərriki 

olduğu bildirilir və hazırda dünya miqyasında 

ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın 

yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. 

Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar 

STEM əsaslı təhsilin geniş yayılmasını milli 

stratejik hədəf kimi görür və STEM əsaslı təhsil 

müəssisələrinin sayı sürətlə artır.

Hədəf liseyi, şagirdlərimizin təbiət fənləri, 

mühəndislik və riyaziyyat dərslərində öyrəndikləri 

nəzəri bilikləri liseyimizin İnteqrasiya mərkəzindəki 

müxtəlif təcrübələri müşahidə edərək, onlara 

toxunaraq və konkret təcrübə nümunələri üzərindən 

sual verərək dərindən mənimsəmələrini hədəfləyir. 

Təhsil proqramımıza şagirdlərimizin mühəndislik 

emalatxanalarında fizika, kimya, elektrik-

elektronika, dizayn və proqramlaşdırma təcrübələri 

apararaq müxtəlif təcrübə qurğuları, cihazlar 

və mexanizmlər emal və montaj etmələri

hazırladıqları cihaz və mexanizmləri optimal 

şəkildə dizayn edib proqramla təmin etmələri də 

daxildir. Şagirdlərimizin liseydəki təhsillərinin hər 

anında tədris olunan fənləri təkcə nəzəri və praktik 

dünyanın ayrı-ayrı təlimləri olaraq deyil, bir bütün 

halında, toxunaraq və tətbiq edərək öyrənmələri 

əsas məqsədimizdir.



Elm, obyektiv dünya haqqında 

bilgi əldə etmənin yeganə 

yoludur. Biz, elmi metod 

vasitəsiylə təbiət qanunlarını 

kəşf edir, Kainata dair 

anlayışımızı dərinləşdirməklə 

bərabər, praktik problemlərin 

həllində də bu qanunlara istinad 

edirik.

Texnologiya, insanların maddi 

rifahını artıran və həyat 

keyfiyyətini yaxşılaşdıran 

vasitələrdir. İnsanlar həmişə 

texnologiyalar yaradıblar, 

texnologiyasız yaşamaq 

mümkün deyil. Hədəf Liseyi, 

texnoloji proses və avadanlıqları 

elmin prinsiplərini anlayaraq, 

istehsalatla təmas halında 

və toxunaraq öyrətməyi və 

şagirdlərimizin gələcəkdə yeni 

texnologiyalar yaratmaq üçün 

bu gün atacaqları ilk addımları 

təşviq etməyi və onlara dəstək 

olmağı,  nəzəri və praktik 

dərslər və məşğələlər mühiti 

yaratmaqla qarşısına məqsəd 

qoyub.

Mühəndislik texnologiyalar 



yaratmaq yollarıdır, elmlə 

texnologiyanı birləşdirən 

prosesdir. Mühəndislik, 

insanların problem və 

ehtiyaclarına görə həllər 

təxəyyül etmək və son məhsulun 

performansını  hesablayıb, onu 

iqtisadi olaraq əlverişli şəkildə 

meydana çıxarmaq bacarığıdır.          

Təbiət qanunlarını dərindən 

bilərək müasir hesablama və 

dizayn prinsiplərindən istifadə 

edib real həllər ortaya qoymaq 

üçün zəngin xəyal gücü vacib 

şərtdir. Hədəf  Liseyi, gələcəyin 

alim və mühəndislərinin 

təxəyyüllərini zənginləşdirmək 

üçün  Elm, Texnologiya, 

Mühəndislik və Riyaziyyat 

tədrisinə Yaradıcılıq tədrisini də 

əlavə edir.

Riyaziyyat, obyektiv dünyanın 

universal dilidir. Təbiət bizimlə 

bu dildə danışır. Riyaziyyatı 

dərindən bilmədən təbiətə 

sual vermək və onun cavabını 

anlamaq mümkün deyil.  

Riyaziyyat ölçmə, hesablama və 

riyazi modellər hazırlamağımıza 

və nəzəri biliklərin praktik 

vasitələrə çevrilməsindəki 

addımları atmağımıza 

imkan tanıyır. Hədəf Liseyi, 

informatikanın və Kainatın dili 

olan riyaziyyatın şagirdlərimiz  

tərəfindən dərindən 

mənimsənilməsinə və pratik 

məsələlərin həllinə uğurla tətbiq 

olunmasına  xüsusi əhəmiyyət 

verir.

S

T

E

M

 

Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat 



(Science, Technology, Engineering, Math)


Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə