Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

İbtidai 

təhsil

Hədəf Liseyində ibtidai siniflərə qəbul 

Azərbaycan və Rus bölmələri üzrə aparılır. 

Hədəf Liseyi bir STEM məktəbi olduğu üçün 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

təsdiq etdiyi kurikulumlardan əlavə STEM 

təhsilinin tələblərinə uyğun olaraq yeni 

kurikulumlar da dərs proqramına əlavə 

edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

tədris planına görə şagird bir həftə ərzində 20-

25 (I-IV siniflərə görə saatlar dəyişir) saat dərs 

keçir, liseyimizdə tədris saatları isə həftəlik 40-45 

saata çatır. Tədris proqramına əlavə olunan bu 

20 saatda şagirdlər STEM təhsilinin tələblərinə 

uyğun olaraq praktik məşğələlərlə, xüsusi 

proqramla xarici dil dərsləri ilə, yaradıcılıq 

klublarında, dərnəklərdə təşkil edilən sosial 

fəaliyyətlərlə məşğul olur, elmdə qarşıya qoyulan 

inteqrasiya prinsipinə müvafiq olaraq İnteqrasiya 

Mərkəzi və fənn emalatxanalarında bilik və 

bacarıqlarını artırırlar.

Hədəf Konseptinin məhz aşağı siniflərdən 

başlaması, qarşımıza qoyduğumuz Bilgə İnsan 

yetişdirmə hədəfimizin təzahürüdür.

Təhsil Nazirliyinin “Sağlam Təhsil, Sağlam 

Millət” proqramına əsasən çağdaş standartlara 

cavab verən siniflərdə uşaqlarımızı sağlam 

böyüdür və gələcəyə hazırlayırıq.

Biz şagirdlərin evlərində ailələri ilə əyləncəli vaxt 

keçirmələri üçün bütün tədris prosesini məktəbdə 

aparır, gündəlik öyrənmə planını elə məktəbdə 

tamamlayırıq. Şagirdlərimiz evə hər hansı bir 

tapşırıqla getmədikləri üçün dərs vəsaitləri də 

məktəbdə, hər şagirdin şəxsi dolabında qalır.

Hədəf Konsepti milli və bəşəri dəyərləri addımbaşı 

uşaqlara aşılayaraq sabahın Özünə inanan, 

Sağlam, Bacarıqlı, Yaradıcı və Bilikli İnsanını 

yetişdirməyi qarşısına məqsəd qoymuşdur!

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

38



Orta

 

Təhsil

Hədəf STEM Liseyində  Orta təhsil üzrə qəbul 

Azərbaycan və rus bölmələri üzrə aparılır. Hədəf Liseyi 

bir STEM məktəbi olduğu üçün Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə 

STEM konseptinin tələbinə uyğun yeni kurikulumları da 

dərs proqramına əlavə etmişdir.

Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

tədris planına görə şagird bir həftə ərzində 26-32 (V-VIII 

siniflərə görə saatlar dəyişir) saat dərs keçir, liseyimizdə 

həftəlik dərs həcmi 52 saata çatır.

Hədəf Liseyində hər şagirdin akademik inkişafı tədris 

ilinin əvvəlində təyin edilmiş müəllim tərəfindən 

davamlı monitorinq edilir. Liseydə tətbiq olunan 

fərdi dəyərləndirmə metodu vasitəsilə hər şagirdin 

inkişafı ayrılıqda müşahidə edilib dəyərləndirilir. 

Bu dəyərləndirmələrin nəticələrinə əsasən tədris 

metodologiyası və proqramlar qurulur.

Tədris prosesində STEM-in tələblərinə uyğun 

olaraq praktik məşğələlərə ciddi əhəmiyyət verilir, 

laboratoriyalarda aparılan təcrübələr Şagird Biliklərinin 

Müşahidəsi üçün başlıca faktor sayılır. Hər ay keçirilən 

layihə yarışlarında gələcəyin mühəndisləri, texnikləri, 

menecerləri, dizaynerləri, marketoloqları öz proyektləri 

ilə sabaha addım-addım hazırlaşırlar.

Hədəf Liseyində klub və atelye fəaliyyətləri şagirdlərin 

fiziki, zehni və sosial yönlərinin inkişafına kömək 

edir. Çağdaş dövrümüzdə elm və texnologiyanın sürətli 

inkişafı bir çox dəyişiklik və yeniliklərə yol açır. 

Tədris proqramları da bu inkişafa uyğun olaraq daima 

nəzərdən keçirilir. Hədəf Liseyi bu dəyişiklik və inkişaf 

tempiylə ayaqlaşa biləcək innovativ metodlarla ölkəmizin 

gələcək inkişaf kursunu müəyyən edəcək mütəxəssisləri 

yetişdirmək üçün həyat boyu öyrənməyi vərdiş halına 

gətirən proqramlar tətbiq etməyi hədəfləyir.

Məktəbimizin tədris proqramında nəzəri dərslərə 

paralel və onları tamamlamaq məqsədiylə, bacarığı, 

marağı, dəyərlərə sahib çıxmağı, istehsal etməyi

ünsiyyəti, toxunaraq öyrənməyi öyrətməyi hədəfləyirik. 

Şagirdlərimizin araşdıran, mühakimə etməyi bacaran, 

analiz edən, kəşfə meyilli, özünəinamlı olmaları əsas 

məqsədimizdir. Bütün tətbiq etdiyimiz proqramlarda 

şagirdlərin fərdi xüsusiyyətləri və öyrənmə tərzləri 

diqqətə alınır. Şagirdlərimizin fiziki, elmi, sosial, sportiv, 

mədəni inkişafları diqqətlə izlənərək onlara uyğun 

proqramlar tətbiq edilir.

39

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Tam Orta

 

Təhsil

Hədəf Liseyinin 1-8-ci sinif şagirdləri üçün təqdim 

etdiyi konsept əsasən şagirdin dünyagörüşünün

riyazi təfəkkürünün, analizetmə qabiliyyətinin 

formalaşmasına, oxuyub anlama, dinləmə, fərqləndirmə, 

sorğulama bacarıqlarının inkişafına xidmət edir.

Bütün bu bacarıqlar formalaşdıqdan sonra şəxsiyyətin 

həyata addım atması mərhələsi başlayır. Biz 9-cu sinif 

şagirdlərimizin gələcəkdə quracaqları karyeralarının 

daha səmərəli və faydalı olması üçün onlara ilkin ixtisas 

vərdişlərini öyrətməklə yanaşı, şagirdlərin ali məktəblərə 

hazırlaşmalarını da əsas prioritet kimi müəyyən edirik. 

Aşağı siniflərdən fərqli olaraq 9-11-ci sinif şagirdləri 

həftənin 3 günü dərslərini 17:00-da deyil, 19:00-da 

bitirirlər. Çünki onlar yerli və xarici universitetlərə 

hazırlıq dərslərində iştirak edirlər.

Hədəf Liseyi layihələrə fokuslanmış, dünya miqyasında 

rəqabətyönümlü STEM əsaslı tədris həyata keçirir. 

Şagirdlərin təhsillərini universitet imtahanları ilə yanaşı 

tələbəlik, hətta iş həyatına hazır olmalarını təmin edəcək 

bacarıq və baza ilə tamamlamaları hədəflənir. Liseyimizin 

şagirdləri, STEM mərkəzində layihələr həyata keçirən, 

problemləri həll etmə iddiasına sahib, xarici dilləri 

beynəlxalq təhsil proqramlarında iştirak edib üfüqlərini 

genişləndirəcək qədər bilən, yaradıcı və müasir fərdlər 

olaraq həyata hazırlıqlı şəkildə başlamağın verdiyi pozitiv 

əminlik duyğusunu daima hiss edirlər.

9-cu sinifdən başlayaraq liseyimizdə şagirdlər psixoloq 

və müəllimlər tərəfindən ixtisas seçiminə yönləndirilir və 

seçdikləri ixtisaslara görə qruplaşdırılaraq kurslar təşkil 

edilir. Bu mərhələdə Hədəf Şirkətlər Qrupuna daxil olan, 

universitet hazırlığı sahəsində Azərbaycanın ən qabaqcıl 

qurumu olan Hədəf Kursları ilə əməkdaşlıq edilir. Dərslərə 

Hədəf Kurslarının təcrübəli müəllimləri dəvət olunur.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

40



Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə