Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

Hədəf Liseyi, nəzəri bilikləri dərindən mənimsəyən

istehsalatla qarşılıqlı əlaqədə, İnteqrasiya Mərkəzində 

müşahidə edərək, laboratoriya və emalatxanalarımızda 

toxunaraq və tətbiq edərək öyrənənən, yaradıcı 

təxəyyülləri ilə qəlibləşmiş düşüncə yollarından kənara 

çıxa bilən, bəşəri inkişaf istiqamətlərini nəzərə almaqla 

optimal mühəndislik, proqramlaşdırma və dizayn həlləri 

təklif edən gələcəyin alim, mühəndis, proqramçı və 

dizaynerlərini yetişdirməyi hədəfləyir. Biz liseyimizin 

şagirdlərinin Nəsirəddin Tusinin, Yusif Məmmədəliyevin, 

Xudu Məmmədovun, Lütfi Zadənin izindən gedəcək, 

nanotexnologiya, ekologiya, proqramlaşdırma, elektrik 

və elektronika, robot texnikası, süni zəka, sənaye dizaynı 

sahələrində yeni cığırlar açacaq gələcəyin mütəxəssisləri 

olmalarını qarşımıza məqsəd qoymuşuq.

Dünya, sənaye inqilabından sonrakı, dijital 

texnologiyaların mühərriki olduğu növbəti böyük 

dəyişiklik dövrünə qədəm qoyub. Təxmin etmək çətin 

deyil ki, bu böyük dəyişiklik dövründə yalnız yaradıcı 

və çevik xəyal gücünə sahib, bəşəri inkişaf tempi ilə 

ayaqlaşan və bilgi şəklində əlavə dəyər yaradan alim 

və mühəndislərin cəmiyyəti inkişaf tempiylə ayaqlaşa 

biləcək.

Hədəf Liseyi, XXI əsr üçün 

mütəxəssislər yetişdirməyi öz məqsədi 

hesab edir və Sizi, valideynləri və 

şagirdləri, yaxın gələcək üçün bu 

vizyonu və missiyanı birlikdə paylaşıb 

reallaşdırmağa dəvət edir.



Niyə Hədəf Liseyi?

Hədəf Liseyi qarşısına ölkəsi və bəşəriyyət üçün dəyərli insanlar yetişdirməyi hədəf qoyur. 

Dəyər yaradan insan bilgili, bacarıqlı və müəyyən davranış kodekslərinə və peşə vərdişlərinə 

sahib olmalıdır. Bunun üçün Hədəf Liseyinin şagirdləri tədris ili boyunca dərslərini çalışmaqla 

bərabər, günlərini müxtəlif laboratoriyalarda, atelyelerdə, təcrübə, sənət və idman məşğələlərində 

keçirməklə zənginləşdirəcəklər.

Hədəf Liseyi, həm estetik, həm də optimallıq həllərində vacib rol oynayan dizayn zövqü və bacarığını 

aşılamağı da Yaradıcılıq təhsilinin tərkib hissəsi kimi görür və STEM qısaltmasına öz əlavəsini edir: 

STEM + Y.

Liseyimiz fənləri və yaradıcılığı bir yerdə öyrənmək, 

elmi və mühəndislik layihələrini hazır məhsula çevirmək 

üçün lazımlı vizyonu formalaşdırır. HƏDƏF Liseyinin 

tətbiq etdiyi STEM təhsilinin ən əhəmiyyətli fərqi, dil və 

texnologiya təhsili ilə yanaşı, sənəti və dizaynı da təhsil 

modelinin ayrılmaz bir hissəsi halına gətirməsidir.

Bütün bunları isə təkcə nəzəriyyə ilə həyata keçirmək 

mümkün deyil. Bunun üçün də biz istər humanitar, 

istərsə də texniki və təbiət fənnlərinin tədrisini ən 

son texnologiyalarla təmin edilmiş məkanlarda həyata 

keçirməyi qərarlaşdırdıq və Azərbaycan məktəblisi üçün 

yeniliklərlə dolu olan aşağıdakı laboratoriyaları, otaqları, 

kabinetləri, muzeyləri və sinifləri təşkil etdik:



Laboratoriyalarımız:

1. Fizika laboratoriyası

2. Kimya laboratoriyası

3. STEM laborotoriyası

4. Ədəbiyyat otağı3

5. Fən laboratoriyası-Təbiət elmləri

6. Fəza cismləri laboratoriyası

7. İnteqrativ Elm muzeyi

8. İnformasiya Texnologiyaları laboratoriyası

9. London Bus Linqofon otağı

10. Lordlar palatası Debat mərkəzi

11.  Məntiq və Zəka oyunları otağı

12. Robototexnika və elektronika laboratoriyası

13.  “Sağlam təhsil, sağlam millət” sinifləri

14. Yaradıcılıq otağı

15. Kitabxana

17

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Fizika

laboratoriyası

Fizika Laboratoriyamız, şagirdlərin kiçik qruplar halında real və virtual təcrübələr aparmaları üçün laboratoriya 

avadanlıqları və virtual laboratoriya ilə təchiz olunub. Müəllimlərin təcrübələri kontrol edib istiqamət vermələri, 

həmçinin mövzuları və təcrübələri effektiv izah etmələri üçün fizika siniflərimizə ağıllı  lövhələr və idarəetmə 

panelləri quraşdırılıb.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

18



Kimya

laboratoriyası

Kimya Laboratoriyamız, şagirdlərin kiçik qruplar halında real və virtual təcrübələr aparmaları üçün laboratoriya 

avadanlıqları və virtual laboratoriya ilə təchiz olunub. Müəllimlərin təcrübələri kontrol edib istiqamət vermələri, 

həmçinin mövzuları və təcrübələri effektiv izah etmələri üçün kimya siniflərimizə ağıllı  lövhələr və idarəetmə panelləri 

quraşdırılıb.




STEM

 

Mərkəzi


Liseyimizin STEM mərkəzində şagirdlərimiz bütün fənlər üzrə nəzəri bilgilərini və praktik bacarıqlarını 

inteqrasiya edərək müxtəlif mühəndislik qurğuları, cihazları və sistemləri hazırlayacaq, ilkin ideyadan 

praktik son modelə qədər bütün mərhələləri keçəcəklər.




Ədəbiyyat otağı 

Dədə Qorqud Çadırı

Bu otaq keçmişimizi, adət-ənənələrimizi və milli dəyərlərimizi öyrənmək üçün bir Yurt-Çadır formatında 

hazırlanıb. Otaq qədim xalça və kilimlərimizlə bəzədilmiş 8 guşəli gümbəz formasındadır. Burada  ədəbiyyat 

və tarix dərsləri keçiləcək, şeir və ədəbi müzakirə tədbirləri təşkil olunacaq, şagirdlərimiz yerli və dünya 

ədəbiyyatının məşhur nümunələrini müzakirə edəcəklər.




Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə