Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

Fən 

laboratoriyası

Fən laboratoriyamız  aşağı sinif şagirdlərimizə kimya, biologiya, fizika, həyat bilgisi dərslərinin keçirilməsi üçün 

nəzərdə tutulub. Şagirdlərimizin kiçik qruplar halında işləyə biləcəkləri masalarla, ağıllı lövhələr və idarəetmə panelləri 

ilə təmin olunmuş siniflərdə  bu fənlərin ilkin anlayışları vizual və əyani olaraq tədris olunur.

23

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Fəza cismləri

laboratoriyası

Fəza cisimləri laboratoriyamızda şagirdlərimizə fəza cisimlərinin böyüklüklükləri, həndəsi formaları, hərəkət 

prinsipləri öyrədiləcək, optika, həndəsə və fizika qanunlarının Göy cisimlərinin hərəkətini necə izah etdiyi 

virtual laboratoriya və real maketlər üzərindən izah olunacaq. Şagirdlərimiz Kainatın quruluşu, müxtəlif 

astronomik modellər, astronomiyanın inkişaf tarixi kimi mövzularla  tanış olacaqlar.




İnteraktiv Elm

Muzeyi


Hədəf Liseyi İnteraktiv Elm Muzeyində işlək və dinamik təcrübələrlə şagirdlərə təbiət elmlərinin müxtəlif 

prinsipləri nümayiş etdiriləcək, əsas fiziki və kimyəvi çevrilmələr, müxtəlif faktorların qarşılıqlı təsiri, elmin 

fundamental anlayış və prinsipləri əyani göstəriləcək. Şagirdlərimiz təcrübələrə toxuna, müdaxilə edə, işlək 

mexanizmlər və təcrübələr üzərindən suallar verə və müzakirə apara biləcəklər. 





İnformasiya texnologiyaları

laboratoriyası

İT laboratoriyamızda şagirdlər informatika və informasiya texnologiyalarının nəzəri və tətbiqi prinsip və 

anlayışları ilə tanış olacaq, hesablama düşüncəsi  vərdişlərinə yiyələnəcək, müxtəlif proqramlaşdırma dilləri ilə 

tanış olacaqlar. Öyrəndikləri bilikləri müəllim nəzarətində müxtəlif praktik məsələlərə tətbiq edəcək, inteqrativ 

proqramımızın tərkib hissəsi olaraq müxtəlif oyunlardan praktik tətbiqlərə qədər həllər tapacaq, onlar üçün 

alqoritmlər yazacaqlar.

27

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


London Bus

Linqofon otağı

Məşhur London avtobusu 

formasında dizayn edilmiş 

linqofon otağında şagirdlər 

özlərini London avtobusunda 

dünyanı gəzirmiş kimi hiss 

edəcəklər. İngilis dilini 

müxtəlif kontekslərdə istifadə 

edə bilmək üçün avtobusdakı 

kitablardan istifadə edəcək, 

mətnlər dinləyəcək, müxtəlif 

mövzuları müəllimlə müzakirə 

edəcəklər. Məqsədimiz 

dildən istifadə praktikasının 

yaranması üçün uyğun mühiti 

simulyasiya etməkdir. London 

Bus sinif ideyası Hədəf 

Konseptinə məxsusdur.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

28



Lordlar palatası

Debat Mərkəzi

Bu sinif İngiltərənin Lordlar Palatası formatında hazırlanmışdır. Şagirdlər sinifdə müzakirə zamanı 

istədikləri vaxt otura və ayaq üstə dura bilərlər. Sağlam təhsilin əsas prinsiplərindən biri də fiziki 

sağlamlıqdır. 45 dəqiqə bir vəziyyətdə oturmaq yorucu və zərərlidir, bütün siniflərimizdə müxtəlif 

üsullarla şagirdlərin hərəkət sərbəstliyi təmin olunur. Mərkəzdə şagirdlərimiz müxtəlif mövzuları 

müzakirə edəcək, arqument formalaşdırma, əks-arqumentləri dinləmə və müzakirə nəticəsində mövzunu 

dərindən qavrama vərdişləri qazanacaqlar. Debat  Mərkəzi həm də hər ay keçiriləcək debat yarışlarına ev 

sahibliyi edəcək.

29

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Məntiq və Zəka

oyunları otağı

Bu otaqda şagirdlərimiz 100-dən çox intellektual oyunla tanış olacaqlar. Məntiq və zəka oyunları sinfi 

şagirdlərin asudə vaxtlarını səmərəli keçirə bilmələri üçün yaradılmış, qrup rəhbərləri tərəfindən günün 

müxtəlif saatlarında beyin gimnastikası ilə məşğul ola biləcəkləri mühitdir. Bu otaqda partalar yoxdur, 

şagirdlər sərbəst şəkildə yerdə oturur, formalizmdən azad olaraq yaradıcı zəkalarını sərbəst şəkildə 

istifadə edirlər. Belə oyunlar inkişaf mərhələsindəki şagirdlərin beyinlərində sinaptik bağlantıların 

artırılması, zəkalarının azad şəkildə fəaliyyəti və məntiqi mühakiməni öyrənmələri üçün olduqca 

vacibdir.



Sağlam təhsil, sağlam millət 

sinifləri

Liseyimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Sağlam təhsil, sağlam millət” layihəsinə 

əsasən “Sağlam təhsil” sinifləri təşkil olunmuşdur.  Bu siniflərdə təhsil hərəkətli tədris şəraitində həyata keçirilir. 

Masalar şagirdlərə həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir.  “Sağlam təhsil, sağlam millət” layihəsinin 

əsas məqsədi şagirdlərin təhsil  nailiyyətlərini artırmaqla yanaşı, klassik tədris mühitindən irəli gələn hərəkət 

məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, şagirdlərin sağlamlığını qorumaqdır.

31

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Robototexnika 

laboratoriyası

Liseyimizin təhsil proqramında, texnologiyanın sürətlə inkişaf edən aparıcı istiqamətlərindən biri 

olan robototexnikanın prinsiplərinin öyrədilməsi başlıca prioritetlərdəndir. Süni zəka sahəsindəki 

inkişaf müxtəlif təyinatlı robotların sənaye, elmi-tədqiqat və məişət sahələrində getdikcə daha çox 

istifadə olunması ilə nəticələnir. Şagirdlərimiz robototexnika sinifində müxtəlif hissə, mexanizm və 

avadanlıqlardan istifadə edərək robot hazırlamağı, robototexnikanın nəzəri və praktik məsələləri ilə 

məşğul olmağı öyrənəcəklər. Xüsusilə robototexnikanın proqram təminatını hazırlamaq liseyimizdəki İT 

təhsilinin inteqrasiya prinsipinin əsas prioritetlərindəndir.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

32



Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə