Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə10/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   6   7   8   9   10   11   12   13   ...   197

www.vivo-book.com 

 

47 



Amma  bu  xırda  cəriməni  ödəməli  olan  Ģəxslərdən  biri  də 

Jülyenin xaç atası olan mismarçıydı. 

Qəzəbdən özünü itirən bu adam dəhĢətli qara-qıĢqırıq 

saldı: 


–  Buna  bax,  gör  iĢ  nə  yerə  çatıb  ha!  Belə  Ģey  heç 

adamın ağlına da gəlməzdi! Axı iyirmi ildən artıqdı ki, hamı 

hakimi  ədalətli  adam  bilirdi!  Jülyenin  dostu,  qoca  alay 

loğmanı o vaxt artıq dünyasını dəyiĢmiĢdi. 

 

    Jülyen Napoleon barədə söhbətlərə qəfil son qoydu. 



O  dedi  ki,  rahib  olmaq  istəyir.  MiĢarxanada  tez-tez  onun 

əlində  kürenin  verdiyi  latınca  bibliya  görürdülər.  Oğlan 

kitabı əzbərləmiĢdi. 

Jülyenin  uğurlarından  heyrətlənən  mehriban  qoca 

bütün  axĢamlarını  onunla  dua  oxumaqla  keçirirdi.  Onunla 

münasibətdə  oğlan  Jülyen  özünü  çox  ədəb-ərkanlı  aparırdı. 

Kimin  ağlına  gələrdi  ki,  belə  avazımıĢ  və  ürkək,  qız  sifəti 

kimi göyçək üzü olan gəncin içində özünə yol açmaq üçün 

lazım gələrsə, ən ağır sınaqlardan keçmək iradəsi var. 



www.vivo-book.com 

 

48 



Özünə  yol  açmaq  deyəndə,  Jülyen  öncə  Veryerdən 

getməyi nəzərdə tuturdu – oğlan öz vətəninə nifrət eləyirdi. 

Burada gördüyü hər Ģey onun qəlbini buza döndərirdi. 

Hələ  lap  uĢaqlıqdan  dəfələrlə  elə  olmuĢdu  ki, 

oturduğu yerdə oğlana çılğın həvəs gəlirdi. O özünün parisli 

gözəllərə təqdim olunmağını, qızları hansısa qəfil və qeyri-

adi  hərəkətiylə  heyran  etdiyini  düĢünürdü.  O  qızların  biri 

onu niyə də sevməyəydi ki? Napoleon hələ lap kasıb olanda 

onu xanım Boqarne sevmiĢdi axı! Uzun illər boyu Jülyenin 

həyatında elə bir saat olmamıĢdı ki, o, Bonapartın ad-sansız 

və  kasıb  bir  poruçikin  yalnız  öz  qılıncının  köməyilə 

dünyanın fatehi olduğunu təkrar eləməsin. 

Bu  fikir  ona  dəhĢətli  görünən  bütün  bədbəxtlikləri 

yaĢadığı  vaxt  dadına  çatırdı.  O,  nəyəsə  sevinəndə,  bu  fikir 

onun sevincini ikiqat artırırdı. 

Kilsənin  tikintisi  və  hakimin  qərarları  Jülyenin 

gözlərini  açdı.  Oğlanın  ağlına  bir  fikir  gəldi.  Bu  fikir  bir 

neçə  həftə  ona  rahatlıq  vermədi  və  axırda  bütün  varlığına 

hakim kəsildi. 



www.vivo-book.com 

 

49 



“Bonapart hamını ondan danıĢmağa məcbur eləyəndə 

Fransa qorxudan tir-tir əsirdi. O vaxt hərbi Ģücaət vacib idi – 

o vaxt bu dəbdə idi. Amma indi qırx yaĢlı rahib ildə yüz min 

frank  maaĢ  alır,  bu  da  Napoleonun  ən  yaxĢı  generallarının 

maaĢından  üç  dəfə  artıqdır.  Onlara  kömək  eləyən  insanlar 

lazımdır. Məsələn, biri elə bizim hakim – elə ayıq beyni, bu 

vaxta  qədər  elə  ədalət  sahibi  olan  adam,  indi  otuz  yaĢlı 

cavan  rahibin  qorxusundan  özünü  biabır  eləyir!  Deməli, 

rahib olmaq lazımdır”. 

Dini  öyrənməyindən  iki  il  keçəndən  sonra,  bir  dəfə, 

özünün  xeyirxahlığının  təzə-tər  çiçəkləndiyi  vaxtlarda 

Jülyenin içini gəmirən alov onu qəfildən ələ verdi. 

Bu  hadisə  cənab  ġelanın  evində,  rahiblərin  iĢtirak 

elədiyi  nahar  zamanı  baĢ  verdi.  Xeyirxah  küre  oğlanı 

xeyirxahlığın əsl möcüzəsi kimi təqdim elədiyi yerdə, Jülyen 

qəfildən  Napoleon  barədə  danıĢmağa  baĢladı.  Özünü  buna 

görə cəzalandırmaq üçün o, sağ əlini boynundan asdı. Guya 

ağac  qaldıranda  qolu  çıxıbmıĢ.  O  düz  iki  ay  bu  narahat 

vəziyyətdə gəzdi. Özü üçün fikirləĢib tapdığı cəzadan sonra 

oğlan özünü bağıĢladı. 




www.vivo-book.com 

 

50 



Bax, indi qoltuğunun altında balaca bir bağlama sıxıb, 

gözəl Veryer kilsəsinə tərəf gedən, baxanda güclə on yeddi 

yaĢ veriləsi bu on səkkiz yaĢlı, çəlimsiz oğlan belə biriydi. 

Kilsə qaranlıq və boĢ idi. Bayram münasibətilə bütün 

pəncərələrə  tünd-qırmızı  parça  çəkilmiĢdi.  Buna  görə  də 

içəri düĢən günəĢ Ģüaları nəsə qəribə, əzəmətli və gözəl bir 

rəng alırdı. 

Jülyenin  içi  titrədi.  O,  kilsədə  tək  idi.  Oğlan  gözünə 

ən  qəĢəng  görünən  oturacaqda  oturdu  –  bu  oturacağın 

üstündə cənab Renalın gerbi vardı. 

Diz  çökmək  üçün  qoyulan  oturacaqda  Jülyenin 

gözünə  sanki  oxunmaq  üçün  qəsdən  qoyulmuĢ  bir  parça 

kağız sataĢdı. O, kağızı gözlərinə yaxınlaĢdırıb oxudu: 

“Edamın  təfərrüatları  və  Bezansonda  edam  olunmuĢ 

Lüdovik Jenrelin ömrünün son dəqiqələri...” 

Kağızın  qalanı  cırılmıĢdı.  O  biri  üzündə  birinci 

sətirdən  ancaq  ilk  iki  söz  –  “Birinci  addım?”  sözləri 

qalmıĢdı. 




www.vivo-book.com 

 

51 



–  Bu  kağızı  bura  kim  qoyub?  –  Jülyen  dedi.  –  Ah, 

bədbəxt!  –  oğlan  ah  çəkdi  –  Onun  soyadı  mənimkiylə 

qafiyələnir. – Bunu deyib, kağızı əlində yumruladı. 

Jülyen  kilsədən  çıxanda  ona  elə  gəldi  ki,  döĢəmədə 

qan  damcıları  var  –  bu,  pəncərədəki  qırmızı  pərdələrdən 

keçən iĢığın düĢdüyü adi müqəddəs su damlalarıydı. 

Nəhayət, Jülyen öz gizli qorxusundan utandı. 

–  Yəni  mən  belə  qorxağam?  –  o  öz-özünə  dedi.  – 

Silaha sarıl! 

Qoca  loğmanın  danıĢdığı  hekayətlərin  hamısında 

olan  bu  ifadə  Jülyenə  qəhrəmanlığa  çağırıĢ  kimi  gəlirdi.  O 

geri çevrildi və cənab Renalın evinə doğru addımladı. 

Amma bu gözəl qətiyyətinə baxmayaraq, evin iyirmi 

addımlığına  çatan  kimi  canına  qəfil  qorxu  düĢdü. 

Barmaqlıqlı,  çuqun  qapı  açıq  idi  –  qapı  onun  gözünə  elə 

gözəl  görünürdü  ki.  Bu  qapıdan  içəri  keçmək  lazım  idi. 

Amma  bu  qapıdan  içəri  keçdiyinə  görə  ürəyi  sıxılan  təkcə 

Jülyen deyildi. Həddən artıq utancaq xanım Renal tamamilə 

kənar  bir  adamın  onunla  uĢaqları  arasına  girəcəyini 

düĢünəndə əzab çəkirdi. O, oğullarının onun yanında, onunla 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə