Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

Yaradıcılıq

 

otağı


Hədəf Konseptinə məxsus xüsusi dizaynla 

hazırlanmış Da Vinçi Yaradıcılıq otağı 

şagirdlərimizin böyük bəşəri nailiyyət olan 

incəsənətin müxtəlif sahələri və böyük sənət 

əsərləri mövzusunda fikir alış-verişi, bilgi və 

ideya mübadiləsi edə biləcəkləri, hər müasir 

insanın intellektual hazırlığının tamamlayıcı 

hissəsi olan sənət tarixi, fəlsəfəsi, ideyaları 

haqqında ilk məlumatları alıb tədricən 

mövzu haqqında dərin dünyagörüşü 

qazanacaqları məkandır.

33

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Kitabxana

Liseyimizin kitabxanasında elmin bütün sahələrinə dair xarici və yerli dildə nəşr olunmuş elmi-kütləvi 

kitablar yer alacaq. Kitabxanamız həmçinin fəlsəfə, tarix, ədəbiyyat, incəsənət və digər mövzularda 

zəngin kitab kolleksiyasına sahib olacaq. Şagirdlər kitabları fərdi qaydada mütaliə edə biləcəkləri kimi, 

oxuduqdan sonra qruplar arasında kitab müzakirələri və təqdimatları təşkil etməklə elmin, fəlsəfə və 

incəsənətin bütün sahələrində müstəqil mühakimə aparmaq bacarıqlarına yiyələnəcəklər.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

34



35

Hədəf LİSEYİ

STEM MƏRKƏZLİ TƏHSİL



Məktəbəqədər

 təhsil

Hədəf Liseyində məktəbəqədər hazırlıq 

proqramı STEM+Y təhsil proqramına əsasən 

həyata keçirilir. Biz artıq bu sahədə 3 ildir 

çalışırıq və Hədəf Kurslarının bazasında 

STEM əsaslı məktəbəqədər proqramı 

tədris etmiş və müvafiq təcrübə qazanmış 

mütəxəssislər komandası hazırlamışıq.

Şagirdlərimiz Elm, Texnologiya, Mühəndislik, 

Riyaziyyat və Yaradıcılıq dünyasına ilk addımlarını 

əyani şəkildə,  toxunaraq  öyrənməklə atacaqlar, 

bu yaş dövrü maraq duyğusunun təşviqi və ilkin 

bacarıqların ortaya çıxarılması baxımından çox 

əhəmiyyətlidir.

Peşəkar müəllimlər tərəfindən aparılan dərslərin 

ayrılmaz hissəsi praktik məşğələlərdir. Liseyimiz 

məktəbəqədər şagirdlərimizin fiziki və intellektual 

inkişaf potensiallarının reallaşması üçün bütün 

zəruri fiziki, psixoloji və pedaqoji şəraiti təmin 

edir. Liseyimizin 4-5-6 yaşlı şagirdlər üçün nəzərdə 

tutulmuş məktəbəqədər hazırlığı Azərbaycan və Rus 

bölmələrindən ibarətdir.

Bu mərhələdəki təhsil sistemi aşağıdakı şəkildə təşkil 

olunmuşdur:

• 

Dərslər həftədə 5 gün, 20 saat olmaqla peşəkar 



müəllimlər tərəfindən keçirilir.

• 

• 



Dərslər  5-6 yaşlı uşaqlardan ibarət 10-15 nəfərlik 

qruplarda keçirilir.

Tədris müddəti 9 aydır (sentyabr-may ayları).

Dərslər 2 növbədə aparılır  və hər növbə üçün 2 məşğələ 

nəzərdə tutulur.

(I növbə 09:00-dan 13:00-dək, II növbə 14:00-dan 17:00-dək)

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

36



Bizim təhsilimiz məktəbəqədər şagirdləri hansı 

istiqamətlərdə inkişaf etdirir?

• 

İlkin savad



• 

Nitq qabiliyyətinin inkişafı

• 

Riyaziyyat



• 

Ətraf aləmlə tanışlıq

• 

Təsviri incəsənət və musiqi



• 

Xarici dillərlə ilkin tanışlıq

• 

Əl motorikasının inkişafı



• 

Rəqs


• 

Yaradıcı fəaliyyət

• 

Məntiqi mühakimə



• 

Davranış qaydaları

• 

İlkin mühəndislik bacarıqlarının formalaşması



Robotexnika və kompüterlə tanışlıq

İlkin savad və nitq qabiliyyətinin inkişafı məşğələsi

• 

Əlifba vasitəsilə sözlər qurur;



• 

Sözləri hecalara ayırır;

• 

Cümlələri sözlərə ayırır;



• 

Sözdə səslərin say və ardıcıllığını müəyyənləşdirir;

• 

Öz fikrini rabitəli şəkildə çatdırır;



• 

Zəngin söz ehtiyatına sahib olur;

Riyaziyyat və məntiq məşğələsi

• 

10 dairəsində sayma, hesablama və ölçmə əməliyyatları aparır;



• 

10-a qədər düzünə və tərsinə sayır;

• 

Əşyaları əlamətinə görə sinifləndirir;



• 

Sadə riyazi əməliyyatlar və konstruktiv bacarıqlar nümayiş etdirir;

• 

Məkan və zamanla bağlı ilkin riyazi əməlləri yerinə yetirir.



Ətraf aləmlə tanışlıq məşğələsi

• 

Ətraf aləm məşğələsində ətraf mühitlə ilkin tanışlığa 



yiyələnir;

• 

Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış 



bacarığı formalaşdırır;

• 

Ətraf mühitdə baş verən hadisələr, eləcə də ailə, 



cəmiyyət və vətən haqqında sadə biliklərə yiyələnib 

təqdimatlar edir;

Xarici dil məşğələsi

Xarici dil olaraq rus və ingilis dilləri tədris edilir. 

Yaş xüsusiyyətləri nəzərə alınaraq dərslər musiqili və 

əyləncəli şəkildə keçirilir.



Yaradıcılıq məşğələsi

• 

Uşaqlarda estetik zövq formalaşdırmaq üçün rəsm, 



rəqs və yaradıcı iş məşğələləri keçirilir.

• 

• 



Dünyagörüşlərinin artırılması məqsədi ilə bayram, 

tədbir, şənlik və ekskursiyalar təşkil edilir.

Məntiqi mühakimə məşğələsi

Məntiq dərslərində səbəb-nəticə əlaqələri sadə formada 

izah edilir, müxtəlif intellektual oyunlar və tapmacalarla 

məntiqi mühakimə qabiliyyətləri və diqqət toplama 

bacarıqları artırılır.

37

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə